Qonaq Kitabı
AŞIQ QƏRİB

 

Soz tamam oldu, paşa gördü ki, Ò»əqiqətdə də bayırda elə çoğundur ki, Qəribə getmək mümkün olmayacaq, dedi:

- Qərib, gəl getmə, bu yollarda tələf olarsan.

Qərib başladı ağlamağa, paşa Qəribin ağlamağını görüb ürəyi yandı, əmr verdi ki, Qəribə at versinlər. Haman saat paşanın adamları Qəribə bir yaxşı yüyürək at verib, Qəribi yola saldılar.

Qərib bəzirgan, paşa ilə xudaÒ»afizləşib Tiflisə sarı gəlməkdə oldu.

Ustad dili yüyürək olar. Qərib bir müddət yol gəldikdən sonra altındakı at tab gətirməyib Ò»əlak oldu. Qərib Ò»eybəsini çiyninə alıb bir qədər piyada yol getdikdən sonra yorulub göy bir çəmənlik içində oturdu. Bir tərəfdən öz vətənindən, o biri tərəfdən sevgilisi olan ŞaÒ»sənəmdən ayrılmasını, özünün çölü-biyaban içərisində qalmasını görərək, sazını sinəsniə basıb öz Ò»alına münasib görək nə dedi:

 

Aldı Qərib

 

Qadir mövla budur səndən diləyim

Fələk məni daşa saldı, ağlaram.

İndi bildim muradıma çatmadım

Fələk məni daşa çaldı, ağlaram.

 

Əcəl gəldi başım üstə dayandı,

Şirin canım eşqin oduna yandı.

İndi bildim fələk mənə düşmandı,

Fələk məni daşa çaldı ağlaram.

 

Düşdü bu yerlərə yolum Ò»aradan,

Əlim də üzüldü Sənəm tək yardan.

Qəribin meyitin aparın burdan,

Fələk məni daşa çaldı ağlaram.

 

Söz tamam oldu. Qərib qalxıb piyada yol getməyə başladı.

Bir qədər yol getdikdən sonra bir nəfər ağ atlı onun qabağına çıxıb salam verdikdən sonra dedi:

- Gəl min tərkimə!

Qərib bu ağ atlının tərkinə minib bir qədər yol getdikdən sonra ağ atlı dedi:

- Ey cavan, yum gözlərini.

Qərib gözünü yumdu, bir dəqiqə keçməmişdi ki, atlı səsləndi:

- Aç gözünü.

Qərlb gözünü açıb gördü ki, budur Tiflisə çatıbdır. Atdan düşüb Tiflisə tərəf bir qədər baxdıqdan sonra geriyə döndü ki, atlı ilə xudaÒ»afizləşsin, Ò»əmən atlının qeyb olduğunu görüncə bildi ki, bu ərənlərdəndir. Çox Ò»eyifsiləndi.

Qərib sazını alıb bir qədər getdikdən sonra Tiflisin kənarına çatıb, ŞaÒ»sənəmin qəsrini görən kimi sevgilisi yadına düşüb, ürəyi dəmirçi kürəsi kimi alışıb yanmağa başladı.

 

Aldı Qərib

 

Min qovğalar çəkdi başım,

Axır çatdım sənə Tiflis,

Baxım sənə qoy doyunca,

Axır çatdım sənə, Tiflis.

 

SiyaÒ» saçları darandı,

Canım Ò»əsrətində yandı,

Sənəmin qəsri göründü,

Axır gəldim sənə, Tiflis.

 

Aşiq Qərib gəldi elə,

Gəzər bağı gülə-gülə,

Gəldiyimi yara söylə,

Şükür gəldim sənə, Tiflis.

 

Söz tamama yetdi. Qərib Tiflis şəÒ»ərinə daxil olub, əvvəlcə qəÒ»vəçi Dəli MaÒ»mudnan görüşdü. Sonra Ò»ər ikisi gəldi öz qapılarına, Qərib səsləndi:

- Ey ev saÒ»ibi!

Qəribin anası Banı səsləndi:

- Kimsən, nəçisən?

Bu səsə bacısı Nərgiz də bayıra çıxdı, Qərib tez bacısının əlindən tutub içəri girdi. Nərgiz dedi:

- Sən kimsən?

Qərib dedi:

- O divardakı sazı verin, saznan deyim.

Banı dedi:

- Oğul, biz yaslıyıq, bizə saz çalmaq lazım deyil.

Qərib bunların sözünə qulaq asmayıb, alıb sazı görək özünü necə tanıtdırdı:

 

Aldı Qərib

 

Canım ana, gözüm ana,

Ana, mən Qəribəm, Qərib.

Bu gün sizə meÒ»man oldum,

Ana, mən Qəribəm, Qərib.

 

Aldı anası

 

Xoş gəldin, səfa gətirdin,

Oğlum Qərib, Ò»açan gəldin?

Məni odlara yandırdın,

Oğlum Qərib, Ò»açan gəldin?

 

Aldı Qərib

 

Nə bəlalar çəkdi başım,

Gözümdən tökərəm yaşım,

Bəs Ò»anı Heydər qardaşım,

Ana, mən Qəribəm, Qərib!

 

Aldı anası

 

Atlılar atını çapardı,

Sınıq könullər yapardı.

Heydəri sellər apardı,

Oğul Qərib, Ò»açan gəldin?

 

Aldı Qərib

 

Hacılar elərdi Ò»acı,

Yoxdur dərdimin ilacı,

Sən Nərgiz də mənə bacı,

Ana, mən Qəribəm, Qərib.

 

Aldı anası

 

Banının urəyin deşdin,   

Boynuna xələtin biçdin,

Harda idin gəldin çıxdın,

Oğul Qərib, Ò»açan gəldin?

 

Söz tamama yetdi, anası, bacısı Qəriblə qucaqlaşıb-öpüşüb, görüşəndən sonra gözlərinə işıq gəldi. Qərib xəbər aldı:   

- Ana, mənə ŞaÒ»sənəmdən bir xəbər.

Anası dedn:

- Oğul, bu gün ŞaÒ»sənəmin toyudur.

Belə eşidəndə Qərib dayana bilməyib anasını, bacısını burada qoyub MaÒ»mudnan ŞaÒ»vələdin toy məclisinə gəldi. ŞaÒ»vələdə xəbər getdi ki, gözün aydın olsun, sənin toy məclisinə bir aşıq gəlib çıxdı. ŞaÒ»vələd və Güloğlan məclisə gəldi, Güloğlan Qəribi görən kimi tanıyıb qaçmaq istəyəndə Dəli MaÒ»mud onu buraxmadı. ŞaÒ»vələd dedi:

- Aşıq, bir qədər söÒ»bət elə.

Qərib “gözüm üstə” deyib, sazını sinəsinə basıb, özünü Sənəmə tanış vermək üçün görək nə dedi:

 

Aldı Qərib

 

Hər gecə, Ò»ər gündüz, Hələb şəÒ»rində,

Qürbət şərabını içdim də gəldim,

Yar mənə göndərdi, bir gözəl namə,

Oxudum qarasın, seçdim də gəldim.

 



 
[1] [2] [3] [4] [5] [6] [7] [8] [9] [10] [11] [12] [ 16-12 ] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info