Qonaq Kitabı
QAZAN BƏYİN OĞLU URUZUN DUSTAQ OLMASI

At yürütdü, qılınc vurdu.

Dönə-dönə uzun zaman

Savaş etdi, kafərləri alım, – dedi.

Alanmadı. Bir saatda

Kafərlərə neçə kərə hücüm etdi,

Birdən gözü qabağına

Qılınc dəydi, qara qanı

Şoruldadı, gözün örtdü,

Özün sərt yerlərə saldı.

Görək indi ulu Tanrı

Nələr etdi.

Məgər dostlar, boyu uzun

Burla xatın, oğlancığın

Yada salıb, səbrü-qərarı

Qalmadı. Qırx incəbel

Qız oğlana qara ayğırın

Çəkdirdi, bütün mindi,

Qara qılıncın qoşanıb,

”Başım tacı salur Qazan

Nədən gəlməz”, xəyaliylə,

İz izlədi, gələ-gələ

Xan Qazana yaxınlaşdı.

Qazan baxıb halalını tanımadı, 

Üzərinə gəlib aydır:

– Qara ayğırın cilovunu

Mənə dartgil, baş qaldırıb

Mənə sarı baxgil, igid!

Altındakı qara ayğırı

Mənə vergil, əlindəki,

Sür cidanı, yanındakı,

Göy poladı, mənə vergil.

Bu günümdə mənə umud

Olgil, igid!

Qala ölkə mən verərəm

Sənə, igid!

Xatın aydır:

– Mənə qarşı gələn igid,

Nə inlərsən, mənim keçmiş

Günlərimi andırarsan?

Qalxıbanı üzərindən

Duran Qazan, qara gözlü 

At belinə minən Qazan,

İlğayıban qara dağım

Yıxan Qazan, kölgəlicə

Qaba ağacım kəsən Qazan,

Biçaq alıb qanadlarım

Qıran Qazan, yalqızlıca

Bir oğluma qıyan Qazan,

At üstündə əglənməyib,

Yortan Qazan, yoxsa sənin

Belin ölmüş,

Üzəngiyə duranmayan

Dizin ölmüş?

Xan qızı halalını

Tanımayan gözün ölmüş?

Bükülmüşsən sənə nə olmuş?

Çal qılıncın, yetdim, Qazan!

Bu məhəldə Qalın Oğuz

Ərənləri bir-bir yetdi.

 

Görək dostlar, kimlər yetdi:

Qara Dərbənd ağzında Qadir verən, 

Qara buğa dərisindən beşiginin dərisi olan, 

Acığı tutanda qara daşı kül eləyən,

Qara bığın yeddi yerdə burub tökən, 

Xan Qazanın qarındaşı Qaragünə çapar yetdi 

– Çal qılıncın, qardaş Qazan, yetdim, dedi.

Dalısınca görək dostlar, kimlər yetdi:

Dəmir qapı Dərbənddə dəmir qapını qapıb alan,

Altmış tutam kön dərinin ucunda ərlər böyürdən,

Qazan kimi pəhləvanı, bir savaşda

Üç kərə atından salan, Səlcuq oğlu Dəli 

Dondar çapar yetdi:

– Çal qılıncın, ağam Qazan, yetdim, dedi.

Onun ardınca görəlim kimlər yetdi:

Dərstursuzca Bayındır xan yağısına qan qusduran,

Qəflət Qoca oğlu olan, Şir Şəmsəddin çapar yetdi:

– Çal qılıncın, ağam Qazan, yetdim, dedi.

Dalısınca dostlar görək kimlər yetdi:

Parasarın hasarından uçub, qaçan,

Ağ-alaca gərdəginə qarşı gələn,

Qazan bəyin inağı, Oğuzun imrəncisi,

Boz ayğırlı xan Beyrək çapar yetdi:

– Çal qılıncın, ağam Qazan, yetdim, dedi.

Onun ardınca görəlim kimlər yetdi:

Çaya baxsa, çalımlı, qara qartal ərdəmli, 

Qulağı altun küpəli, bəyləri atdan salan, 

Qazılıq Qoca oğlu bəy Yegnək çapar yetdi:

– Çal qılıncın, ağam Qazan, yetdim, dedi.

Onun ardınca görəlim kimlər yetdi:

İgirmi dörd kafər qızı boy-buxununu

Oxşayan Dondar yetdi.

Ondan sonra min qövm başı Dügər yetdi,

Ondan sonra min Bəydüz başı Əmən yetdi,

Ondan sonra doqquz qoca sərkərdəsi Aruz yetdi.

Sayar olsaq, Qalın Oğuz ərənləri saya gəlməz, 

Qazan xanın igidləri bütün yetdi.

Dövrəsinə yığıldılar,

Arı sudan abdəst alıb,

İki rükət namaz qılıb

Adı gözəl Məhəmmədi yad eləyib, 

Bitəkəllüf kafərlərə at saldılar, 

Qılınc çalıb, qan tökdülər.

O günkü gün ciyəri olan igidlər bəlirdilər, 

Namərdlər daldanacaq gözətdilər.

Qiyamət bir savaş oldu,

meydan dolu baş oldu.

Bəy nökərdən, nökər bəydən ayrıldı.

Qalın Oğuz bəylərilə Dəli Dondar,

sağdan təpdi, 

Ərcılasın igidlərlə Qara Budaq,

soldan təpdi.

Salur Qazan öndən təpdi,

kafər şahı Təkura qarşı durdu.

Böyürdübən atdan saldı,

alca qanın yerə tökdü.

Sağ tərəfdə Dəli Dondar,

Qara Tükən məlik ilən qarşı gəldi,

Qılıncladı yerə saldı.

Sol tərəfdə Qara Budaq,



 
[1] [2] [3] [4] [5] [6] [7] [8] [9] [10] [11] [ 16-11 ] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info