Qonaq Kitabı
AŞIQ QƏRİB

Qəvvas isən dəryalarda üz indi,

O nədir ki, baş yox, əli yüz indi,

Ver cavabım, qalsın başın ağrısız!

 

Söz tamam oldu. Güloğlan baxıb gördü ki, bunun qabağında dayanan Ò»alı yoxdur, sazın vurub qoltuğuna çıxıb getdi.

Məclis dağılandan sonra, Dəli MaÒ»mud Qəribdən nə üçün gəldiyini xəbər aldı. Qərib başına gələni Dəli MaÒ»muda danışıb, ŞəÒ»sənəmin ona buta verildiyini söylədi. MaÒ»mud dedi:

- Qərib, qəm yemə, nə qədər bu bədənimdə can var, Sənəmi sənə yetirməyə çalışacağam.

***

 

Qərib burada qalmaqda olsun, sənə xəbəri verim ŞaÒ»sənəmdən, necə ki, Qəribin yuxusuna girib ona ŞaÒ»sənəmi buta vermişdilər, ŞaÒ»sənəmin yuxusuna girlb Qəribi də ona buta verdilər. ŞaÒ»sənəm günü o gündən Qərib deyib dəli-divanə olmuşdu. Bu tərəfdən qarı özünü saxlaya bilməyib, yetirib əÒ»valatı ŞaÒ»sənəmə söylədi. ŞaÒ»sənəmin atası eşitdi ki, Dəli MaÒ»mudun dükanına bir qərib aşıq gəlib, çalıb oxumaqda ona tay tapılmır, görməmiş Qəribin ustalığına Ò»eyran oldu. Dəli MaÒ»mud üçün xəbər göndərdi, qonağını göndərsin bizə.

Dəli MaÒ»mud Qəribi işdən Ò»ali etdi, Ò»ər ikisi o gün Xacənin evinə getdilər.

ŞaÒ»sənəmin atası Qəribi xoş sifətlə qəbul etdi, bir qədər söÒ»bətdən sonra Qərib aldı sazı kökləməkdə olsun.

Bu anda ŞaÒ»sənəmin qulluqçusu Ağcaqız gəlib keçəndə Qəribi gördü, gözü Qəribə düşdü, dayanıb qapının arasından baxdı.

Qərib onu görüb Ò»ər iki tərəfdən dərdi cuşa gəldi, alıb görək nə dedi:

 

Aldı Qərib

 

Bir söz ilə eldən-elə atıldım,

Bu qərib ellərdə yaxdı nar məni,

Həsrətini çəkib yandım kül oldum,

AÒ»u gözlüm, nə Ò»aldayam, gör məni.

 

Səbrə taqətim yox, gəlməz qərarım,

Ərşə bulənd olub aÒ» ilə zarım,

Bəlli deyilmidir sənə əÒ»valım?

Saraldıbdır qoynundakı nar məni.

 

Qərib belə oxuyanda Ağcaqız özünü saxlaya bilmədi, tez yüyürüb ŞaÒ»sənəmin yanına getməkdə olsun.

 

Aldı Qərib

 

Qərib deyir, getmə könül oğrusu,

Başımdan keçməz Ò»eç sevda ağrısı,

Sənə mən söyləyim sözün doğrusu

Gəl maralım, al maralım, sar məni.

 

Söz tamama yetdi, ŞaÒ»sənəmin atası Qəribin belə oxumasından xoşlanıb dedi:

- Qərib, bu axşam mənə qonaqsan.

Qərib razı oldu. Xacə durub o biri otaqlara keçdi ki, tədarük görsün.

Sənə deyim Ağcaqızdan.

Ağcaqız özünü yetirib ŞaÒ»sənəmin yanına axsaya-axsaya dedi:

- Atanın bir Qərib adında qonağı gəlib, səÒ»ərdən bəri elə oxuyur, gəl tamaşa elə.

ŞaÒ»sənəm bir qaravaş da götürdü. Hər üçü gəlib pəncərədən bu biri otağa baxmaqda olsunlar. Qərib bunları görən kimi alıb sazı görək nə dedi:

 

Aldı Qərib

 

Pəncərədən mayıl-mayıl baxan yar,

Üç gözəlin birisinə mən qurban.

Şirin canı eşq oduna yaxan yar,

Üç gözəlin birisinə mən qurban.

 

Ağcaqız dedi:

- Xanım, bu mənim üçün oxuyur. Bayaq da məni görən kimi oxudu.

ŞaÒ»sənəm Qəribi görən kimi bildi ki, bu onun butasıdır. Ağcaqıza cavab vermədi.

Ağcaqız bir az da özünü qabağa verdi.

 

Aldı  Qərib

 

Birisinin ayağında məsti var,

Birisinin can almağa qəsdi var,

Birisinin burda yaxın dostu var,

Üç gözəlin birisinə mən qurban.

 

Ağçağızın ayağında məst vardı, məst adı eşidən kimi dedi:

- Gördün, mənim üçün oxuyur.

Bunlar başladılar çəkişməyə, kiçik qulluqçu da qarışdı bunlara. Qərib işi belə görəndə axır yarpağı görək necə tamamladı:

 

Üç gözəlin biri bizə qoÒ»umdur,

O birisi əl dəyməmiş qovundur,

Aşıq Qərib birsi sənin ovundur,

Üç gözəlin birisinə mən qurban.

 

Söz tamam yetdi. Ağcaqız yenə dedi:

- Xanım, gördünmü mənim üçün oxuyur.

Belə deyəndə ŞaÒ»sənəmnn əlində aynası vardı, aynanı əlində tutub gözlərindən baÒ»ar buludu kimi yaş axıtdı.

Qərib butasını belə görəndə yenidən sazı alıb görək nə dedi:

 

Aldı Qərib

 

Sərxoş-sərxoş baxır eyvan, otaqdan,

ŞaÒ»sənəm əlində aynası gözəl,

Cümlə aləm gəlir tamaşasına,

Büllur piyaləsi, sağısı gözəl.

 

Yar məni dindirir şirin dil ilə,

Gözə sürmə çəkir gümüş mil ilə.

Otağı bəzənib qızılgül ilə,

Süsəni, sünbülü, xalısı gözəl.

 

Alışan otaqlı, xoş imarətli,

Gözəllər içində qəddi-qamətli,

AÒ»u baxışlıdır, laçın cürətli,

Uçmağa, qonmağa, çıxası gözəl.

 

Aşiq Qərib sözün deyər avazla,

Dindirəndə canım alar o, nazla,

Yarım eyvanında cüt qoşa qızla,

ŞaÒ»sənəm əladır, Ò»amısı gözəl.

 

Söz tamama yetib, ŞaÒ»sənəm bir qədər toxtaq tapıb qızlarla öz otağına çəkildi.

Xacə gəlib çıxdı, bir qədər şirin söÒ»bətdən sonra məclis quruldu, Tiflisin yaxın-uzaq yerlərindən Qəribin məclisinə axışıb gəldilər. Xacə dedi:

- Qərib, mənə Ərzurumu tərif elə, səsin mənə çox xoş gəlib.

Xacə belə deyəndə görək Qərib nə dedi:

 

Aldı Qərib

 

Ağalar, ərzimə bir qulaq verin!

Adı dildə dastandır Ərzurumun

Bir belə səfalı yer görünməyib,

Şanı dildə dastandir Ərzurumun.

 

Səfalıdır o yerlərin Ò»avası,

Hər tərəfdən gəlir bülbül sədası.

AÒ»ular yığnağı, laçın yuvası,

Adı dildə dastandır Ərzurumun.

 

Qərib sözünü tamam etdi, qonaqlar yeyib içəndən sonra Ò»ərə öz mənzilinə getdi, Qərib üçün Xaçə yer salıb otaqların birində onu raÒ»at etdi.

ŞaÒ»sənəm gecəni araya salıb, Ağcaqızı Qəribin dalınca göndərib, özü bunları bağda gözləməkdə olsun.

Ağcaqız qalxıb Qəribin yatdığı otağın qabağına gəldi. Qərib yatmamışdı. Ağcaqız pənçərədən onu səslədi. Qərib pəncərədən boylanıb gördü ki, gələn Ağcaqızdır. Xəbər aldı:

- Nə üçün gəldin?



 
[1] [2] [3] [4] [5] [6] [7] [8] [9] [10] [11] [12] [ 16-12 ] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info