Qonaq Kitabı
QAZAN BƏYİN OĞLU URUZUN DUSTAQ OLMASI

 

Xiyal, mədəd səndən, gəl kərəm eylə,

Bir də məni qaytar o zamanlara.

İtirdiklərimi bir daha görüm,

Yuxu kimi gəlib keçən anlara.

 

Könül laçınına keçmiş yox, hal yox,

Bəzən gələcəyi də basıb keçər.

Göz açıb-yummadan açar şəhpərin

İşıqdan da yeyin yellərə dönər.

 

Xəyalın ağ yeli əsir üstümə,

Həyat varaqlanır, varaqbavaraq.

Bir ömrü tıxadır neçə ləhzəyə,

Bütün keçmişimi xatırladaraq.

 

Qara daşdan başqa görmürsə gözüm,

Baxışım işləyir yerin altına.

Qarşımda canlanır burada yatan,

Ruhuma-canıma ən tanış sima.

 

Yarlı-yaraşıqlı, igit vüqarlı,

Mətanətlə mənə baxan gözləri.

Dünyalarca qayğı, məna, məhəbbət,

Şələsin daşıyan ata sözləri.

 

Qabarlı əlləri ilə əlimdən tutub,

Məni dolandırıb, gəzdirən günlər…

Nələr hiss edərdim, nələr duyardım,

Söz ilə vəsf etmək olarmı məgər?

 

Tam güvənməgimlə, tam inamımla,

Mütləq məhəbbətə inanmaq hissi.

Tufanlar qopsa da, sellər axsa da,

Sarsılmaz bir dağa dayanmaq hissi.

 

O, işıqlı çıraq sönənə qədər,

Nə qara-qorxu, nə dəhşət qanardım.

Onu hər müşkulə, hər çətinligə,

Faiq olan sınmaz qüdrət sanardım.

 

Adı gələn zaman bütün gözlərdə

Hörmət ulduzları parıldaşardı.

Andığım yeganə, sadə həyat ki,

Mütləq igitliklə bitdi, qurtardı.

 

Sadə, şilə-pilə bilməz bir insan,

O qədər düşünən, o qədər dərin.

Mənə idealdır, mənə arzıdır,

Bir gün ola biləm kaş onun təkin.

 

Onu görməsəydim, tanımasaydım,

Yəqin həqiqətə inanmaz idim.

İnsanlığı onla tanıdım, onsuz

Qəflət yuxusundan oyanmaz idim.

 

İndi o əzəmət, hörmət Tanrısı,

Hardadır, hardadır, hardadır, harda?

Nə olub o, canlı şərəf heykəli,

Bu üstün toz basmış soyuq məzarda.

 

Su töküb yuyaraq məzar daşını,

Çiçəklə bəzəyib, gül əkə-əkə.

Nələr xatırımdan keçir? Qoy qalsın…

Qayıdıram lakin yaş tökə-tökə.

 

Təəssürə qərq olub

Baxmadan sağa-sola.

Atamdan ayrılıban

Dönüb düşürəm yola.

 

Məzarlıqda dolaşan

Pırtlaşıq bir qələndər.

Öz aləminə cumub

Başında keçir nələr?

 

Birdən-birə qayıdıb

Mənim üzümə baxır.

Dərin baxışlarından,

Sankı ildırım şaxır.

 

Sonra da gülümsəyir,

Ağlayır kimi gülür.

Ancaq sir-sifətimdən

Hörmət, inam tökülür.

 

–  “Sındısa da ürəyim,

Qurban o xumar gözə.

Küpün başı sağ olsun,

Sınar olsa bir küzə”. 

 

Başqa söz danışmadan,

Yolunu çəkib gedir.

Yenə dünyadan çıxıb,

Öz aləmin seyr edir.

 

Və lakin sözlərindən

İçimin odu sönür.

Elə bil ürəgimdən,

Ağır daş götürülür.

 

Günəş kimi bir işıq,

Ürəgimi çulqalayır.

Məni də o seyr edən

Dünyalara aparır.

 

Gözümdə dəyişir hər şeyin rəngi,

Baxıram, qəribə aləm görürəm.

Nə qəm-qussəm qalır, nə də matəmim,

Nə yoxluq, nə də ki, ədəm görürəm.

 

Küzələr sınsa da, küplər dolu idi,

Sürahilər meydən boş qalmayırdı.

Hər bir gül solduqda min gül gülürdü,

Həyat bağı solub-saralmayırdı.

 

***

Qayıtdım atamın qəbrinə baxdım,

Daha nə məzarlıq, nə məzar gördüm.

Qara daş altında, yer altında yox,



 
[1] [2] [3] [4] [5] [6] [7] [8] [9] [10] [11] [ 16-11 ] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info