Qonaq Kitabı
ANA

Hiç rast gəlmədim böylə zərbi-şəstə!

Çocuqluqdan bəri bu məmləkətdə

Vardım bu sinnə, amma sən fitrətdə,

Sən xislətdə bir qəhrəman görmədim,

Sən təbiətdə bir insan görmədim.

Bu haqsızlıq, bu acizlik, miskinlik

Bir mərd için çəkilməz dərdi-mühlik!..

Yazıq Orxan! Billah yazıqlar olsun,

Sən bir yigitsin, sana çoq ar olsun!

(Əlindəki xəncəri bir tərəfə atıb gedərək)

Əvət, çoq ar olsun!..

 

Orxan

Getmə, dur, İsmət!

 

İsmət

Həzyan eşitməyə yoq bəndə qüdrət.

 

O r x a n

Dur, dedim, dur!

 

İsmət

Artıq çəkil get, yetər!

 

O r x a n

Billah, məhv olursun...

 

İsmət

(Xəncəri göstərərək)

Al, İştə xəncər!

(Uzaqlaşır)

 

İ z z ə t

(Çıqıb yola baqaraq)

Orxan! Gələn var, aman, çəkil, durma!

 

O r x a n

Ah, zalım!..

 

İ z z ə t

Gəl canım, kəndini yorma.

 

Orxan

(Azacıq çəkilərək)

İsmət, İsmət! Getdim, unutma lakin...

 

İsmət

Get hər nə istərsən yap, alçaq, miskin!

(E’tinasızca evə girər)

 

O r x a n

Ah, bənmi?

 

I z z ə t

Sus, canım, sus!

 

O r x a n

İsmət!

 

İ z z ə t

Orxan!

Gəl, haydı...

 

Orxan

Uff... Sevimli, parlaq yılan!

(Hər ikisi şaşırmış bir halda tez ağaclığa çəkilib saqlanırlar.)

 

İsmət

(Bir az sonra təkrar dışarı çıqar, ətrafına baqaraq)

Getmiş, artıq əsər yoq qəhrəmandan,

Mütləq bəni eyliyormuş imtihan!

Fəqət bilməz ki, İsmət Qanpoladsız

Məhv olur da dönüklük etməz hərgiz.

Ah, şu xəncər nə? Vay, zavallı Orxan!

Şübhə yoq, unutmuş şaşırdığından.

(Xəncəri yerdən alaraq)

 

Gerçəkdən pək gözəl, pək süslü xəncər,

Bir parçacıq polad, lakin bir əjdər...

Bir vuruşda məhv oluyor bir insan.

(Birdən-birə Səlimi görüb xəncəri gizliyərək)

Ah, Səlim!

 

Səlim

İsmət! Söylə, Qanpoladdan

Nə xoş xəbər var? Nə yazmış, nə etmiş?

 

İsmət

Bilməm...

 

Səlim

Səlma nerdə?

 

İsmət

Qonşuya getmiş.

 

Səlim

Niyə?

 

İsmət

Məktubdan bir xəbər bilməyə.

 

Səlim

Fəqət bir təlaş var sənin yüzündə.

 

İsmət

Nasıl, təlaş?

 

Səlim

İştə sən! İştə çöhrən!

Səndə bir iş var, gizliyorsun bəndən.

 

İsmət

İnan ki, yoq burda hiç bir gizli iş.

 

Səlim

Pəki, səbəb nə öylə rəngin qaçmış?

 

İsmət

Keçən gecə bir xeyli fikrə daldım,



 
[1] [2] [3] [4] [5] [6] [7] [8] [9] [10] [11] [12] [13] [14] [15] [ 16-15 ] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info