Qonaq Kitabı
QAZAN BƏYİN OĞLU URUZUN DUSTAQ OLMASI

Sən yağıya hücüm edib

Baş kəsmədin, düşman qırıb

Qan tökmədin, ala gözlü

Qırx igidin boyuna al,

Köksü gözəl Qaba dağlar

Başına çıx, bəy babanın 

Savaşdığın, döyüşdüyün, 

Çəkişdiyin görüb ögrən. 

Həm də bizə gözətçi ol!

İgid Uruz babasının

Sözlərini sındırmadı.

Qayıdıban geri döndü,

Yerdən uca dağlar üstə

Yoldaşların alıb çıxdı.

O, zamanlar heç bir oğul 

Ata sözün sındırmazdı,

Sındırsaydı, kimsə onu 

Oğulluğa tanımazdı.

Uruz isə gen yaxadan

Süngüsünü sancıb durdu.

 

 

Salur Qazan baxdı gördü

Gələn kafər alaylandı,

Atdan endi, arı sudan 

Abdəst aldı, ağ alnını 

Yerə qoydu, iki rükət

Namaz qıldı, adı gözəl

Məhəmmədi yada saldı,

Qara donlu kafərlərə 

Göz qaratdı, hay vuraraq

At oynatdı, qarşı vardı,

Qılınc vurdu, gumbur-gumbur 

Nağaralar döyüldü, borusu altun 

Tunc borular çalındı.

Cilasınlar, bəy ərənlər 

Dönə-dönə savaşdı.

Qara polad üz qılınclar

Çalındı, qarğıdilli

Qayım oxlar atıldı,

Sür cidalar sürüldü,

Namərdlər, müxənnəslər daldalandı.

O gün Qazan oğlu Uruz

Baxa-baxa eşqə gəldi, belə dedi:

– Bəri gəlin, qırx yoldaşım,

Sizə qurban olsun başım.

Gördüz necə ağam Qazan

Başlar kəsdı, qanlar tökdü?

Oğlan-uşaq yemək üçün

Gəlməyiblər, atam bizdən

Kafərləri əsirgədi.

Məni sevən igitlərim,

Nə durursuz, kafərlərin

Bir ucuna təpiləlim.

Qara qoçun oynadıban

Kafərlərin sağ ucuna 

At salıban sağdan-soldan

Düşmanları xub dağıtdı.

Sanardın ki, birdən-birə

Yer üzünə dolu düşdü,

Ya bir sürü qaz içinə

Şahin girdi. Kafərlərin

Sağ ucunu qaçar qıldı.

Qovulanlar bək qaçaqda,

Xan Uruzun Qara Qoçun

Oxladılar. At yıxıldı,

Qaçan kafər geri dönüb, 

Oğlancığın üzərinə

Cumuxdular. Bəy Uruzun

Qırx iyidi atdan yendi,

Qalxanların ələ alıb,

Qılıncların süngülərin

İşə salıb savaşdılar.

Ucadakı alçaqdakın

Basıb alar, piyadanın

Umudu olmaz. Xan Uruzun 

Sağın-solun çevirdilər, 

Qırx igidin şəhid edib,

Üzərinə qoyuldular,

Yaxalayıb, ağ əllərin

Dalısından bağladılar,

Boğazına qara qıldan 

Örkən salıb üzü üstə 

Sürüdülər. Ağ ətindən

Qan çıxınca vurub-döyüb,

Baba, deyə ağlatdılar,

Ana, deyə bozlatdılar.

Əli bağlı, boynu bağlı

Sürüyübən yürütdülər.

İgit Uruz dustaq oldu.

Xan Qazanın xəbəri yox,

Sandı kim, yağı basıldı.

Qonur atın cilovunu

Döndəribən geri döndü,

Oğlancığı qoyan yerə

Gəlib çıxdı, tapanmadı.

Aydır: – Bəylər, oğlan hara

Getmiş ola? Bəylər Aydır:

– Oğlan quş ürəkli olur,

Yəqin qaçıb anasına gedibdir o!

Salur Qazan pozuluban

Dönüb aydır: – Mərə, bəylər,

Tanrı bizə bir kor oğul

Vermiş, varıb onu

Anasından alaq, dönüb

Qılınclayıb altı yolun

Ayrıcına buraxalım.

Hamı görsün ibrət alsın,

Bir də heç kim yaman yerdə

Yoldaşın qoyub qaçmasın.

 

Boyu uzun Burla xatın

Qazan xanın gəldigini

Eşidincə atdan ayğır,

Dəvədən buğra, qoyundan qoç

Qırdıraraq oğlancığın

İlk ovudur, Qalın Oğuz 

Bəylərini toylayalım

Əlbət, – dedi.

Xan qızı gördü əri gəlir,



 
[1] [2] [3] [4] [5] [6] [7] [8] [9] [10] [11] [ 16-11 ] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info