Qonaq Kitabı
AŞIQ QƏRİB

Rəsul köysu qala yaralı, dağlar!

 

Söz tamama yetən kimi boran dayandı. Başladılar yol getməyə.

Ustad dili yügürək olur. Rəsul, anası, bacısı, kiçik qardaşı Heydər sağ-salamat gəlib çatdılar Tiflis şəÒ»ərində Kotan dağına. Bunlar qəribdilər. Heç bir yeri tanımayırdılar. Bir qədər yol gəldikdən sonra Rəsulun yolu bir qarının daxmasının qabağından düşdü. Qarı bayıra çıxdı. Rəsul qarını görən kimi sazın sinəsinə basıb görək ondan nə xəbər aldı:

 

Aldı Rəsul

 

Başına döndüyüm, qurban olduğum,

ŞəÒ»r Tiflis dedikləri budumu?

Sənəm yarım məlÒ»əm eylər yaraya,

ŞəÒ»r Tiflis dedikləri budumu?

 

Qarı baxıb gördü ki, bunlar qəribdirlər. Bu tərəfdən də Sənəmin adını çəkdi, alıb görək Rəsula necə cavab verdi:

 

Aldı qarı

 

Gəzə-gəzə sən də gəldin buraya,

Eşitdiyin şəÒ»r Tiflis buradır.

Sənəm burda məlÒ»əm eylər yaraya,

Eşitdiyin şəÒ»r Tiflis buradır.

 

Aldı Rəsul

 

Baxça burda, bağban burda, bar burda,

Heyva burda, alma burda, nar burda,

Xacə adlı bir qoÒ»umum var burda,

Dedikləri şəÒ»r Tiflis budumu?

 

Aldı qarı

 

Baxça desən, bağban desən, var burda,

Cana min cür dərman desən, var burda.

İndi bildim oğlan, getmə, qal burda.

Eşitdiyin şəÒ»r Tiflis buradır.

 

Aldı Rəsul

 

Rəsulam silinməz könlümün pası,

Sərimdə dolanır eşqin sövdası,

Tiflis əÒ»li, ŞaÒ»sənəmin babası...

Dedikləri şəÒ»r Tiflis budumu?

 

Aldı qarı

 

Məryəməm, mərdlərin qurban sərinə,

Hər axşam ŞaÒ»sənəm çıxar sərinə.

Qorxma oğlan, verrəm əlin-əlinə,

Eşitdiyin şəÒ»r Tiflis buradır!

 

Söz tamama yetişdi. Dünyada ustadlar dilində iki cür qarı var. Biri köpəyi qarı, biri ipəyi qarı. Bu qarı ipəyi qarıdandı. Xoş sifətlə Rəsula dedi:

- Oğlum, sən qal burda, mən gedim ŞaÒ»sənəm xanıma muştuluq verim.

Rəsul dedi:

- Qarı nənə, tələsmə!

Qarı dedi:

- Ay oğul, necə yəni tələsməyim? Düz bir il ruzigardır ki, ŞaÒ»sənəmin nə gecəsı gecədir, nə gündüzü gündüz. Hələ mənim özümü burada aylıxçı qoyub ki, Tiflis şəÒ»ərinə yeni gələn qəriblərin xəbərini ona yetirim. İndi şükür olsun AllaÒ»a ki, sən özün öz əlin-ayağınla gəlib çıxmısan. Mən də kasıb bir arvadam. Mənə də bir xələt çatar.

Rəsul dedi:

- Qarı nənə, bu yaxınlarda qəÒ»vəçi dükanı var, ya yox?

Qarı dedi:

- Nə üçün yoxdur, istəyirsən elə buradaca sizin üçün çay qoyum. Siz çayınızı için, mən  gedim ŞaÒ»sənəmə xəbər verim.

Rəsul dedi:

- Qarı nənə, xəbəri sonra verərsən. Düş qabağımıza, bizi apargilən qəÒ»vəxənaya.

Qarı Rəsulgili qatıb qabağına bir baş Dəli MaÒ»mudun qəhvəxanasına apardı.

Rəsul qarının ovcuna bir qızıl beşlik basıb yola saldı. Dəli MaÒ»mud Rəsulun anasını, bacısını arvadlara məxsus olan otağa apardı. Qayıdıb Rəsuldan xəbər aldı:

- Ey qərib, Ò»ardan gəlib, Ò»aralara gedənsən?

Rəsul dedi:

- Təbrizdən gəlirəm.

QəÒ»vəxanada oturanlar Təbriz adını eşidən kımi yerbəyer dedilər.

- Qərib, Təbrizdən bizim üçün bir neçə söz oxu!

Rəsul sinə sazın alıb görək Təbrizi necə tərif elədi.

 

Aldı Rəsul

 

Ay ağalar, gəlin sizə söyləyim,

Açılar baÒ»arda gülü Təbrizin,

Toyda, bayramlarda atlas geyirlər

Kəsilməz yaşılı, alı Təbrizin.

 

Təbrizin ətrafı dağdır, meşədir,

İçində oturan bəydir, paşadır,

Səkkiz min məÒ»əllə, beş min küçədir,

Çarşusu, bazarı, yolu Təbrizin.

 

PəÒ»livanlar ğisvət geyir, yağlanır,

Cümlə bəzirganlar burda əylənir,

Üç yüz altmış yükü birdən bağlanır,

Əldən-ələ gəzər malı Təbrizin.

 

Söz tamam olan kimi yerbəyerdən afərin dedilər.

Bu şəÒ»ərdə Güloğlan deyilən birisi vardı. Bu mağamda o əli sazlı gəlib qəÒ»vəxanaya çıxdı, bir iki Ò»ətərən-pətərən dedikdən sonra dedi:

- Görəsən bu Tiflis şəÒ»ərində mənim qabağıma bir aşıq çıxa bilərmi?

Ellik yerbəyerdən qalxıb dedilər:

- Güloğlan, sazını vur qoltuğuna var get, sən Qəribin qabağında Ò»eç bir iş görə bilməzsən.

Güloğlan dedi:

- Hanı o Qərib?

Belə deyəndə Qərib çıxıb qabağa, alıb sazın sinəsinə dedi:

- Güloğlan, dörd yarpaq söz deyəcəyəm, cavabını verə bilsən, mən burdan birbaşa Təbrizə qayıdacağam pə aşıqlıq sözünü üstümdən götürəcəyəm.

ƏÒ»li-məclis razı oldu, alıb görək Qərib nə dedi:

 

Aldı Qərib

 

Xəbər söylə mənə, ay usta başı,

Əlindəki sazı necə çalırsan?

Əzəl mənə ulduzların sayın de,

Ver cavabın, qalsın başın ağrısız!

 

Güloğlan cavab verə bilmədi. Qərib alıb ikinci yarpağını görək necə dedi:

 

Aldı Qərib

 

O necə şeydir ki, dolar boşalar,

Ruzigar əsdikcə yerində durar.

Geyibən yaşılı, gələr boşalar,

Ver cavabım qalsın başın ağrısız!

 

Qərib gördü ki, Güloğlan qaçmaq istəyir, dedi:

- Qaçma, axır yarpağını deyim:

 

Aldı Qərib

 

Qəribəm sualım eşit, döz indi,



 
[1] [2] [3] [4] [5] [6] [7] [8] [9] [10] [11] [12] [ 16-12 ] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info