Qonaq Kitabı
TAPMACALAR

Bu üzü qaya,

Atıldım mlndim,

Dəryada daya. (Qayıq)

 

O Ò»ansı quşdur, yuvasını çiynində gəzdirir? (İlbiz)

 

O Ò»ansı rəssamdır ki,

Fırçası yox, rəngi yox,

Qorxmaz qardan, küləkdən,

Qış günü pəncərəyə,

Vurar gözəl naxışlar. (Şaxta)

 

Ocaq başında qara öküz. (Ocaq daşı)

 

Özü ala,

Yeri tala,

Para-para,

Qəlbi qara. (Lalə)

 

Özü bir qarış,

Quyruğu on bir qarış. (İynə və sap)

 

Özü əyri, yolu düz. (Kotan)

 

Püstədir Ò»a püstədir,

Dil dodağın üstədir.

O necə yemişdir ki,

Çəyirdəyi üstədir? (Fındıq)

 

Püstədi Ò»a püstədi,

Taxtı rəvan üstədi,

Camış kimi ot otlar,

Su içməyə xəstədir. (Barama qurdu)

 

Rəngbərəngdir gül kimi,

Qanadı var tül kimi,

Uçur bağda, çəməndə,

Çox yüngüldür tük kimi. (Kəpənək)

 

Saqqalı var, bir qucaq,

Belində üç-dörd qurşaq. (Süpürgə)

 

Saqqalı uzun sallanar,

Dağa-daşa dırmanar. (Keçi)

 

Sağsağanlar qaqqıldaşar,

Sapı mənim əlimdə. (Sazın simləri)

 

Sapsarıca yemişəm,

Ərəbidən gəlmişəm.

Baldan şirin dadım var,

Adda, sanda adım var. (Xurma)

 

Sarı əbası var bunun,

Büzmə yaxası var bunun.

Üstu çopur, içi dilim,

Gör nə səfası var bunun. (Limon)

 

Sarı-sarı sandıqlar,

İçi dolu fındıqlar. (Boranı)

 

SəÒ»ər durar, dalıma minər. (SəÒ»əng)

SəÒ»ər gül kimi açır,

Aləmə nurun saçır. (Günəş)

 

Suya girər lillənər,

Sudan çıxar dillənər. (Qurbağa)

 

Tap nədir, tapış nədir,

Üstü bəzək gümüş nədir?

Nə göydədir, nə yerdədir,

Çümlə aləm əlindədir. (Pul)

 

Tap-tapı, dəmir qapı,

On iki budaq, iki yarpaq. (Saat)

 

Tap tapmaca,

Gül yapmaca.

Deşiklədim,

Atdım saca. (Fəsəli)

 

Tullananda cüt-cüt atar,

Alacası var qıçında.

Ağ yeri dələmə kimi,

Qara yeri kömür kimi. (Sağsağan)

 

Uzun ağacı ovarlar,

Başına papaq qoyarlar. (Nizə)

 

Uzun-uzun uzanar,

Özünə köynək qazanar. (Oxlov)

 

Uzun Ò»oqqar,

Sarı saqqal,

Tapanmayan

Olsun baqqal. (Qarğıdalı)

 

Uzunca qız uzanar,

Özünə yem qazanar.

Üstü taxta, altı daş,

Səkkiz ayaq, iki baş. (Vəl və öküzlər)

 

Uyumamış dələmə,

Düşüb cəmi aləmə.

Üç Ò»əftənin içində

Diri düşər aləmə. (Cücə)

 

Üzü dəridən,

Saçı dəmirdən.

Burun-qulağı,

Şamı əmirdən. (Barmaqlar və dırnaqlar)

 

Üzünə baxanda göz qamaşar. (Günəş)

 

Üstü məxmər,

İçi şəkər.

Sarı paltar,

Ortadan yar. (Ərik)

 

Üstü palım-paltarım,



 
[1] [2] [3] [4] [5] [6] [7] [8] [9] [10] [11] [12] [ 16-12 ] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info