Qonaq Kitabı
TAPMACALAR

 

Bir balaca nar daşı,

Ocaqda bişirər aşı. (Od, köz)

 

Bir balaca özü var,

Səksən səkkiz gözü var (Üskük)

 

Bir balaca sandıqça,

İçi dolu ağ mıxça. (Kibrit)

 

Bir bardaqda iki rənə su. (Yumurtanın ağı və sarısı)

 

Bir qapağı,

Min yarpağı. (Kitab)

 

Bir qara quşum var,

Havada uçar, qanadı yox. (Bulud)

 

Bir qara öküzüm var,

Hər yetən çullayar. (Saç)

 

Biri gedər gəlməz,

Biri yatar durmaz. (Tüstü, kül)

 

Biri gedir,

Biri durur,

Biri yatır. (Yağış, ot, torpaq)

 

Bircə qardaşım var,

Getdi qayıtmadı. (Nəfəs)

 

Bir qoca kişi var,

İynəylə yer qazır. (Damcı)

 

Bir quyum var,

İki rəngli suyu var,

Biri bəyaz, biri sarı,

Çalxasan da qarışmaz. (Yumurta)

 

Bir quşum var, balası özündən tez uçar. (Patron)

 

Bir quşum var qanadının

Biri ağdır, biri qara. (Gecə-gündüz)

 

Bir quşum var tağ üstə,

Dimdiyi yarpaq üstə. (Badımcan)

 

Bir quşum var cəld uçar,

Qanadı yoxdur qaçar. (Xəyal)

 

Bir damım var iki dirəkli. (Qoyun əmcəyi)

 

Bir damım var,

Tək dirəkli. (Göbələk)

 

Bir dərədə bir parça ət. (Dil)

 

Bir güzgüm var qapaqlı,

Dörd qırağı saçaqlı. (Göz)

 

Bir kişi dağdan şələ endirir. (Dəllək)

 

Bir kişinin dörd evi var,

Biri yaşıl, o biri al,

Biri sarı, o biri ağ. (Fəsillər)

 

Bir meşəm var,

Mən kəsdikcə,

O uzanır. (Saqqal)

 

Bir minarəm var, yonduqca yoğunlar,

Qazdıqca uzanar. (Quyu)

 

Bir nəlbəki nar dənəsi,

Ələ gəlməz bir dənəsi. (Manqalda od, qar)

 

Bir palazım var, cıra bilmirəm,

Daşları xırdadır, saya bilmirəm. (Yer və üstündəkilər)

 

Bir özü var,

Dörd-dörd gözü. (Vəl)

 

Bir özüdur, dörd gözü. (Düymə)

 

Bir öküzüm var, quyruğundan tutmasan dama girməz. (Qaşıq)

 

Bir öküzüm var mıx yüklü. (Kirpi)

 

Bir tabaq qara üzüm,

Bir-bir yollara düzüm. (Qarışqa)

 

Bir toyuğum var yer altında yumurtlar. (Kartof)

 

Bir çuval unum var, dəyirman görməyib,

İçində odun var, balta görməyib,

Sarınıb atlasa, qayçı görməyib. (İydə)

 

Bircə belə boyu var,

Dağdan ilxı endirər. (Ülgüc)

 

Bir cut bulağım var, suyu şor. (Göz yaşı)

 

Boyu uzunsayaqdır,

SaÒ»ibinə dayaqdır. (Qıclar)

 

Burdan vurdum qılıncı,

Dəhnədə oynar ucu. (İldırım)

 

Buxarı Ò»a buxarı,

Tüstü qalxar yuxarı.

Kənddə bir oğlan gördum,

Əyni əlvan çuxalı. (Xoruz)

 

Bura gələn Ò»acıdı,

Aş bişirən bacıdı.

Zoğ atar yarpaqlamaz,

Görən nə ağacıdı? (Keçi buynuzu)

 

Bu günüm adınadır,

İşlər avandınadır.



 
[1] [2] [3] [4] [5] [6] [7] [8] [9] [10] [11] [12] [ 16-12 ] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info