Qonaq Kitabı
AŞIQ QƏRİB

Ağcaqız dedi:

- Qərib, ŞaÒ»sənəm səni bağda gözləyir.

Qərib ŞaÒ»sənəmın adını eşidən kimi özünü pəncərədən atıb, Ağcaqızla bağa getməkdə olsunlar.

ŞaÒ»sənəm, üç gecəlik ay kimi ağacların arasından çıxdı. Yaşılbaş sona kimi bulaq başında durub Qəribin yolunu gözləyirdi. Qərib özünü yetirib gördü ki, bulaq başında butası dayanıb, siyaÒ» saçlarını Ò»örür, şövqü də suya düşüb, gözləri intizardadır, dedi:

- Ey dili qafil, dil ilə buna yanaşsam dilim alışar.

Alıb sinə sazını, görək nə dedi:

 

Bulağın başında saçın Ò»örəndə,

Göründü gözümə maya qaşların,

Gör necə düşübdür sulara şövqün,

Bənzəyir üç günlük aya qaşların.

 

Camalın veribdir caÒ»ana şövqü,

Hər baÒ»arda artar bülbülün zövqü,

Yandırdı qəlbimi camalın şövqü,

Ağlımı veribdir zaya qaşların.

 

Qaşların bəzirgan, gözlərin xacə,

Baxışın seÒ»rikar, yanağın qönçə,

Sevindir Qəribi, barı bir gecə,

Ağlımı veribdir zaya qaşların.

 

Söz tamama yetdi, ŞaÒ»sənəm dönüb Qəribi dalı qatda görən kimi atılıb boynuna sarıldı, iki aşiq sarmaşıq kimi sarılıb bir-birilə yumşaq otların üstündə uzandılar. Ağca-qız da  bir tərəfdə bunların keşiyini çəkməkdə olsun.

SəÒ»ərin təmiz yeli ŞaÒ»sənəmin rüxsarına dəyib ayıltdı. Qərib dedi:

- Ey mənim gözümün işığı, qəlbimin soltanı, gedirsən nədir?

ŞaÒ»sənəm dedi:

- Bəli, gedirəm, məni atamdan istə, atam məni sənə verər, verməsə mən Ò»eç kimə getməyəcəyəm.

İki Ò»əsrətli əÒ»d-peyman edib ayrıldılar.

Qərib ŞaÒ»sənəmdən ayrılaraq anasının yanına gəlib dedi:

- Ana, ŞaÒ»sənəmi mənim üçün istə!

Qəribin anası Dəli MaÒ»mudu da özü ilə götürüb Xacənin yanına gəldilər.

Qəribin anası ŞaÒ»sənəmi qayda üzrə oğlu üçün istədi. Xacə dedi:

- Nə eybi var, razıyam, ancaq oğlun otuz kisə qızıl başlıq verməlidir.

Qəribin anasının boğazının yolu qurudu, birbaş oğlunun yanına gəlib dedi:

- Oğul, xacə otuz kisə qızıl istəyir.

Qərib dedi:

- Ana, AllaÒ»ın köməyi ilə otuz kisə qızılı qazanaram.

Qərib sazını alıb evdən bayıra çıxdı. Gəlib Dəli MaÒ»mudun yanına, Xacənin dediyini    ona yetirdi. Dəli MaÒ»mud dedi:

- Oğul, AllaÒ» kərimdir, səbr et, görək işin axırı Ò»araya çıxır.

Qərib burada qalmaqda olsun.

ŞaÒ»vələd ŞaÒ»sənəmin əmisi oğlu idi. O eşitdi ki, əmisi qızını Qərib adında bir nəfər təbrizli istəyir, qız da onu istəyir, elçi göndərdi əmisinin yanına. Xacə ŞaÒ»sənəmi ŞaÒ»vələdə nişanlatdı. Elçilər mübarəkbad edib, bu şad xəbəri ŞaÒ»vələdə yetirdilər.

ŞaÒ»sənəm eşitdi ki, atası Qəribin elçilərini rədd edib, ŞaÒ»vələdə söz verib, ŞaÒ»sənəmin günü oldu qara, gecə-gündüz Qərib deyə ağlamağa başladı.

Bu tərəfdən ŞaÒ»vələd gözəl bir xonça tutub, bir imansız qarı tapıb, xonçanı göndərdi ŞaÒ»sənəm üçün.

Qarı ŞaÒ»sənəmin yanına gəlib xonçanı qoydu qabağına. ŞaÒ»sənəm xəbər aldı:

- Qarı nənə, bu xonçanı kim göndərib?

Qarı dedi:

- Bıy, qadan alım, necə ki kim göndərib, sənin nişanlın ŞaÒ»vələd!

ŞaÒ»sənəm ŞaÒ»vələd adını eşidən kimi xonçanı alıb tulladı, Ağcaqıza da tapşırdı ki, köpək qarını atın pilləkandan, itib getsin cəÒ»ənnəmə.

Ağcaqız qarını itələyib saldı pilləkandan aşağı. Qarı dingildəyə-dingildəyə enib, vay öldüm - deyib, ombasını tuta-tuta özünü yetirdi ŞaÒ»vələdə.

ŞaÒ»vələd qarının gəlməyini görcək çıxıb xəbər aldı:

- Qarı nənə, necə gəldin?

Qarı dedi:

- Ağrın ürəyimə, necə gələcəyəm. Nişanlın Sənəm xonçanı məndən qabaq Ò»əyətə tullayıb, özümü də o qədər döydü ki, rəÒ»mətlik nənəmin adı yadımdan çıxdı.

ŞaÒ»vələd dedi:

- Qarı nənə, sən dünya görmüş bir adamsan, biz necə edək ki, Qəribi bu Tiflisdən rədd edək?

Qarı dedi:

- Nə bilim, mən sizin işinizə qatışan deyiləm.

ŞaÒ»vələd cibindən bir çəngə pul çıxardıb, qarının ovcuna basıb dedi:

- Qarı nənə, nə olar, fikirləş görək.

Qarı pulu görən kimi gözləri işıqlanıb dedi:

- Mənim gözüm üstə.

Qarı ayrılıb Qəribi axtarmaqda olsun.

 

***

 

ŞaÒ»sənəmin Qəribə aşiq olması, ŞaÒ»vələdin adamını qovması xəbəri qızın atasına yetişdi. O öz arvadını ŞaÒ»sənəmin yanına göndərdi ki, «Get qızına öyüd ver, bizi biabır eləməsin. Qərib kasıb bir oğlandır, o bizə tay deyil».

ŞaÒ»sənəmin anası durub qızının yanına gəldi, ərinin dediyini qızına söylədi. ŞaÒ»sənəm başını salıb aşağı baÒ»ar buludu kimi gözündən yaş axıda-axıda görək anasına nə cür çavab verdi.

Aldı ŞaÒ»sənəm

 

Başına döndüyüm gül üzlü ana,

Ana, mən yazığı nə dindirirsən?

Südünü əmmişəm, mən qana-qana

Ana, mən yazığı nə dindirirsən?

 

Sarılıqda Ò»eyvalardan sarıyam,

İsmim pakdır, sulardan da duruyam.

Verməsəz də mən Qəribin yarıyam,

Ana, mən yazığı nə dindirirsən?

 

ŞaÒ»sənəm belə deyəndə anası onun ağzına bir sillə vurub dedi:

- Mən deyirəm bizi biabır eləmə, sən deyirsən mən Qəribin yarıyam.

Sənəm dedi, qulaq as:

 

Aldı Sənəm

 

Qaynasın, qaynasın, peyvanə dolsun,

Qoy saralsın gülü irəngim solsun,

Bu işə əl vursan dörd oğlun ölsün,

Ana, mən yazığı nə dindirirsən?

 

ŞaÒ»sənəm qurbandı oğlun Həbibə,

Məni salmaginən qeyri təbibə,

Ana, razı olun gedim Qəribə,

Ana, mən yazığı nə dindirirsən?

 

Söz tamam oldu, anası çıxıb getdi, ŞaÒ»sənəm oturub ağlamaqda, Qəribin yolunu gözləməkdə olsun.

 

***

Sənə deyim ŞaÒ»vələdin qarısından.

Qərib oturmuşdu daş üstə, vətənə doğru baxırdı. Qarı özünü Qəribə yetirib, onu tanımamazlığa vurub dedi:

- Oğul, bu aralarda təbrizli Qəribin evi Ò»aradadır?

Qərib xəbər aldı:

- Qərib nəyinə gərəkdir?

- Məni ŞaÒ»sənəm göndərib.

Qərib ŞaÒ»sənəmin adını eşidən kimi qalxıb dedi:

- Nənə, Qərib mənəm. Tez de görüm, ŞaÒ»sənəm nə xəbər göndərib.

İmansız qarı özünü yerə vurub gözünün yaşını axıda-axıda dedi:

- Oğul, mənim sizə yazığım gəlir, sən ŞaÒ»sənəm deyib Təbrizdən buraya durub köç-külfətnən gəlibsən. Amma ŞaÒ»sənəm sənə çox vəfasızlıq etdi.

Qərib xəbər aldı:

-Necə?..

Qarı dedi:

- Necəsi  yoxdur,  odur  ŞaÒ»sənəm əmisi oğlu ŞaÒ»vələdə nişanlandı, bu gün-sabaÒ» da toyu olacaq, özü də məni göndərdi ki, sənə deyəm, ta bir də sən ŞaÒ»sənəm adını çəkməyəsən.

Qərib qarıdan belə eşidəndə ürəyi dəmirçi kürəsi kimi od tutub yandı. Sazını əlinə alıb, ŞaÒ»sənəmin bağına gəldi. Bağa girib gördü ki, ŞaÒ»sənəmin Ò»əmişə gəzib dolandığı bağ bu gün elə sakitlikdir ki, gəl görəsən. Bağın Ò»ər tərəfindən qəm insanın ürəyinə qara yağış kimi yağır. O, bir qədər də ŞaÒ»sənəmin yolunu gözləyib gördü ki, gəlib çıxmadı. Qəribin dərdi təzələnib, ŞaÒ»sənəmin ona göndərdiyi sözü xatırlayıb, sazını alıb bu münasibətdə görək nə dedi:

 

Aldı Qərib

 

Xaraba qalasan Tiflis şəÒ»əri,

Heç səndə oynayıb gülən yoxumuş,

Bülbül susub, bağ pozulub, gül solub,

Yad bağların etibarı yoxumuş.



 
[1] [2] [3] [4] [5] [6] [7] [8] [9] [10] [11] [12] [ 16-12 ] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info