Qonaq Kitabı
AŞIQ QƏRİB

 

Mən gedirdim dostum çıxdı qabaqdan,

Acı sözün salmaz məni damaqdan,

Bizim göldən, yad göllərə qonmaqdan.

Yad sonanın etibarı yoxumuş.

 

Aşiq Qərib gəlməginən yad oldu,

Sınıx könlüm, məlul oldu, şad oldu.

İstəkli dilbərim bizdən yad oldu,

Yad sonanın etibarı yoxumuş.

 

Qərib günu axşam etdi. ŞaÒ»sənəm çıxmadı. Qaş qaraldı, Tiflisin bütün lampaları yandı, kasıb-kusub evinə çəkildi. ŞaÒ»sənəm yenə də gəlmədi. Qərib qarının sözünü təsdiqləyib dönüb getməkdə olsun. ŞaÒ»sənəmin birdən yadına düşdü ki, Qərib Ò»ərdənbir bağa gəlir. Ağcaqızı çağırıb dedi:

- Get, gör Qərib bu tərəflərdədirmi? Çağır gəlsin sərv ağacının altına.

Ağcaqız cıxıb özünü bağa saldı. Qərib bir də gördü ki, aqacların arasından bir şey ağarır, irəli yeriyib gördü ki, Ağcaqızdır. Ağcaqıza söz deməyə macal verməyib alıb görək nə dedi:

 

Aldı  Qərib

 

Səni gördüm ağlım oldu pərişan,

Əridi ürəyimin yağı, Ağcaqız!

Qıya baxıb, könül evin yıxansan

Tanımırsan solu, sağı, Ağcaqız!

 

Camalın seçilməz üç günlük aydan,

Qaşların seçilməz kamandan, yaydan.

Bir xəbər ver mənə saçı leyladan

SəÒ»ərdən gəzirəm bağı, Ağcaqız!

 

Mən Qəribin dərdin yaz qələm ilə,

Günmü keçirdirəm qəm-ələm ilə.

Məndən ŞaÒ»sənəmə sən salam elə,

Gəlməsə dağlaram, bağı Ağcaqız!

 

Söz tamama yetdi, Ağcaqız dedi:

- Evi yıxılmışın oğlu, bir səbr et gör nə deyirəm!

Qərib dedi:

- De görüm.

Ağcaqız dedi:

- Qərib, məni Sənəm göndərib, dedi ki, sərv ağacının altında gözlə!

Qərib gəlib sərv ağacının altında oturdu. Quşların cəÒ»-cəÒ»i, bülbüllərin gözəl nəğmələri, güllərin xoş ətri Qəribin Ò»uşunu apardı, elə ki özünü bilmədən yıxılıb qaldı.

Ağcaqız özünü ŞaÒ»sənəmə yetirib dedi:

- ŞaÒ»sənəm, gəl çıxaq bağa, bülbüllər elə ötüşür ki, gəl görəsən, Qəribi də gəzək tapaq!

ŞaÒ»sənəm razı oldu, Ò»ər ikisi bağa çıxdı, ta ki, Ağcaqız Ò»aman yerə çatıb ŞaÒ»sənəmə dedi:

- ŞaÒ»sənəm, sən burda gözlə, mən sərv ağacının altına dəyim, bəlkə Qəribi tapa bildim.

Ağcaqız icazə alıb sərv ağacının altına gəldi, gördü Qərib elə yatıbdır ki, Ò»eç özündə deyildir. Ağçaqız siyaÒ» saçlarından üç tel ayırıb sinəyə saz edib görək Qəribi necə oyadır.

 

Eyvandan enib yürüdu,

Oyan ovçu, ovun gəldi!

Şövqü aləmi bürüdü,

Oyan ovçu, ovun gəldi!

 

Ağcaqız gördü ki, Qərib oyanmır, alıb ikinci yarpağın görək necə dedi:

 

SiyaÒ» zülfün tökmüş üzə.

Sürmə çəkmiş qaşa, gözə.

Eyvanından endi düzə,

Oyan ovçu, ovun gəldi!

 

Qərib yenə də ayılmadı. Ağcaqız  görək axır yarpağı necə tamamladı.

 

Ağcaqız deyir sözünü,

Oyan Qərib, aç gözünü!

Üç gecəlik ay üzünü

Oyan ovçu, ovun gəldi!

 

Qərib yenə ayılmadı.

ŞaÒ»sənəm bağın başından səs gəldiyini eşidib Ağcaqızı çağırdı. Ağcaqız gəldi, ŞaÒ»sənəm ondan xəbər aldı:

- Ay qız, bağda kim var?

- Xanım, Qərib sərv ağacının altındadır, çağırıram oyanmır.

ŞaÒ»sənəm yüyürub özünü Qəribə yetirdi, nə qədər çağırdısa ayılmadı.

ŞaÒ»sənəm leyli Ò»örüklərindən üç tel ayırıb saz əvəzinə sıxdı nar məmələrinin arasına, gör Ağcaqıza nə dedi:

 

İki gözüm, Ağca gəlin,

Qərib oyanmaz, oyanmaz.

Eşqilə oldum divanə,

Qərib oyanmaz, oyanmaz,

 

İçmişəm qırxlar camından,

Keçərəm indi canımdan,

Sərv ağacı kölgəsindən,

Qərib oyanmaz, oyanmaz.

 

Sənəm deyir aç gözünü,

İstər öpsün ağ üzünü,

Tərə qərq edib özünü,

Qərib oyanmaz, oyanmaz.

 

Qərib ayılmadı, Sənəm ağlaya-ağlaya gəlib oturdu çarÒ»ovuzun qırağında.

Ağcaqızı yenə göndərdi.

Ağcaqız gəlib bu dəfə Qəribi elə silkələdi ki, Qərib dik atıldı.

Qərib xəbər aldı ki, nə olub.

Ağçaqız dedi:

- ŞaÒ»sənəm düz bir saatdır ki, kəsdirib yanını ayılmırsan.

Qərib Ağcaqızdan belə eşidəndə sazı alıb görək öz Ò»alına uyğun nə dedi:

 

Aldı Qərib

 

Əcəb yerdə məni bərk Ò»uş apardı,

Yarın gəldiyini Ò»eç bilməmişəm.

Fələk vurub baxtım yana çevirdi.

Yarın gəldiyini Ò»eç bilməmişəm.

 

Zalım fələk yazdı belə yazımı,

Gör necə çevirdi qışa yazımı.

Ürəyimdə qoydu mənim arzumu,

Yarın gəldiyini Ò»eç bilməmişəm.

 

Qərib deyir, uzun illər gülmədim,

Ağlayıban göz yaşımı silmədim,

Yarı öz mənzilində təkcə görmədim,

Yarın gəldiyini Ò»eç bilməmişəm.

 

Belə deyib ağlamağa başladı, bu tərəfdən Ağcaqız qaçıb ŞaÒ»sənəmi onun yanına göndərdi.

ŞaÒ»sənəm gəlib gördü ki, qərib yanıqlı-yanıqdı oxuyub, ağlayır. Daldan qulac qollarını Qəribin boyruna salıb, «Can Qəribim!» deyib, onu qucaqladı.

İki Ò»əsrətli sarmaşıq gül ağacına sarılan kimi bir-birinə sarılıb doyunca görüşdükdən sonra Qərib dedi:

- Ey qəlbimin soltanı, mən səndən ayrılmalı oldum.

ŞaÒ»sənəm bu sözü Qəribdən eşidən kimi elə bil onu ildırım vurdu, xəbər aldı:

- Nə üçün? Bu nə sözdür danışırsan?

Qərib dedi:

- Atan Xacə səni mənə vermək istəyirsə, niyə məndən otuz kisə qızıl istəyir?

ŞaÒ»sənəm dedi:



 
[1] [2] [3] [4] [5] [6] [7] [8] [9] [10] [11] [12] [ 16-12 ] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info