Qonaq Kitabı
TAPMACALAR

Altı suyum, bulağım,

İçi yerim-yeməyim. (Qoyun)

 

Üstü pulcuq, içi qılçıq (Balıq)

 

Üstü sarı məxmərdir,

İçi şirin şəkərdir. (Şamama)

 

Üç qardaş var dərədə,

Biri deyir: «Gəl gedək».

Biri deyir: «Getmirəm»,

Biri başın bulayır. (Su, daş, ot)

 

Üçü bizə yağıdı,

Üçü çənnət bağıdı,

Üçü yığar gətirər,

Üçü vurar dağıdar. (İlin fəsilləri)

 

Xırdaca daşlar,

Qoyundan başlar.

Küpə içində

Ağzımı yaşlar. (Piti)

 

Halalar Ò»a Ò»alalar,

Dağda ceyran balalar.

Quşlardan Ò»ansı quşdur,

Yumurtasız balalar. (Tovuz quşu)

 

Hala Ò»a Ò»ala,

Örkən dolaşdı,

Ağaca, kola. (Sarmaşıq)

 

Hənini Ò»a Ò»ənini,

Bıçaq kəsməz gönünü. (Tısbağa çanağı)

 

Humay, çıxma yoxuşdur,

Humay qanadlı quşdur.

Humaydan xəbər aldım,

Çiçəksiz nə yemişdir? (Yer alması)

 

Hürər-Ò»ürər, burnu şişər. (CəÒ»rə iyi)

 

Çayxanada işləyir,

Hərdən şəkər dişləyir. (Qənd qayçısı)

 

Çal quşum, çardax quşum,

Qanadı yarpaq quşum.

Ayaqları çarmıxda,

Qarnı torpaq quşum. (Çadır)

 

Çatı su içər,

Dana köpər. (Balqabaq)

 

Çəkisi bircə misqal,

Qiyməti mincə dinar. (Brilyant)

 

Çəməndən gəlmiş,

Ağca fərələr,

Nimçədə otlar,

Başında od var. (Plov)

 

Çıxar tavaya,

Çağırar Ò»avaya. (Cızbız)

 

Çilə bülbülüm, çilə,

ŞeÒ» düşub qızılgülə.

Quşlardan necə quşdur,

Yumurtası qalar ilə. (Bal arısı)

 

Çil toyuq, çələmə toyuq,

Başını kəsdim qanı yox,

Cücələrinin sanı yox. (Xaş-xaş)

Çöl var, gəl var, çölmək var,

Xanələrin bölmək var.

Səksən səkkiz düyündən,

Doxsan doqquz ilmək var. (Balıq toru)

 

Cərgə-cərgə söyüdlər

Beli bağlı igidlər.

Şirin olur, bal deyil,

Yağ kimidir, yağ deyil.

Rəngi ağdır, qar deyil. (Qaymaq)



 
[1] [2] [3] [4] [5] [6] [7] [8] [9] [10] [11] [12] [ 16-12 ] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info