Qonaq Kitabı
ANA

Düşündüm, düşündüm, uyqusuz qaldım.

Odur ki, bəndə qalmamış bət-bəniz...

 

Səlim

Xayır, bu uydurma bir sözdür yalnız.

 

İsmət

Ah, neyləyim, qardaşım! Qanpoladsız

Günüm bir yıl keçər... bir nişanlı qız

Nerdə görülmüş böylə qayğı çəksin,

Bir yıl başdan-başa göz yola diksin.

Allah için, söylə, haqsızmıyım?

 

Səlim

(İsmətin qolundan tutub çəkərək)

Gəl!

Çocuq olma...

 

İsmət

Sən get!

(Xəncər düşər)

Ah!

 

Səlim

İştə əngəl?!

(Xəncəri yerdən alaraq)

İsmət, İsmət. Bu xəncər nə yanında?

Bu əjdər nə, saqlamışsın qoynunda?

 

İsmət

Şimdi burdan keçərkən yerdə buldum,

Məraq etdim, kimindir deyə aldım.

 

Səlim

Bən səni bir doğru qız zənn edərdim,

Səndə ki, aldatmaq da varmış?!

 

İsmət

Səlim!

İnan, hiç bir sözümdə yoqdur xilaf,

Bən yalan bilməm.

 

Səlim

(Qızğın)

İstəməz başqa laf!

Söylə, açıq söylə, hər nə var, söylə!

Doğru söylə, İsmət! Şaşırma böylə.

 

İsmət

(Kəndisi)

Allah, Allah! Bir bəlaya tuş oldum.

 

Səlim

Niçin susdun?

 

İsmət

Dedim ya! Yerdə buldum.

 

Səlim

O çiğnənmiş bir söz, anladıq, pəki

Kimindir bu xəncər, söylə?

 

İsmət

Tuhaf şey!

Görüb bilmədiyim bir işdən yana,

Nasıl mə’lumat verəyim bən sana!?

 

Səlim

Görüb bilmədiyin bir iş, öyləmi?

Bən inanmam, inandırsan aləmi...

(Xəncəri göstərərək)

 

Məcnunmu böylə bir silah sahibi,

Atıb getsin bunu bir çocuq kibi?

Bu bir oyuncaq deyil, unutulsun,

Sonra İsmət gəlib də yerdə bulsun!

Bir yigit silahdan nasıl ayrılır?

Silah mərd oğula bir arqadaşdır.

 

İsmət

Bəlkə bıraqmış bir divanə sərxoş.

 

Səlim

Xayır, ya burda bir cinayət olmuş,

Yaxud olmaq üzrə imiş...

 

İsmət

Qardaşım!

Bən yoruldum, artıq ağrıyor başım.

(Evə doğru getmək istər)

 

Səlim

(İsməti yaqalayaraq)

İsmət, inan, qaldım şübhə içində,

Cavab ver, sonra get, bir iş var səndə.

 

İsmət

Səlim! Vaz keç, bıraq...

 

Səlim

(İnadlı)

İsmət, hiç olmaz.

 

İsmət

(Sinirli)

Allah İsməti öldürsün!..

(Səlimin əlindən qurtulub düşüncəli bir halda evə doğru gedər.)

 

Səlim

(Kəndisi)

 

Ah, qurnaz!

Baq, nə qadar mahir, nasıl şivəbaz!..

Bir iş var, ancaq saqınır qızcığaz;

Sirr vermək istəməz, açmaz ağzını,

Xayır, bu halda bən görmədim onu.

Ah, bu qız bir qız deyil, bir afətdir;

Hər bir halı insana dəhşət verir.

Kim bilir! Bəlkə Qanpoladdan yana,

Tükənmiş səbri, qıymaq istər cana.



 
[1] [2] [3] [4] [5] [6] [7] [8] [9] [10] [11] [12] [13] [14] [15] [ 16-15 ] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info