Qonaq Kitabı
AŞIQ QƏRİB

Söz tamama yetdi, Qərib yenidən ŞaÒ»sənəmlə görüşüb ayrıldılar.

Qərib birbaş anasının yanına gəldi. Qəribin anası gördü ki, oğul səfər libasındadır, xəbər aldı:

- Oğul, Ò»araya gedirsən?

Qərib dedi:

- Ana, qulaq as deyim.

 

Aldı Qərib

 

Qurbanın olaram gülüzlü ana,

Gedirəm qürbətə gəzim bir zaman.

Bir səfər sövdası vardır başımda,

Gedirəm qürbətə gəzim bir zaman.

 

Aldı anası

 

Nə sövdadır yenə düşüb başına

Oğul, gedib ağlar qoyma sən bizi!

Bağrımı döndərdin tey qızıl qana

Oğul, gedib ağlar qoyma sən bizi!

 

Aldı Qərib

 

Canım ana, gəl ağlatma sən məni,

Mən eylədim Ò»əqqə əmanət səni.

Tapşırıram sənə butam Sənəmi,

Gedirəm qürbətə gəzim bir zaman.

 

Aldı anası

 

Mən sənə kömək istərəm xudadan,

İşnə fərəc versin böyük yaradan.

Mən ölsəm kim götrər məni aradan,

Oğul, gedib ağlar qoyma sən bizi!

 

Söz tamam oldu, Qərib anasından ayrılıb birbaş MaÒ»mudun yanıia gəldi. Anasını ona tapşırıb yola düşdü.

ŞaÒ»vələd eşitdi ki, Qərib gedir, onu öldürmək niyyətilə Tiflisdən çıxdı. O vaxt gəlib çatdı ki, gördü Qərib Kürü addayıb, kor-peşiman geri qayıtdı Tiflisə. ŞaÒ»vələd ŞaÒ»sənəmə xəbər göndərdi ki, bu gün-sabaÒ» toyunu başlayıram. ŞaÒ»sənəm baxıb gördu ki, zornan da olsa onu aparacaqlar. ŞaÒ»vələdə xəbər göndərdi ki, onu yeddi il gözləsin.

ŞaÒ»vələd Sənəmi yeddi il gözləməkdə olsun. Sizə deyim Qəribdən.

Ustad dili yüyrək olar. Qərib bir müddət yol gedib axır gəlib çatdı Hələb şəÒ»ərinə. Qərib Hələb şəÒ»ərini görən kimi təbinə zor gəlib Hələb şəÒ»ərini görək nə cür tərif etdi.

 

Şükür olsun yaradana

Sənə gəldim, Hələb şəÒ»ri,        

Ayrı düşdüm vətənimdən

Sənə gəldim, Hələb şəÒ»ri.

 

Ayrıldım qönçə gülümdən

Köksü sarı bülbülümdən

Bir kəkilli sünbülümdən

Sizə gəldim, Hələb şəÒ»ri.

 

Ayrıldım nazlı yarımdan

Üzüm gəlməz aÒ»-zarımdan

Ayrılıb Ò»əmtayımdan

Sizə gəldim Hələb şəÒ»ri.

 

Söz tamam olub, gəlib çıxdı bir qəÒ»vəçi dükanına.

Bir neçə müddət burada qalıb çalıb-oxuduqdan sonra Qəribin səsi yayıldı Hələbə ki, bir belə aşıq gəlib, Ò»eç bir ustad qabağında dayana bilməyir.

Bu xəbərı eşidən yaxın-uzaq yerlərdən qəÒ»vəçi dükanına gəlib Qəribin oxumasına qulaq asırdılar.

Qərib burada günün keçirməkdə olsun, sənə deyim Tiflisdən.

Qərib neçə vaxt idi getmişdi. ŞaÒ»vələd ŞaÒ»sənəmi ələ keçirmək üçün gündə bir tədbir görürdü, amma ŞaÒ»sənəm Qərib deyib gecə-gündüz ağlayır, təsəlli almaq üçün Ò»ər gün onun anasının yanına gəlirdi.

Bir gün ŞaÒ»vələd eşitdi ki, ŞaÒ»sənəm Ò»ələ də Qəribdən əl çəkməyib gecə-gündüz Qəribin anasının evindədir, onlara ad tutur. Güloğlanı tapıb dedi:

- Al bu pulu, get Qəribi Ò»arada görsən vur öldür, qanlı köynəyini gətir, ver anasına.

Güloğlan ŞaÒ»vələddən pul alıb üz qoydu getməyə. Bir qədər dərə-təpə gəzib Qəribi tapa bilmədi, gördü ki, yolun ortasında bir ulaq otlayır, dedi:

- Kim bilir, Qərib indi Ò»arada itib-batıbdır, yaxşısı budur, bu ulağın qulağını kəsib, öz köynəyimi çıxardıb ulağın qanına bulayaram, aparıb verərəm Qəribin anasına, ŞaÒ»vələdin yanında da başım uca olar.

Güloğlan ulağın qulağını kəsib, öz köynəyini qana bulaşdırıb gəldi Qəribin anasının yanına:

- Ana, başın sağ olsun, oğlun mənimlə gəlirdi, yolda onu Ò»aramilər soyub öldürdülər, bu da onun qanlı köynəyi, - deyib sonra da gəldi ŞaÒ»vələdin yanına.

Qəribin anası ilə bacısı qanlı köynəyi basıb bağırlarına «Qərib!» - deyib ağlamağa başladılar.

ŞaÒ»sənəm eşitdi ki, Qəribin qanlı köynəyini Güloğlan gətirib gəlibdir, qara paltar geyib gəldi Qəribin anasının yanına. Neçə gün, neçə gecə matəm saxladılar. Qəribin anası və bacısı o qədər ağladılar ki, iki gözdən oldular, dünya işığına Ò»əsrət qaldılar.

Qəribin getməsindən düz altı il yarım keçmişdi. Qəribin anası da taqətdən düşmüşdü,

ŞaÒ»vələd ŞaÒ»sənəm üçün adam göndərdi ki, Ò»azırlaşsın bu yaxınlarda toy edəcəyəm. ŞaÒ»sənəm durub gəldi Qəribin anasının yanına, dedi:

- Ana, ŞaÒ»vələd mənim toyumu lap yaxınlaşdırıb, mən də əÒ»d etmişəm Qəribdən başqa Ò»eç kimə getməyəcəyəm. Təvəqqe edirəm, durub gedək yol kənarında oturaq. Hələbə gedən bəzirganların birisi ilə Qərib üçün bir xəbər göndərək, tezliklə özünü mənə yetirsin.

Qəribin anası razı oldu. Gəlib oturdular yol üstə.

Xacə ƏÒ»məd deyilən birisi Hələb şəÒ»ərinə gedirdi. Gördü ki, yol kənarında üç fəqir oturub. Bəzirgan ƏÒ»məd gəlib bunlara əl tutmaq uçün pul verdi.

Qəribin bacısı pulu almayıb, görək bəzirgan ƏÒ»mədə nə dedi:

 

Sənə qurban olum, bəzirgan başı,

Gözlərəm yolları, gəlmədi qardaş.

Nə gecəm gecədir, gündüzüm gündüz,

Gözlərəm yolları, gəlmədi qardaş.

 

Yeddi ildir yollarını gözlərəm,

Xəncər alıb bağrım başı teylərəm,

O gəlməsə bu qürbətdə neylərəm,

Gözlərəm yolları gəlmədi qardaş.

 

Yaman olur qarlı dağlar ucası,

Bir dərdim var, qardaş onu açası,

Sənəm butasıdır, mən də bacısı,

Gözlərəm yolları, gəlmədi qardaş.

 

ƏÒ»məd bəzirgan dedi:

- Anam, bacım, siz kimsiniz, nə yerin adamlarısınız?

Qəribin anası dedi:

- Bəzirganbaşı, biz sail deyilik. Mən təbrizli Məmmədin külfətiyəm, bu da oğlumun nişanlısıdır. İndi oğlum düz yeddi ildir ki, Hələb şəÒ»ərinə pul qazanmaq üçün gedib, bu vaxta qədər Ò»eç bir xəbər yoxdur.

ƏÒ»məd bəzirgan Məmmədin adını eşidən kimi:

- Vay, o mənim ən yaxın dostumdur, - deyib görək və dedi:

 

Aldı ƏÒ»məd bəzirgan

 

ƏÒ»məd bəzirgandır bil mənim adım,

Sizi gördüm, ərşə çıxdı fəryadım.

Əvvəl sail bildim kömək elədim,

Xəbər ver, oğlunu tapım gətirim.

 

Aldı Qəribin anası

 

Gəlişin Ò»aradan, bəzirganbaşı,

Sən alıb-satırsan, alı, qumaşı.

Gecə-gündüz axıdıram göz yaşı,

Gözdən oldum oğul-oğul deməkdən.

 

Aldı ƏÒ»məd bəzirgan

 

Gəlişimdir nənə, Təbriz elindən,

Mən alıb-satıram dünya malından.

Söylə mənə, gəlsin kalamın dildən,

Xəbər ver, oğlunu tapım gətirim.

 

Aldı Qəribin anası

 

Aləm bilir çoxdur sinəmdə dərdim,



 
[1] [2] [3] [4] [5] [6] [7] [8] [9] [10] [11] [12] [ 16-12 ] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info