Qonaq Kitabı
QANLI QOCA OĞLU QANTURALI

Hami durdu.

Təkur dedi:

– Nərin ağzın yeddi yerdən

Bağlaynız!

 

Həsud kafər bağlamadı!

Dəhnələrin, yüvənlərin

Açdı atdı.

Qanturalı sərxoş-sərxoş

Buğuranın sağ-solundan

Qoltuğundan fırlar çıxar.

Lakin iki canavarı

Basıb salmaq mərd igidi

Yorqunlatmış,

İşdə bir az yavalanmış.

O tövşəyin almaq üçün

Dayanarkən,

Altı cəllad yalın qılınc

Başı üstə hazır oldu.

 

Yoldaşları bunu görüb

Söy söyləmiş.

Görək dostlar nə söyləmiş:

– Qalxıbani öz yerindən

Uru durdun,

Qara yallı Qazlıq atı

Bütün mindin,

Ala gözlü igidlərin

Atlandırdın,

İri düymə, Qaba dağı

Dünən aşdın

Axıntılı daşqın suyu

Dünən keçdin,

Qanlı kafər sərhəddini

Basıb keçdin.

Kafərlərin buğasını

Xurd-xaş etdin.

Qoğan aslan gəldiyində

Belin bükdün.

Qara nərə yetişəndə

Nə gecikdin?!

Qarşı yatan bu dağlardan

Xəbər keçə,

Daşqın axan bu sulardan

Ötüb keçə,

Böyük Oğuz ellərinə

Xəbər çata,

Qanturalı nə eyləmiş,

Söyləyələr:

– Qara buğa yügürdükdə

Başın kəsmiş,

Qoğan aslan daşlandıqda

Belin bükmüş,

Qara buğa gəldiyində

Dildən düşmüş –

Söyləyərlər.

Böyük-kiçik bunu deyib

Danışalar,

Qarı-qoca bunu deyib

Danışalar.

Ağ saqqallı qoca baban

Bükük qala,

Ağ birçəkli qarı anan

Başa çala!

Qalxıbanı öz yerindən

Durmaz olsan,

Altı cəllad başın üstə

Qılınc tutar,

Qafilcədən o görüklü

Başın kəsər.

Aşağıdan yuxarıya

Baxmazmısan?!

Qənşərinə ala gözlü

Kəhlik gəldi, igid, nədən

Tərlanını atmazmısan?!

Sarı donlu Selcan xatın!

Qaş-göz eylər.

İgid, nədən işarətin

Görməzmisən?!

Söylər: – Dəvə dodağından

Zəbun olar.

Nədən yarın dediyini

Duymazmısan?!

Qanturalı uru durdu,

Sarı donlu qız eşqinə

Bir “hu” dedi.

–        Mərə, kafər, bu buğuranın

Dodağından tutar olsam,

“Qız sözilə qara nəri

Zəbun etdi” – söyləyələr.

Yarınkı gün Böyük Oğuz

Ellərinə xəbər çata,

“Bir dəvənin qarşısında

Qalmış idi, qız qurtardı” –

Söyləyələr – Deyə, duyub:

– Mərə, dostlar, qopuz çalıb

Öyün məni!

O qüdrətli yaradana

Sığınmışam!

Yar yolunda bir buğradan

Qaçmaq olmaz!

Haydı, onun başını da

Kəsim! – Dedi.

Qırx igidi onu öyüb

Söy söyləmiş,

Görək, dostlar, nə söyləmiş:

 

– Qaf qayalar başında yuva salan,

Qadir ulu, Tanrıya yaxm olan,

Arı göldən şığıyıb ördək alan,

Cümlə quşlar sultanı çal qaraquş

Sağsağana özünü şığadarmı?!

 

Dov günündə bak etməyən yağıdan,

Hay verəndə alayları dağıdan,

Qızıl qandan daşqın sellər axıdan

Alp igidlər, cilasınlar, ərənlər

Bir tülküyə özünü daladarmı?!

 

Sarı donlu Selcan xatın



 
[1] [2] [3] [4] [5] [6] [7] [8] [9] [10] [11] [12] [ 16-12 ] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info