Qonaq Kitabı
AŞIQ QƏRİB

Axşam idi mən də gəldim xanəmə,

Sirrimi demişdim, bacı, nənəmə,

Eşqin xəncərini vurdum sinəmə,

Dərin yaralarım deşdim də gəldim.

 

Qəribin səsini ŞaÒ»sənəm o birn otaqdan eşitcək qızlarla gəlib pəncərənin qabağında durdu.

 

Aldı Qərib

 

Həftədə xəbəri verdilər bizə,

Günorta vaxtında çıxdım mən düzə,

Mədət deyib gəlib çıxdım Tiflisə,

Mövlam qanad verdi, uçdum da gəldim.

 

Bir əl vurun xublar girsin oyuna,

Mən qupbanam qamətinə, boyuna,

Aşıq Qərib ŞaÒ»sənəmin toyuna,

Başımdan, canımdan keçdim də gəldim.

 

Söz tamam oldu. ŞaÒ»vələd Qəribi tanıyıb Güloğlana dedi:

- Ə, sən bu Qəribi öldürməmişdin?..

Güloğlan qorxusundan girdi siçan deşiyinə, ŞaÒ»vələd xəncəri çəkib Qəribi vurmaq istəyəndə, Dəli MaÒ»mud ŞaÒ»vələdin qollarını tutub xəncərini dayadı ürəyinə. İşi belə görəndə ŞaÒ»vələd dedi:

- Qərib, ŞaÒ»sənəmi sənə verdim.

Camaat yerbəyerdən bu sözu alqışlayıb Qəribin bacısının kəbinini ŞaÒ»vələdə, ŞaÒ»sənəmin kəbinini Qəribə kəsib təzədən toy başladılar.

ŞaÒ»sənəm gəlin otağına keçdi, Qərib bəylik paltarını geyib Sənəmin yanına gəldi. ŞaÒ»sənəm istədi durub sarmaşa Qəribin boynuna, Qərib dedi:

- Mənə yaxın gəlmə, sənə ŞaÒ»vələdin əli dəyib.

Qərib belə deyəndə ŞaÒ»sənəm gözünün yaşını axıda-axıda siyaÒ» saçlarından tel ayırıb saz əvəzinə alıb görək Qəribə nə dedi:

 

Aldı Sənəm

 

Canım sənə qurban, qaragöz Qərib,

RaÒ»at olmamışam, yar sən gedəli.

Əynimə geymişəm qəm libasını,

Geyib sallanmadım yar sən gedəli.

 

Evimizin dalında xırda təpələr,

Orda yağış yağsa, burda səpələr,

Müçrümdə durur, gördüyün boxçalar,

Taxıb gəzmədim Ò»eç, yar, sən gedəli.

 

Qış dolandı yenə baÒ»ar açıldı,

Körpə quzu anasından seçildi,

Yeddi ildə on dörd bayram kecildi,

Həna yaxmamışam yar, sən gedəli.

 

Söz tamam oldu. ŞaÒ»sənəm başladı ağlamağa. Qərib ŞaÒ»sənəmi belə ağlar görəndə alıb sazı görək onun urəyini necə ələ alacaq.

 

Aldı Qərib

 

Dön bəri, dön bəri, bir üzün görüm,

Çoxdandır ayrıldım səndən ax, Sənəm.

Bir-bir libasların tərif eyləyim,

Sən də geyin, qurşan görüm qalx, Sənəm.

 

Mən görmədim sənin kimi gözəli,

Payız olcaq, bağlar tökər xəzəli,

Dilin şəkər, dodağındır məzəli,

Gözüm nuru, dur aynaya bax, Sənəm.

 

Dillərdə dastandır Tiflis alması,

Min tümənə dəyər saçın Ò»örməsi,

Yar sənə gətirdim Hələb Ò»ənası, 

Ağ ələ yaraşır, al bir yax, Sənəm.

 

Yüz minə dəyər ki, üzün yaşmağı,

İncə belə bağla qızıl qurşağı,

Ayağa geyibsən zərli başmağı,

Qərib deyir: dur aynaya bax, Sənəm.

 

Söz tamam oldu, istəklilər barışıb öpüşdülər. Qərib yenidən toy etdi. Hər iki Ò»əsrətli  bir-birlərilə murada çatıb şad günlər keçirdilər.

 



 
[1] [2] [3] [4] [5] [6] [7] [8] [9] [10] [11] [12] [ 16-12 ] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info