Qonaq Kitabı
AŞIQ QƏRİB

- Elə bundan ötrü məni atırsan, sən otuz kisə qızıl deyirsən, mən əlli kisə gətirim gəlim, təki məni tərk etmə. 

Qərib dedi:

- Can ŞaÒ»sənəm, bu, insafdan çox kənar olur, gəl sən mənə izn ver, gedim öz əlimin rənci ilə otuz kisə qızıl qazanım, verim atana. Sonra şadlıqla toy edək.

ŞaÒ»sənəm dedi:

- Bəs nə vaxt gəlirsən?

Qərib dedi:

- Bu əÒ»d-peymana and olsun, yeddi ildən uzaq sürməz.

Belə deyəndə ŞaÒ»sənəm başladı ağlamağa, Qərib Sənəmin baÒ»ar buludu kimi axan göz yaşını görcək, ürəyi alışdı, əl atıb saza görək ŞaÒ»sənəmə nə dedi:

 

Aldı Qərib

 

Başına döndüyüm gülüzlü Sənəm,

Getdim yar, əkləndim, bəlkə gəlmədim,

Bu ayrılıq bizə Ò»əqdən verildi,

Getdim yar, əkləndim, bəlkə gəlmədim.

 

Aldı ŞaÒ»sənəm

 

Başına döndüyüm gülüzlü cavan,

Get Qəribim, sağlıq ilə gələsən.

Vardır mən bilirəm səndə məÒ»əbbət,

Get Qəribim, sağlıq ilə gələsən!

 

Aldı Qərib

 

Dön bəri, dön bəri, bir üzün gorüm,

Al yanaqlarının qurbanı olum.

Bir əmanətim var, qoy sənə verim.

Getdim yar, əkləndim, bəlkə gəlmədim.

 

Aldı ŞaÒ»sənəm

 

Qurbanı olduğum qaragöz Qərib,

Layıqmıdır məni buraxıb getmək.

Sənsən mənim yəqin dərdimə təbib,

Get Qəribim, sağlıq ilə gələsən!

 

Aldı Qərib

 

Yazılmış alnıma eşqin əzəli,

Payız gələr, bağlar tökər xəzəli,

Neyləyirəm səndən qeyri gözəli,

Getdim, yar, əkləndim, bəlkə gəlmədim.

 

Aldı ŞaÒ»sənəm

 

Qərib, bu sözlərin Ò»əqqə yaramaz,

Sözündə durmayan bəndə mərd olmaz.

Eldə gözəl çoxdur sənə yaramaz,

Get Qəribim, sağlıq ilə gələsən!

 

Aldı Qərib

 

Səndən kimsənəyə gəlməz gümanım,

Ala gözlü pərim, qaşı kamaınm,

Yeddi ilə kəsdim əÒ»di-peymanım,

Getdim, yar əkləndim, bəlkə gəlmədim.

 

Aldı ŞaÒ»sənəm

 

Sənəm deyir getmə, yollar çamurdur,

Sənin bağrın daşdı, yoxsa dəmirdir.

Yeddi il dediyin xeyli ömürdür,

Get Qəribim sağlıq ilə gələsən!

 

Aldı Qərib

 

Qərib deyər viran qalmasın vətən,

Qorxum budur gülə sarmaşa tikən,

Qayıtmasam qınar məni Ò»ər yetən,

Getdim, yar, əkləndim, bəlkə gəlmədim.

 

Söz tamam oldu. Hər iki Ò»əsrətli yenidən görüşüb, öpüşüb halal-hümmət etdikdən sonra ŞaÒ»sənəm dedi: 

- Qərib, indi Ò»araya getmək istəyirsən?

Qərib dedi:

- Ruma getmək fikrindəyəm.

Qərib belə deyəndə, ŞaÒ»sənəmin xatirinə gəldi ki, Qərib Ruma getsə, ondan da gözəlini tapar. Alıb görək nə dedi:

 

Aldı ŞaÒ»sənəm

 

Başına döndüyüm, qurban olduğum,

Amandır Qəribim, getmə Ruma sən!

Gəzdiyin yerlərdə yad eylə məni,

Amandır Qəribim, getmə Ruma sən!

 

Aldı Qərib

 

Əgər mövlan mənə kömək olarsa,

Ağlama sevdiyim, yenə gələrəm!

Əcəl şərbətini canım dadmasa,

Ağlama sevdiyim, yenə gələrəm!

 

Aldı ŞaÒ»sənəm

 

Lənət olsun o günlərə, o dəmə,

Yazıq canım necə dözsün sitəmə,

Sən getsən bürünnəm qaraya, qəmə,

Amandır Qəribim, getmə Ruma sən!

 

Aldı Qərib

 

Canım Sənəm, qorxma gedib gələrəm,

Səndən qeyrisinə könül vermərəm,

Sən istəsən, mən Hələbdə qalaram,

Ağlama sevdiyim, yenə gələrəm!

 

Aldı ŞaÒ»sənəm

 

ŞaÒ»sənəm deyir ki, Ò»alım yamandır,

Uca dağlar başı qardır, dumandır.

Bu ayrılıq bizə xeyli zamandır.

Amandır Qəribim, getmə Ruma sən!

 

Aldı Qərib

 

Rəsuldum, Qərib dedlər adıma,

Mövlam yetişəcək mənim dadıma,

Qürbət eldə Sənəm düşsə yadıma,

Canımı odlara atıb, gələrəm!

 



 
[1] [2] [3] [4] [5] [6] [7] [8] [9] [10] [11] [12] [ 16-12 ] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info