Qonaq Kitabı
YAŞAR

Y a ş a r. Niyaz, sən bir qulaq as...

N i y a z. Asmıram qulaq, köpək oğlu.

İ m a m y a r (Yaquta). Sən eşitdin mən nə dedim?

Y a q u t. Mən axı...

İ m a m y a r. Səsini kəs, itin balası. Dahı iş-işdən keçibdir, sən de, sonra mən özüm hamısını düzəldərəm. Eşidirsən, yox?

Y a q u t. Eşidirəm.

 

N ü s r ə t, T o ğ r u l, H ə s ə n, Ə m i r q u l u gəlir.

 

N ü s r ə t. Bu nə vurhavurdur? (Niyaza) Nə var, nə olmuşdur?

N i y a z. Güllələyin məni, qoy biryolluq qurtarım gedim.

N ü s r ə t. Dayan görüm, nə olmuşdur?

T ü r b ə t. Canım, kişi doğru deyir də... Sən incinarsan, gəlmişsən, işini işlət, dahı xalqın arvad-uşağıynan nə işin var!

T o ğ r u l (Yaşara). Nə var, adə, neyləmişsən?

Y a ş a r. Heç nə, adə... kişi hələ özbaşına özündən çıxmışdır.

N ü s r ə t. Bircə hamınız sakit olun.

T o ğ r u l (işçilərdən soruşur). Nə var, nə olmuşdur?

Ə l i y a r. Nə olacaq? Suyumuzu kəsir, qənd vermir, çay vermir, üstəlik bir arvad-uşağımıza da sataşır.

İ m a m y a r. Mən bir bilmirəm bu xalqa nə düşüb ki, ağzıgöyçəklik eləyir. Uşaq mənimdir, sizə nə var?

N i y a z. Uşaq sənin deyil, mənimdir, köpək oğlu. Mənim papağımı yerə soxan sənsən!

İ m a m y a r (Nüsrətə). Siz allah bunun ağzını yumun. Adam oğlusan, bir şey görmüşsən, dayan bir soruşarlar, bilərlər.

N ü s r ə t. Dayanın görüm. Nə var, adə Niyaz, nə olmuşdur? İstəyirsən elə tutub səni bassınlar dama?

N i y a z. Bassınlar da, güllələsinlər də.

N ü s r ə t. Yaxşı (Yaşara) Yaşar, nə var, nə olmuşdur?

Y a ş a r. Vallah, mən ki bir şey bilmirəm, mən özüm də məəttəl qalmışam.

Ə l i y a r. Necə ki, bir şey bilmirsən, bəs bu xalqın qızını qucaqlayan məndim?

İ m a m y a r. Sənə nə var, adə, axmaq oğlu axmaq, sən bu xalq üçün dilmanczadsan?

Ə l i y a r. Dahı bu xalq gördüyünü deyir də... acığın niyə tutur?

N ü s r ə t. Sən dayan, İmamyar (Əliyara) De görüm nə olmuşdur?

Ə l i y a r. Heç nə... İmamyar bizi taxta üçün göndərmişdi . Üçdörd nəfərdik: mən idim, Niyaz idi, Əmirqulu idi. Hələ içəri girdik, gördük bu qızın başını tutub bərk-bərk qucaqlayıb. Niyaz hələ bunu görən kimi atıldı ki, tutdum onu.

N ü s r ə t. Əmirqulu, sən necə gördün?

Ə m i r q u l u. Onu gördüm ki, qucaqlaşıblar, ancaq hansı-hansını qucaqlamışdı, onu yaxşı görmədim, yalan nə deyim.

Ə l i y a r. Xeyr, mən lap yaxşı gördüm: oğlan qızı qucaqlamışdı, qız onun əlindən dartınırdı.

İ m a m y a r. Sən bir az da şan-şövkət ver!.. Hindi uşaqdırlar da, nə olsun, xalqın qızını partapartnan götürüb qaçırlar, bu xalq söz eləmir (İstehza ilə) Oğlan qızı qucaqlamışdı!

Ə l i y a r. Dahı, balam, acığın neçin gəlir? Kişi soruşur, biz də gördüyümüzü deyirik də...

Ə m i r q u l u. Canım, bir qızın özündən soruşsanız. Bu işi çəkçevirə neçin salmışsınız?

N ü s r ə t. Qız! Mənə bax, sən burda neyləyirdin?

Y a q u t (ağlayır). Mən çörək gətirmişdim.

H ə s ə n. Məmafi, binaən-əleyh, necə oldu ki, qucaqlaşdınız?

T a n y a (bayırdan) Yaşar, Yaşar, nə var, nə olmuşdur? (Gəlir).

T o ğ r u l. Sən dayan, Tanya!

N ü s r ə t. Danış, qız! Qorxma... Gücnən qucaqladı, yoxsa...

Y a q u t (İmamyarın göz təsiri altında deyir). Gücnən.

N ü s r ə t. Bu da bizim injenerimiz. Kəndə iş üçün gəlib, iş qalıb bir yanda, başlayıb...

N i y a z. Yaxşı, it balası, danışaram səninlə...

Ş ə r ə b a n ı. Canım, o yazıq neynəsin... Deyir gücnən tutmuşdu da... Bu halda T ü r b ə t b i r n e ç ə k ə n d l i ilə haray salaraq gəlir.

T ü r b ə t. Ay haray, köməyə gəlin, taxtabənd uçuldu, adamlar qaldı altında.

T o ğ r u l. Necə?

 

Qaçırlar.

 

N ü s r ə t. Kim qaldı altında?

T ü r b ə t. Dörd-beş nəfər.

H ə s ə n. Öldülər?

T ü r b ə t. Bilmirəm, şalbanların altında kim bilir nə oldu.

N ü s r ə t (Yaşara). Bu da sizin işiniz. Gəlin görək nə olmuşdur?

T o ğ r u l (gəlir). Çıxartdılar, ölən yoxdur. Heç bilmirəm necə işdir.

İ m a m y a r. Canım, adam da çürük şalbanı oraya qoyar? İndi səhv qoyublar, ya da hələ qəsdən qoyublar, düşmənimiz az deyil ki!..

N ü s r ə t. İnjener burada eşqbazlıq eləyir; səmərəsiz iş görüb. Biz hələ sabah mərkəzə bildirərik ki, bu barədə tədbir görsünlər.

Y a ş a r. Yoldaş Nüsrət, mən özümdə bir təqsir bilmirəm.

H ə s ə n. Məmafi baxmaq lazımdır.

N ü s r ə t. Onu lazımi yerində ayırarlar.

İ m a m y a r. Canım, burda elə bir iş yoxdur ki, kişini dustağa salırsınız.

N ü s r ə t. Dahı o sənin borcun deyil, yoldaş Imamyar. Mən eləyə bilmərəm ki, dedi-qodu üçün kəndlilərin əlinə material verilsin.

Y a ş a r. Onda mən belə bir şərait altında işləyə bilmərəm və işləmək istəmirəm.

N ü s r ə t. İstəmirsən?

Y a ş a r. İstəmirəm.

N ü s r ə t. İstəmirsən, özün bil. Toğrul, sən işləri təhvil al!

İ m a m y a r. Allah mərdüməzarın evini yıxsın, yıxdı uşağın evini.

N i y a z. Mənim də evimi yıxan sən oldun.

İ m a m y a r. Atam, qardaşım, nə istəyirsən? Mənnən mala şərik deyilsən ki... Qızını kluba göndərirəm, məktəbə göndərirəm, xoşun gəlmir, get başqa yerdə otur. Nə gözüm görsün, nə də deyim. Yerin yoxdur, bir daxmadı oturmuşsan boşalt, çıx get.

H ə s ə n. Gedək, yoldaş Yaşar, ispalkoma.

 

Hamı gedərkən İmamyar bərkdən Yaquta deyir.

 

İ m a m y a r. Qız, sən deyinən məni gücnən tutmamışdı, yazığı işə salarsan.

T o ğ r u l. Yoldaş Nüsrət, inandırıram sizi ki, iş belə deyil.

N ü s r ə t. Ola da bilər, Toğrul, ancaq bir iş ki, kəndlilərin ağzına düşdü, onu boş buraxmaq olmaz. Bir az keçər, sonra məlum olar.

T o ğ r u l. Axı, onu bura partiya göndərib.

N ü s r ə t. Xahiş edirəm sən mənim işlərimə qarışmayasan. Sən işləri təhvil al, qurtardı getdi. Hər şey üçün mən özüm cavab verəcəyəm.

 

P ə r d ə

 

 

DÖRDÜNCÜ PƏRDƏ

 

ALTINCI GÖRÜŞ

 

İmamyarın otağı. Axşam. İ m a m y a r Yaşarın stolunun yanında oturub onun

papkasına, sonra da stolun altındakı dinamit qutusuna baxır.

 

T o ğ r u l (girərək) Yaşar yoxdur?

İ m a m y a r. Yaşar yazığın başına bir oyun gətirdilər ki, bir yerdə otura bilsin. Nə yeməyi yeməkdir, nə yatmağı yatmaq. Mərdüməzar oğlu yıxdı yazığın evini...

T o ğ r u l. Yox, dayı, sən elə demə, Niyaz yaxşı oğlandır. Mən sonradan öyrəndim. Bir az hələ boş qışqırığı vardır. Bərk dostlaşıb mənimlə. Srağagün bir pencək vermişəm ona, bir köhnə kepka vermişəm, geyinib, indi də deyir, evlənirəm. Gündə yanımda olur.

İ m a m y a r. Adamın gərək dərrakəsi olsun. İndi yəni qızı gizlənir? İş üstə gəlmir? Sizə gəlmir?

T o ğ r u l. Yox... iş üstünə də gəlir, bizə də gəlir, heç gizlənmir də. O gün evdən kağızlarımı gətirmişdi iş ütünə. Çox gözəl qızdır.

İ m a m y a r. Ara yerdə çanaq o yazığın başında çatdadı. Sən də qabaq hər gün gəlirdin. O vaxtdan ki, yazığı işdən çıxartdılar, aynan, günnən görünürsən. Mənə atam həmişə deyərdi ki: yaddan adamçın qardaş olmaz.

T o ğ r u l. Yox, dayı!.. Vallah iş o qədərdir ki, lap başım hərlənir. Bu günsabah stansiyanı qurtarırıq. Çayın da barısı bu gün qurtardı, bundan sonra tez-tez görüşərik.

İ m a m y a r. Görüşmək sənin olsun, bir gedib işini düzəltməyə nə var.

T o ğ r u l. Yox, mən o saat Bakıya kağız göndərdim.

İ m a m y a r. Bir halda ki, hər zadı ondan soruşursunuz, o olmasa, siz heç bir iş görə bilməzsiniz.

T o ğ r u l. Çünki proyekt onunkudur. Bir də məsələ hələ məlum deyil, vəziyyət çox qorxuludur. Yaşar təcrübə üçün bağça salıb görmüşsən ki...

İ m a m y a r. Necə görməmişəm, səhərdən axşamacan yazığın işi hələ odur da... Indi də gərək ki, hələ oraya gedibdir.

T o ğ r u l. Orada o, pambıq əkibdir. Hesabnan gərək indi göyərəydi, amma indiyə kimi heç bir əsər yoxdur. Bəlkə heç çıxmadı da...

İ m a m y a r. Birdən çıxmadı, sonra nə olar?

T o ğ r u l. Çıxmadı, onda heç nə... bütün bu stansiyanın da, bu arxın da bir qəpik belə qiyməti olmaz.

İ m a m y a r. Deməli, bir tikmişsiniz, bir də sökəcəksiniz?

T o ğ r u l. Yox, bəlkə indi özü bir cürə düzəltdi. Olmasa, bəlkə, professor Belokurovu çağırmalı olduq.

İ m a m y a r. O sizdən çox bilir?

T o ğ r u l. O professordur! O bizim müəllimimizdir.

İ m a m y a r. Yaxşı iş görmədilər, yazığın qəlbini sındırdılar. Mən bilirəm, bu neçə vaxtda o nələr çəkmişdir.

T o ğ r u l. Giclik özündədir. Başını soxub işə, dahı demir bura kənddir, kəndlilərin yanında hər iş eləmək olmaz. Deyəndə də ona inciyir. Görmürsən, axır vaxtlar mənimlə də soyuq danışır.

İ m a m y a r. Axtarsan siz də çox o yaxşı yoldaşlardan deyilsiniz. Məni öldürsəydilər də, mən onun işini boynuma götürməzdim. Zəhmət çək, baş işlət...

T o ğ r u l. Mən nə edə bilərəm... İndi odur, sabah-birigün tikinti işləri qurtarır, o biri işlər başlanır. Yenə birdən buraxmasalar onu, çarəm nədir, işi yarımçıq qoya bilmərəm ki...

İ m a m y a r. Apara bilərsiniz yəni onsuz?

T o ğ r u l. Yox, hamısı onun kağızlarındadır da, olarnan aparmaq olar. O kağızlar olmasa, heç kəs bir iş görə bilməz. Heç özü də bir iş görə bilməz.

İ m a m y a r (durur). Yazıq o qədər canından asi olub ki, srağagün deyir: lap istəyirəm ki, o kağızları da yandırım... özümü də gedim biryolluq atım çaya...

T o ğ r u l. Necə, kağızları yandırım? O gic oğlu gic birtəhərdir, vurar gic beyninə. Kağızları ondan almaq lazımdır. Mən dahı gedirəm, dayı. Gəlsə, deyinən kağızları hazırlasın, verək Tanya üzünü köçürsün. Mən də iş üstə dəyim, bir azdan gələrəm. Qarovulçular oradadırlar?

İ m a m y a r. Elə də şey olar! Özüm gecədə gedib beş kərəm baş çəkirəm. Bir ətək qızıl qoyulub üstünə, hasantdır məgər? Mən də hələ bu saat gəlmişəm.

T o ğ r u l. Yaxşı da, sağ ol, dayı. Sən deyərsən ona, mən də bu saat qayıdıb gələrəm.



 
[1] [2] [3] [4] [5] [6] [7] [8] [9] [10] [11] [12] [13] [ 16-13 ] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info