Qonaq Kitabı
QANLI QOCA OĞLU QANTURALI

Dürtməsini kəlləsinə

Dayayaraq zorun saldı,

Buğa kəli basa-basa

Gen meydanın o başına

Gedib çıxdı.

Qızğın buğa, igid oğlan

Bir çox zaman çalışdılar.

Yavaş-yavaş dəli heyvan

Yorğunladı, qara ağzı

Köpükləndi.

Qanturalı: – Alp ərənlər

Bu dünyanı ağıl ilən

Bilmişlərdir. Yaxşıdır ki,

Heyvancığın qarşısından

Sıçrayıb arxasından

Bir iş edim – deyə, durub,

Adı gözəl Məhəmmədə –

“Təkbir” deyib sıçradı.

Buğa tovun saxlamadan

Başı üstə yerə dəydi,

İgid oğlan dildən düşmüş

Hərifini quyruqladı,

Dolandırıb yerə çaldı,

Boğazladı, başın kəsdi,

Dərisini qazıb soydu.

Təkur şaha qarşı vardı,

– Qızı mənə verirsənmi? –

Deyə, durdu.

 

– Mərə, qızı ona verib

Sürün getsin! –

Deyə, təkur hökm edərkən,

Qardaşının yek oğlu dedi:

– Heyvanların padşahı

Boz aslandır, onunla da

Oyun versin, sonra verək.

 

Aslanı da gətirdilər.

Aslan gəlib quruldandı,

Meydandakı bütün atlar

Qan kişnədi.

Nər oğlanın igidləri

Ağlayıban söylədilər:

– Buğa kəldən qurtardısa,

Boz aslandan qurtararmı?

Qanturalı igidlərin

Ağlar görüb:

– Mərə, dostlar, qopuzumu

Ələ alıb öyün məni!

Sarı donlu qız eşqində

Bir aslandan qorxmaq olmaz!

Yoldaşları onu öyür,

Görək dostlar necə öyür:

 

– Hey sultanım, Qanturalı,

Daylar basan, ərlər kəsən,

Qara poladüz qılıncdan

Qayıtmayan.

Alp ərənlər savaş günü

Qırımından qayıdarmı?

Ağca tozlu qatı yaydan

Dərsinməyən,

Ağ lələkli ötgün oxdan

Qayğımayan

Mərd igidin iradəsin

Bir canavar sarsıdarmı?

 

Dəmirdırnaq qaplanların

Boynun buran,

Canavarlar sərkərdəsi

Aslan boğan

Ala başlı köpək itə

Kündəsini qapdırarmı?

 

Sarı donlu Selcan xatın

Köşkdən baxar,

Kimsə baxsa, eşq oduna

Salıb yaxar!

 

Qanturalı sarı donlu

Qız eşqinə bir “hu” dedi.

– Mərə, kafər, aslanıvı,

Burax gəlsin!

Qara poladüz qılıncım

Əlimdə yox, qıvrışmadan

İki biçəm.

Ətəginə sığınmışam,

Cömərdlərin mədədkarı,

Qəni Tanrı, mədəd! – Dedi.

Boz aslana hay verdilər,

Süzdü gəldi.

Qanturalı adı gözəl

Məhəmmədə “təkbir” deyib,

Köynəyini biləyinə

Sarıtdadı, aslancığın

Pəncəsinə qarşı verdi,

Çənəsindən bir yumuruq

İlişdirdi.

Yumuruğun zərbəsindən

Qoğan aslan gicəlləndi.

İgid oğlan macal tapıb

Biləyini çəkib üzdü,

Götürübən yerə çaldı.

Aslancığın qaba leşi

Meydan içrə düşüb qaldı.

Qanturalı: – Mərə, təkur,

Qızı mənə vergil! – Dedi.

 

– Bu oğlanı gözüm gördü,

Könlüm sevdi.

Gərək dursun, gərək qalsın!

Qızı ona verin, getsin!–

Deyə, təkur hökm edərkən,

Qardaşının oğlu dedi:

– Heyvanların sərkərdəsi

Buğra nərdir, onunla da

Oyun etsə, qızı verrik.

 

Çün inayət həqdən idi,

Bəy-paşalar qoç oğlana



 
[1] [2] [3] [4] [5] [6] [7] [8] [9] [10] [11] [12] [ 16-12 ] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info