Qonaq Kitabı
AŞIQ QƏRİB

Doqquz ay qoynumda oğul bəslədim,

Qara gözlü növcavanı itirdim,

Gözdən oldum oğul-oğul deməkdən.

 

Aldı ƏÒ»məd bəzirgan

 

İtirmərəm mən Məmmədin nanını,

Həqq özü versin sənin muradını.

Söylə görüm sən oğlunun adını,

Xəbər ver, oğlunu tapım gətirim.

 

Aldı Qəribin anası

 

Fələk tökdü qara küllər başıma

RəÒ»m eylə sən, gözdən axan yaşıma.

Qəribin Ò»əsrəti düşdü Ò»uşuma,

Gözdən oldum oğul-oğul deməkdən.

 

Söz tamama yetdi. ƏÒ»məd bəzirgan dedi:

- Ana, indi bildim oğlunun adını, səbr et. Hələb şəÒ»ərinə çatan kimi oğlunu tapıb göndərərəm.

ŞaÒ»sənəm bəzirgandan belə bir söz eşidəndə sevinib, Bəzirgan ƏÒ»mədin əlini öpüb görək Qəribi üçün necə yalvardı:

 

Aldı ŞaÒ»sənəm

 

Qulun olum sənin, gülüzlü xacə,

Deginən Qəribə durmasın gəlsin.

Yeddi ildir Ò»əsrətini çəkirəm,

Deginən Qəribə, durmasın gəlsin!

 

ƏÒ»məd bəzirgan ŞaÒ»sənəmdən də belə eşidəndə dedi:

- Qoy bunu bir sınaqdan keçirim.

 

Aldı bəzirgan

 

Qurban olum sənə, alagöz xanım,

Razı olsan, səni oğluma allam.

Bivəfadan nə kar çıxacaq sənə,

Razı olsan, səni oğluma allam.

 

Aldı ŞaÒ»sənəm

 

Sözünü bilmədin, bəzirgan xacə,

Yolunda çəkmişəm xeyli işgəncə.

İnsafmı dəyişmək qızılı tunca,

Deginən Qəribə, durmasın gəlsin!

 

ŞaÒ»sənəm belə deyəndə alıb ƏÒ»məd bəzirgan görək onun müqabilində nə dedi:

 

Aldı ƏÒ»məd bəzirgan

 

Heç kəs bilməz yəqin mənim Ò»alımı,

Xərc edərəm əldə olan varımı.

Qoyaram yolunda şirin canımı,

Soraqlaşıb Qəribini taparam.

 

Aldı ŞaÒ»sənəm

 

Yeddi ildir mənim yarım gedibdir,

Sirrimi söyləmək sənə ayıbdır.

ŞaÒ»sənəm butası aşıq Qəribdir,

Deginən Qəribə durmasın gəlsin!

 

Aldı ƏÒ»məd bəzirgan

 

ƏÒ»məd bəzirganam indi gedərəm,

Rumi, Şami, bütün Ò»indi gəzərəm,

Qul olsa pud verib alıb gətirrəm,

Soraqlaşıb Qəribini taparam.

 

Söz tamama yetdi, təkrar ŞaÒ»sənəm Əhməd bəzirgandan təvəqqe etdi ki, Qərib Ò»arada olsa, onu tapıb gətirsin.

ƏÒ»məd bəzirgan söz verib, üstəlik:

- Qızım, mənim nə oğlum var, nə də qızım. Səni sınayırdım, xatircəm ol, Qəribini tapıb sənə yetirərəm, - deyib bəzirgan yola rəvan oldu.

 

***

 

Sənə deyim Qəribdən. Qərib bir müddət Hələb şəÒ»ərində qəÒ»vəxanada çalıb-oxuyurdu. Belə ki, Qəribin ustadlığı ətrafa yayılmışdı.

Hələb paşası eşitdi ki, Qərib adında birisi Hələbə gəlib bütün aşıqları bağlayıb. Əmr verib Ò»aman saat onu Ò»üzuruna istədi. Adamlar gəlib Qəribi axtarmaqda olsunlar, bu tərəfdən də ƏÒ»məd bəzirgan gəlib çıxdı Hələbə, girib qəÒ»vəçi dükanına, camı şərbətlə doldurub, Sənəm verdiyi üzüyü camın içinə salıb dedi:

- Kimdir burada Qərib? Qalxsın ayağa, bu camı alıb içsin.

Heç kim yerindən qalxmadı, bu anda Qərib əlində saz içəri girdi, ƏÒ»məd bəzirgan bir də təkrar etdikdə, Qərib alıb camı çəkdi başına, gördü ŞaÒ»sənəmin üzüyü camın içindədir, üzüyü alıb öpüb gözünün üstə qoyandan sonra ürəyi dəmirçi kürəsi kimi od tutub yandı. Sazını sinəsinə basıb görək Əhməd bəzirgana nə dedi:

 

Aldı Qərib

 

Başına döndüyüm bəzirgan xacə,

Canım xacə, necə gördün Sənəmi?

Nə gündüzüm gündüz, nə gecəm gecə,

Canım xacə, necə gördün Sənəmi?

 

Aldı ƏÒ»məd bəzirgan

 

Həqq sənə göndərsin Xızır İlyası,

Ağlar, sızlar gördüm nazlı Sənəmi.

Vardır sənə ŞaÒ»sənəmin duası,

Ağlar, sızlar gördüm nazlı Sənəmi.

 

Aldı Qərnb

 

Mən gələndə dərilmədi gülləri,

Mənə qismət oldu Hələb çölləri,

Söylənirmi ŞaÒ»sənəmin sözləri,

Canım xacə, necə gördün Sənəmi?

 

Aldı ƏÒ»məd bəzirgan

 

Yaxın dostlar səni durub ararlar,

Uçan quşdan səni Qərib, sorarlar.

Anan, bacın geyinibdir qaralar,

Qaralar içində gördüm Sənəmi.

 

Aldı Qərib

 

Bizim ellər baÒ»ar idi, yaz idi?

Göllərdəki ördək idi, qaz idi?

ŞaÒ»sənəmim gəlin idi, qız idi?

Qərib deyər necə gördün Sənəmi?

 

Aldı ƏÒ»məd bəzirgan

 

Mən gələndə sizin ellər yaz idi,

Göllərdəki ördək idi, qaz idi,

ŞaÒ»sənəmin gəlin deyil, qız idi,



 
[1] [2] [3] [4] [5] [6] [7] [8] [9] [10] [11] [12] [ 16-12 ] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info