Qonaq Kitabı
QANLI QOCA OĞLU QANTURALI

Qurumasın!

 

* * *

Ay dolandı, günlər keçdi,

Karvan qondu, karvan köçdü.

İndi hanı o öydüyüm ərənlər?

Hara getdi “dünya mənim” deyənlər?

 

* * *

Nələr gedər, nələr qalar,

Nə zor qalar, nə zər qalar.

Gün dolanar, ömür keçər,

Göstərilən hünər qalar.

 

Nə gecə, nə gündüz qalar,

Nə yaz qalar, nə güz qalar.

Çalış, dünyada ad qazan,

Nə min qalar, nə yüz qalar.

 

Nə yoxsul, nə qəni qalar,

Nə dağların çəni qalar,

Dəli bülbül, məlul olma,

Gül solarsa, dəni qalar.

 

Nə ağzının dadı qalar,

Nə dostu, nə yadı qalar,

Yalan dünya vaya qılmaz,

Mərd igidin adı qalar.

 

Atlı çapar, tozu qalar,

Karvan keçər, izi qalar.

Hər aşığın dövranı var,

Özü gedər, sözü qalar.



[1] Atropat – Atropatenanın ilk hökmdarı (e.ə. 323 – e.ə. 300). Hesab olunur ki, o, orta əsrlər Azərbaycanının bütün ərazisini və Böyük Midiya torpaqlarının bir hissəsini öz tabeliyində saxlayıb. Qavqamel döyü­şün­dən sonra Atropat asılılığı qəbul etmədiyindən İskəndər onu taxt-tacdan kənarlaş­dırıb Midiya satraplığına Oksodatı təyin edir. Lakin Oksodat ümidləri doğrult­madığından e.ə. 328-ci ildə İskəndər, Atropatı yenidən öz taxtına qaytarır.

 

[2] Cəlaləddin Moləvinin “Eşq ra gər in sər o gər an sər əst. Xod ke ma ra suye an şəh rəhbər əst” şerinə işarədir. Murad – təriqət istilahında müridlərin iradət bəslədiyi və ona çatmağa can atdıqları “kamil insan” deməkdir.

[3] Zeynəb paşa – Bibişah Zeynəb, Onbaşı Zeynəb ləqəbləri ilə də tanınan Zeynəb paşa Təbrizin Əmi Zeyynəddin məhəlləsində kəndli ailəsində anadan olub. XIX əsrin sonlarında qırx Təbrizli xanımla birgə feodal qayda-qanun­la­rı çərçivəsindən çıxaraq daxili və xarici istismara qarşı hərbi mübarizə aparıb.

[4] Ə n q ə r i b – tezliklə, bu saat.

[5] “Amənna və səddəqna” – biz inandıq və təsdiq etdik.

 



 
[1] [2] [3] [4] [5] [6] [7] [8] [9] [10] [11] [12] [ 16-12 ] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info