Qonaq Kitabı
TAPMACALAR

Mən aşiqəm düz yerdə,

O göydədir, biz yerdə.

O yer olmaz keçməsin,

Salmaz bircə iz yerdə. (Ay və bulud)

 

Mən aşiqəm ər kimi,

Gövdəsi var, vəl kimi,

O Ò»ansı ağacdır ki,

Yarpağı var əl kimi. (Çinar)

 

Mən aşiq yolu yoxdur,

Yolçunun yolu yoxdur.

Bir yol var, kəndə gedir,

Bir kənd var, yolu yoxdur. (Qəbiristanlıq)

 

Mən qalıram, o gedir. (Səs)

 

Məndə bir şey var

Gəl deyirəm gəlmir,

Gəlmə deyirəm gəlir. (Dodaqlar)

 

Mənə oxşarı çoxdur,

Heyif, nəfəsi yoxdur. (Şəkil)

 

Mən gedirəm, o da gedir,

Mən dururam, o da durur. (Kölgə)

 

Milit-milit,

Qapısı kilit,

Ya bunu tap,

Ya da dur get! (Açar)

 

Min bir oğul, bir ata

Hamısı minib bir ata. (Qarğıdalı)

 

Nazik bezi culfa toxur,

Heç kim onu geydiyi yox. (Hörumçək toru)

 

Nə baltadır, nə kərki,

Hamı kəsərdən iti. (Ağıl)

 

Nədəndnr, ay nədəndir,

Bağrım zədən-zədəndir.

Ağacında od yanar,

Yarpağı göy nədəndir? (Qızılgül)

 

Nə dərd bilər, nə kədər,

Mən gedərəm, o gedər. (Kölgə)

 

Nağaraçı nağara çalır,

Nə nağarası var, nə çubuğu. (Sığırçın)

 

Nə əli var,

Nə ayağı.

Qapı açar

Dəli sayağı. (Külək)

 

Nə gümüşdür, nə qızıl,

Suya girər islanmaz,

Yerə düşər paslanmaz. (Civə)

 

Nəlbəki nar giləsi, Ələ gəlməz dənəsi. (Qar)

 

Nəfəsi var, qanı yox,

Cəsədi var, canı yox.

Ovun alsan mırıldar,

Sığallasan xoruldar. (Pişik)

 

Ovuc-ovuc tökərəm,

XırÒ»axırla çəkərəm. (Kirkirə)

 

Odda yanmaz,

Suda batmaz.

Yayda ölər,

Qışda gələr. (Buz)

 

O necə ağacdır ki,

Gündə bir yarpaq salır? (Təqvim)

 

O nədir ki, baldan şirin,

ZəÒ»ərdən acı? (Dil)        

 

O nədir ki, bədəni içəridə

Başı eşikdə? (Mismar)

 

O nədir ki, qanadında xalı var? (Kəpənək)

 

O nədir ki, qulağından kəsilər? (Küçük)

 

O nədir ki, dizlərindzn asılar? (Qoyun)

 

O nədir ki, ikisi eşidir,

İkisi keşikçidir,

İkisi danışır? (Qulaqlar, gözlər və dodaqlar)

 

O nədir ki, gedər-gələr, görünməz? (Fikir)

 

O nədir ki, özü ağ, balası sarı? (Süd və yağ)

 

O nədir ki, özü var, kölgəsi yoxdur. (Su)

 

O nədir ki, toxumsuz bitər? (Yeralması)

 

O nədir ki, üstə ocaq

Altı su? (Lampa)

 

O nədir ki, üç ata minib

Özü piyada gedir ? (Qələm)

 

O tayda bir quş durur,

Boynunu burmuş durur.

Səksən ayaq, qırx buynuz,

Necə quşdur quşumuz? (Kotan)

 

O tayda busan nədir?

Quyruğu qısan nədir?

Bir qoyunu yeyənməz,

Qırxını qıran nədir? (Çanavar)

 

O üzü qaya,



 
[1] [2] [3] [4] [5] [6] [7] [8] [9] [10] [11] [12] [ 16-12 ] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info