Qonaq Kitabı
QANLI QOCA OĞLU QANTURALI

Köşkdən baxar!

Kimə baxsa, baxışıylan

Oda yaxar!

 

Qanturalı, sarı donlu

Qız eşqinə bir “hu” dedi.

Adı gözəl Məhəmmədi

Çağırıban dəvəyə bir

Dürtmə vurdu, zərbəsindən

Nər bağırdı.

Bir də vurdu, dəvə daxı

Ayaq üstə duranmayıb

Şumlanmış bir qala kimi

Yerə dəydi.

İgid oğlan əsrək nəri

Boğazladı. Gövdəsindən

İki zol gön çıxarıban

Təkur şahın qənşərində

Yerə vurdu.

– Atlıların, tərkeş bağı,

Üzəngisi qırılarsa,

Tikmək üçün kara gələr! –

Deyə, güldü.

Təkur dedi:

– Vallah, bunu gözüm gördü,

Könlüm sevdi.

Qırx bir yerdə qızıl, ala

Gərdək tikdi.

Qızı alıb kəl oğlanın

Gərdəyinə gətirdilər.

Ozan gəlib söy söylədi,

Şadlıq çaldı.

Qoçaq Oğuz igidinin

Ömrü-günü çiçək açdı.

El-gününü yada saldı,

Qılıncını çixarıban

Yerə çaldı:

– Qara yer tək kərtiləyim,

Torpaq kimi sovrulayım,

Qılıncıma doğranayım,

Peykanıma sancılayım,

Oğlum-qızım doğulmasın,

Doğularsa, on gününə

Yetişməsin!

Qadın ana, bəy babamla

Görüşmədən bu gərdəgə

Girər olsam!

 

* * *

Çadırların yatıtdırdı,

Dəvələrin buzlatdırdı,

Qara qoçun kişnətdirdi,

Köçün çatdı yola düşdü.

 

Yeddi gecə, yeddi gündüz

Yol yolladı, yortub Oğuz

Sərhəddinə gəlib çatdı,

Çadır tikdi.

– Hey qırx eşim, qırx yoldaşım!

Qırxınıza qurban olsun

Mənim başım!

Qadir Tanrı mədəd verdi,

Varıb getdim, üç heyvanın

Başın kəsdim,

Sarı donlu dilbər qızı

Alıb gəldim.

Bəy babama xəbər verin,

Qoç oğluna qarşı gəlsin!

 

* * *

İki sevgi baxıb gördü

Qonduqları bu dağ, təpə

Durnaların, sonaların,

Kəhliklərin uçağıdır,

Ceyranların, ahuların

Keyiklərin oynağıdır.

Hər tərəfı çay, çəməndi,

Sular axır qəltan-qəltan,

Şıqqıldayıb tökülürü

Şurşuralar Qaba dağdan.

 

Yaşıl Təbriz xalçasından,

Döşənmişdir sanki hər yan.

Qüdrət əli qaşlamışdır

Çiçəkləri brilyandan.

 

Yaşıl kollar bir qız kimi,

Əldə tutub al piyalə,

Yel əsdikcə gizli-gizli

Pıçıldaşır dağda lalə.

 

Çadır qurub əyləndilər,

Yeyib-içib dincəldilər.

O zamanlar hər bir oğuz

İgidinə hər nə qəza

Yetişərsə, yuxlamaqdan

Yetişərdi.

Qanturalı al şərabın

Nəşəsindən mürgüləyib,

Gözlərini yuxu aldı,

Uyub qaldı.

 

* * *

– Məni görüb sevən çoxdu.

Olmaya ki,

Nagəhandan basqın edib,

İgidimi öldürübən

Ağca üzlü mən gəlini

Atam-anam sarayına

Qaytaralar?! –

Deyə, Selcan düşünərək

İgidinin

Atın tutdu, yəhərlədi,

Özü isə silahlandı.

Süngüsünü elə aldı,

Bir təpənin üstə çıxıb

Keşik verdi.

 

* * *

Məgər, dostlar, kafər təkur



 
[1] [2] [3] [4] [5] [6] [7] [8] [9] [10] [11] [12] [ 16-12 ] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info