Qonaq Kitabı
QANLI QOCA OĞLU QANTURALI

Ala xalı döşədilər,

Yerə otdu.

– İgid, bura hardan gəldin? –

Deyə, təkur sual verdi.

 

Qanturalı yerdən durdu,

Ədəb ilən başın açdı,

Ağ biləyin sığalladı:

– Qarşı yatan Qara dağın

Aşmaq – deyə, gəlmişəm mən!

Axıntılı sularından

Keçmək – deyə, gəlmişəm mən!

Ətəyinə, qoltuğuna

Sığınmağa gəlmişəm mən!

Haq-Tanrının buyuruğu,

Peyğəmbərin dediyilə

Qız almağa gəlmişəm mən!

– Bu igiddə hünər olsa,

Sözüm yoxdur! – Deyə, təkur

Qəbul etdi.

 

* * *

Yasavullar qoç oğlanı

Soyundurdu.

O bir taqə

Altın arqac, kətan bezin

Gövdəsinə sarıtdadı,

Meydan açdı.

Qanturalı

Sahib cəmal, sahib kəmal,

Görsətmə bir igid idi.

Oğuzların dörd igidi

Niqab ilən dolanardı –

Qanturalı, boz ayqırlı

Beyrək xan, Qara Çəkir,

Birisi də onun oğlu

Xan Qırqınıq.

 

Qanturalı niqabını

Götürərkən qız baxırdı.

Ay camallı, aslan üzlü

Mərd igidə gözü düşcək

Daraxlığı boşa getdi.

Dabbağ olmuş dana kimi

Cüycüsündün su töküldü.

Başındakı qırx yoldaşa

Baxıb dedi:

– Tanrı-təala şah babamın

Ürəyinə rəhm sala,

Kəbin kəsib bu oğlana

Verə məni.

Heyifdir ki, bu cür oğlan

Heyvanların dırnağında

Həlak ola!

Selcan xatın bu sözdəkən

Yeddi dəmir zəncir ilən

Zəncirlənmiş buğa kəli

Gətirdilər.

Buğa gəlib dizə çökdü,

Meydandakı mərmər daşa

Buynuz vurdu, pənir kimi

Didib tökdü.

Hamı baxıb söyləşdilər:

– Ənqəribdi[4] ki, igidi

Atar, yıxar.

– Yaxılsın Oğuz elləri,

Qırx igidlən bir bəy oğlu

Bir qız üçün ölmək nədir?! –

Qoç oğlanın qırx igidi

Bunu duyub ağlaşdılar.

 

Qanturalı sağa baxdı,

Sola baxdı, igidlərin

Ağlar gördü, bir hay verdi,

Nə söylədi:

– Hey, qırx eşim, qırx yoldaşım!

Nə olub ki, ağlayırsız?

Qopuzumu mənə verin,

Məni öyün!

 

Qanturalı qopuz çalır,

Qırx igidi onu öyür,

Görək dostlar necə deyir:

– Hey sultanım, Qanturalı!

Qalxıbanı sən yerindən

Durmadınmı?

Qara yallı Qazlıq ata

Minmədinmi?

Köksü gözəl Qaba dağı

Ovlayıban yenmədinmi?

Obadakı inək sağan

Qaravaşı görmədinmi?

Buğa, buğa dedikləri,

O inəyin buzovası

Deyildimi?

Alp ərənlər qırımından

Qırarmı?

Qoç igidlər bir buzovdan

Qorxarmı?

Sarı donlu Selcan xatın

Köşkdən baxar!

Kimə baxsa, baxışıylan

Oda yaxar!

Qanturalı sarı donlu

Qız eşqində bir “hu” dedi,

– Mərə, kafər, buğanızı,

Buraxınız gəlsin! – Dedi.

 

Əsrək kəlin zəncirlərin

Götürdülər.

Dəli buğa buynuzların

Almas uclu cida kimi

Şüşlədərək nər oğlanın

Üzərinə hücum etdi.

Qanturalı adı gözəl

Məhəmmədi çağırıban

Bir yumuruq qızğın kəlin

Qaşqasına ilişdirdi.

Əsrək buğa dalı üstə

Yerə çökdü, qalxar-qalxmaz



 
[1] [2] [3] [4] [5] [6] [7] [8] [9] [10] [11] [12] [ 16-12 ] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info