Qonaq Kitabı
QAZAN BƏYİN OĞLU URUZUN DUSTAQ OLMASI

Yumurlanıb uru durdu,

Qara səmur cəbbəsini

Çiyninə saldı,

Qarşı gəldi, qapaq qaldırdı,

Qazanın üzünə baxdı.

Sağ-soluna göz gəzdirdi,

Oğlancığı görmədi.

Qara bağrı sarsıldı, 

Dum ürəyi oynadı, 

Qıyma gözlər qan-yaş doldu.

Çağırıb Qazana söylər:

– Bəri gəlgil Salur gücü,

Başım baxtı, evim taxtı, 

Xan babamın kürəkəni,

Qadın anamın sevgisi,

Atam, anam verdigi,

Göz açıban gördügüm,

Könül verib sevdigim,

Bəy igidim, Xan Qazan!

Qalxıbanı uru durdun,

Oğlun ilə Qazılıq atın

Bütün mindin, köksü gözəl

Qaba dağa ova çıxdın.

Boynu uzun səmiz keyik

Alıb yığdın, bədöy atını

Yüklətdin, geri döndün.

İki vardın, bir gəlirsən,

Yavrum hanı? Qara gecə

İçərsində qazandığım

Oğul hanı? Bircə bəyim

Görünməzdir, bağrım yanar.

Yapışıqlı qayalardan,

Qazan, oğul uçurdunsa,

Dalı sazın aslanına

Yedirdinsə, sası dinli

Kafərlərə tutdurdunsa,

Ağ əllərin dalısından

Bağlatdınsa, kafərlərin

Qabağında yürütdünsə,

Dil-dodağı quruyuban

Dört yanına baxdırdınsa,

Qara gözdən acı yaşın

Axdırdınsa, ana, – deyə,

Baba, – deyə, bozlatdınsa,

Degil mənə!

 

***

Xatın bir daha söyləmiş:

– Oğul, oğul, ortacım oğul,

Qarşı yatan Qara dağım

Yüksəyi oğul, qaranquca

Gözlərimin aydını oğul,

Sam yelləri əsmədən, 

Qulağım gəlir.

Sarımsaq otu yemədən,

İçim göynər,

Sarı ilan sancmadan

Ağca tənim qalxıb şişər.

Qurumuşca köksümdə

Südüm oynar.

Yalqızca oğlum görünməz, 

Bağrım yanar.

Yalqız oğul xəbərini

Degil mənə, deməz olsan,

Yana-yana mən qarğaram,

Qazan sənə!

 

***

Anası bir daxı söyləmiş:

– Qarğı cida oynadanlar

Vardı gəldi, altun cida

Oynadanlar, yarəb, noldu?

Qara yallı at minənlər

Vardı gəldi, bədöy atlı

Bircə oğlana, yarəb, noldu?

Nökər gəldi, nayıb gəldi,

Təkcə oğlan, yarəb, noldu?

Yalqız oğul xəbərini,

Mərə, Qazan, degil mənə!

Deməz olsan, yana-yana

Qarğaram mən, Qazan, sənə!

Xatın bir daxı söyləmiş:

– Quru-quru çaylar içrə

Su saldırdım, qara donlu

Dərvişlərə nəzir verdim.

Yanıma el baxdığımda,

Qonşuma ev baxdım.

Umanına, küsəninə

Aş yedirdim.

Ac görərsəm, doyurdum,

Yalın görsəm, donatdım.

Dilək ilə bircə oğul,

Güclə tapdım. Yalqız oğul.

Xəbərini, ay Qazan,

Degil mənə, deməz olsan,

Yana-yana qarğam mən,

Qazan, sənə!

 

***

Xatın bir daxı söyləmiş

Qarşı yatan Qara dağdan,

Bircə oğlan uçurtdunsa,

Degil mənə, külüng ilə

Yıxdıraram. Daim axan

Yügrək sudan, bircə oğul

Uçurtdunsa, degil mənə,

Damarların doğradaram.

Azğın dinli kafərlərə,

Bircə oğul tutdurdunsa,

Degil mənə, xan babamın

Sarayına vararam,

Ağır ləşkər, bol xəzinə

Alaram, paralanıb

Qazılıq atdan yenməyincə,

Ətəyimlə alca qanım silməyincə,

Qol-bud olub

Yer üzünə düşməyincə,

Yalqız oğul xəbərini almayınca, 

Kafərlərin yolundan dönmərəm.

Yoxsa, Qazan, ayağımdan



 
[1] [2] [3] [4] [5] [6] [7] [8] [9] [10] [11] [ 16-11 ] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info