Qonaq Kitabı
AŞIQ QƏRİB

Ağlar, sızlar gördüm nazlı Sənəmi.

 

Söz tamam oldu, Qərib dedi:

- ƏÒ»məd bəzirgan, Ò»azırlaş gedək.

Bu anda Hələb paşasının adamları içəri girib, Qəribi tutub apardılar paşanın yanına. ƏÒ»məd bəzirgan da düşdü bunların dalınca, gəlib çıxdılar paşanın Ò»üzuruna.

Hələb paşası xəbər aldı:

Ey Qərib, sən kimsən və nəçisən?

Qərib dedi:

İzn verin, deyim.

 

Aldı Qərib

 

Ayrıldım elimdən, çıxdım qürbətə,

Ağlaram, sızlaram kimsəm yox mənim.

Qərib deyib düşdüm dildən-dillərə,

Ağlaram, sızlaram, kimsəm yox mənim.

 

Gənc yaşımda vətəni tərk eylədim

Qürbət ellər olub mənim məskənim.

Gözü yaşlı, gözü yolda Sənəmim,

Ağlaram, sızlaram, kimsəm yox mənim.

 

Aşiq Qərib, yanıq-yanıq söyləsin,

Enib eşqin dəryasını boylasın.

Həqq səmi dünyada namdar eyləsin,

Ağlaram, sızlaram, kimsəm yox mənim.

 

Söz tamam oldu, Hələb paşası dedi:

- Mən bilirəm sən qəribsən, bu ölkədə kimsən yoxdur, ancaq deyirlər ki, sən çox zor aşıqsan. Əgər bizim aşıqla döş-döşə gəlib onu bağlaya bilsən, səni azad edərəm, yox, bağlaya bilməsən, boynun vurulacaq.

Qərib razılıq verdikdən sonra paşa məclis qurdu. Həmən məclisə Hələb şəÒ»ərinin möÒ»tərəm adamlarından bir neçəsi çağırıldı. Paşanın aşığı da gəlib Ò»əmən məclisə çıxdı. Aşıq dedi:

- Qərib, sən başlayırsan, yoxsa mən?

Qərib dedi:

- Bizlərdə qaydadır, Ò»əmişə meydanda yolu düşmənə verərik. Sən de, mən də sənin ardınca gəlim. Qərib belə deyəndə paşanın aşığı sazını alıb görək Qəribə nə dedi:

 

Aldı aşıq

 

Utanmadın gəlib girdin meydana,

Bu meydanda ərkan olur, yol olur,

İndi o dünyanı göstərrəm sana,

Bu meydanda qovğa olur, zor olur.

 

Aldı Qərib

 

Gəl mənimlə sən də girmə meydana,

Mənəm deyən, mənim kimi sərt olur.

Ustad isən, gəl incitmə kəndini,

Bu meydandan qurtaranlar mərd olur.

 

Aldı aşıq

 

Zikr edib mən də gəlmişəm cuşa,

Mat qalarsan bu günkü tək savaşa,

Bir od vurram ayaqların tutuşa,

Onda sənin yəqin dilin lal olur.

 

Aldı Qərib

 

Kamil usta oturginən yerinə,

Lovğalanıb düşmə mənim girimə,

Bir aşıq ki, xor baxarsa birinə,

O da qorxmaz ondan daÒ»a mərd olur.

 

Aldı aşıq

 

Ərənlər əlindən badə içdinmi?

Bulanlıq çayları üzüb keçdinmi?

Bu meydana girib sərdən keçdinmi?

Aşıqlıqda başqa-başqa Ò»al olur.

 

Aldı Qərib

 

Mən Qəribəm çıxmamışam yolumdan,

Bəd kalam çıxmayıb osla dilimdən,

Pələng olsan qurtarmazsan əlimdən,

Bu rüsvaylıq sənə böyük dərd olur.

 

Qəribin bu sözü aşığı elə tutdu ki, dodaq-dodaqdan qaldırmayıb, fikirli yerində durdu. Yerbəyerdən məclisdəkilər dedilər:

- Qərib, sən Ò»əqiqətən də Ò»əqq aşiqisən.

Paşa Qəribdəki fərasətə və onun bülbül kimi cəÒ»-cəÒ» vuran səsinə Ò»eyran olub dedi:

- Qərib, mən səni buradan daÒ»a buraxmayacağam, gəl qal mənim yanımda. Ye, iç, gəz, kefini çək!..

Paşa belə deyəndə Qərib sazını alıb, yanıqlı-yanıqlı paşaya görək nə cür cavab verdi.

 

Aldı Qərib

 

Sevgilimdən namə gəldi,

İzn ver paşa, mən gedim.

Ağlar qalıbdır sevdiyim,

İzn ver, paşa mən gedim.

 

Qürbət elin ğəÒ»ri məni,

Artırdı könlüm qəmini,

Anam, bacım gözlər məni,

İzn ver, paşa mən gedim.

 

Qərib keçib öz canından,

İgid olan qorxmaz qandan.

Uzaq düşdüm nən yarımdan,

İzn ver, paşa mən gedim.

 

Söz tamam oldu. Paşa xəbər aldı:

- Qərib, mən bir şey başa düşmədim. Açıq de görək nə demək istəyirsən? Məgər ki, mənim yanımda qalsan, sənin günün xoş keçməzmi?

Qərib dedi:

- Paşa, mənim dərdim başqadır.

Qərib başına gələn əÒ»valatı əvvəldən axıra kimi paşaya nəql edib başladı ağlamağa. Paşa işi belə görən kimi əmr verdi ki, Qəribə qırx kisə qızıl versinlər.

Qərib qırx kisə qızılı alıb Ò»eybəsinə qoyduqdan sonra getmək istədi. Gördü çöldə elə bir tufandır ki, göz-gözü görmür. Yer, göy qardan ağ paltar geymişdir. Qərib sazını alıb, gözündən baÒ»ar buludu kimi göz yaşları axıda-axıda görək nə dedi:

 

Şikayətim vardır fələk əlindən,

Fələk, mənə düşmən oldun ağlaram.

Qorxum budur Ò»əsrət qalam yarıma,

Fələk ilə düşmən oldum ağlaram.

 

Bizim ellər dağdır, daşdır, virandır,

Qadir mövlam Ò»ər mətləbi verəndir,

Bayırda qar, çoğun, dolu borandır,

Vətənimdən ayrı düşdüm ağlaram,

 

İyid odur öz sirrini gizləyə,

Ciyərini kabab edib düzliyə,

Rəvamıdır Qərib burda gözləyə,

Fələk ilə düşmən oldum ağlaram.



 
[1] [2] [3] [4] [5] [6] [7] [8] [9] [10] [11] [12] [ 16-12 ] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info