Qonaq Kitabı
ANA

Səlma

Can, Qanpolad!

Ah, sana kim qıydı, kim? Hanki cəllad?

 

Qanpolad

... Ağlama, hiç kimsə qıymamış bana,

Düşmanım qanlı taleyimdir, ana!

(Bu sırada anasının qucağına yıqılıb uzanaraq)

Ana! Hiç təlaş etmə, hiç sıqılma!

 

Səlma

Ah, yavrum! Kaş ki, məhv olaydı Səlma,

Görmiyəydi səni al qan içində...

 

Ləzgi

(hiddət və təəssüflə)

Ah, Murad, alçaq Murad.

 

Səlim

Durma sən də,

Haydı, fürsətdir, intiqam almalı!

 

Qanpolad

Səlim! İstəməz...

 

Ləzgi

Xayır, tez bulmalı!

Əvət, xain gərək həddini bilsin,

Namərd izi yer yüzündən kəsilsin.

(Hər biri bir tərəfə qoşub gedər)

 

Qanpolad

Səlim! Bıraq, haqsız yerə dökmə qan!

Bən kəndim intiqam aldım onlardan.

 

Səlma

Ah, yavrum, quzum! Sən rahatsız olma!

Nasıl? Yaran nasıl?

 

Qanpolad

Of, yandım, ana!

Alavlandı qəlbim, tükəndi səbrim;

Ah, bir az su... Atəş almış hər yerim.

 

Səlma

Aman, evladım, su zərərdir sana...

 

Qanpolad

Ah, nerdə İsmət? Çağır gəlsin bana!

 

Səlma

Oğlum! Şimdi gəlir, burdaydı əvvəl...

 

Qanpolad

İsmət, son nəfəsimdir, ah, çabuq gəl!

Gəl, gediyor Qanpolad...

 

Səlma

Ah, arslanım!

Qurban olsun sana dəyərsiz canım.

 

Qanpolad

Əlvida!.. Əlvida!.. Gözəl İsmətim!

 

Səlma

(Ayağa qalqaraq)

Aman, yarəb! Uf, kəsildi taqətim...

 

Qanpolad

İsmət! Ah sənmisin?

 

Səlma

Yarəb, mərhəmət!

Mərhəmət, yarəb.

(Bu sırada İsmət gəlir)

İştə gəldi İsmət...

(İsmət ilk baqışda şaşıraraq donub qalır.)

 

Qanpolad

İsmət!

 

İsmət

Ah, Qanpolad!

 

Qanpolad

Əlvida!..

 

İsmət

Eyvah!..

(Hönkür-hönkür ağlayaraq Qanpoladı qucaqlar.)

 

Qanpolad

Əşhəd... ən...la ilahə... illəllah...

 

Səlma

(Həyəcanlı)

Ah, getdin? Səni çoq gördümü Tanrım?

Qızıl güllər açmış köksündə, yavrum!

 

İsmət

(Sinirli)

Qanpolad! Sən nə tez unutdun bəni?

Xayır, yalnız bıraqmam əsla səni.

(Qanpoladın xəncərini çəkib özünü vurmaq istər.)

 

Səlma

(Xəncəri onun əlindən alaraq hiddətlə)

Bən səndən daha müstəhəqqim, İsmət!

Lakin Allah nəhy etmiş bunu... lə’nət,

Lə’nət bu iqbala, bu ömrə lə’nət!..

 

İsmət

(Cənazəyi qucaqlayaraq)

Ah, Qanpolad! Könlümdə qaldı həsrət...

(Şiddətli hıçqırıqlar içində boğularaq bihiss qalır.)

 

Səlma

(Qapıya yaqınlaşaraq şaşqın və sinirli bir halda)

Allah, Allah! Təhəmmül ver, səbir ver!

Açıl, yarıl, parçalan, ey alçaq yer!



 
[1] [2] [3] [4] [5] [6] [7] [8] [9] [10] [11] [12] [13] [14] [15] [ 16-15 ] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info