Qonaq Kitabı
TAPMACALAR

Həm altı var, Ò»əm üzü.

O necə karədir ki,

Bir burnu var, qırx gözü. (Çarıq)

 

Aşığam bu dağ açar,

Meşədə budaq açar,

Torpaqsız yerdə bitər,

Yarpaqsız budaq açar. (Maral buynuzu)

 

Babam məndən nar istər,

Yuxu bilməz var istər.

Sancılmamış çilikdən,

Dərilməmiş bar istər. (Övlad)

 

Babamın bir donu var, qatlamaq olmaz,

İçi dolu əşrəfidir, sanamaq olmaz. (Göy, ulduzlar)

 

Bağda uçar səÒ»ər-səÒ»ər,

Verər bizə yazdan xəbər. (Qaranquş)

 

Bağrım başı zədəidi,

Zərdəndi, zəbərdəndi,

Yaşıl əkdim, al tökdü,

Görən əsli nədəndi? (Sumax)

 

Bad-bad ayaqlı,

Eymə dodaqlı,

Belində var dağ,

Ayağında yağ. (Dəvə)

 

Badıyabanı,

Gəzər obanı,

Altı qıçı var,

İki dabanı. (Tərəzi)

 

Bazardan aldım bir dənə,

Evdə açdım min dənə. (Nar)

 

Bazarlarda satılmaz,

Tərəzidə çəkilməz,

Baldan şirin dadı var. (Yuxu)

 

Balaca quyu,

Pıqqıldar suyu. (Sulu qəlyan)

 

Baxarsan duz üzünə,

Görünərsən gözünə. (Güzgü)

 

Başı darağı, quyruğu orağı. (Xoruz)

 

Başı iki,

Aqzı bir.

Beldə kəmər,

Doşab əmər. (Çəllək)

 

Başım üstündə xanım,

Özbaşıma yanım. (Ulduz)

 

Başına kələm bağlayar,

Ürəyi vərəm bağlayar,

Oğul-uşağın yığıb,

Dəsmal alıb ağlayar. (Samovar)

 

Başına sancıb daraq,

Başı daranmır ancaq. (Hop-Ò»op)

 

Beldə qurşaq göy olar,

Tiksən daşdan öy olar,

O Ò»ansı ağacdır ki,

Hər fəsildə göy olar? (Şam ağacı)

 

Beş-beş anası,

Beş baş balası.

Onu bilməyən

Çəpəl balası. (Əl və barmaqlar)

 

Bizdə bir kişi var,

Ağzında iki dişi var. (Maşa)

 

Bizdə bir kişi var,

Boyu bir qarış,

Saqqalı iki qarış. (Süpürgə)

 

Bizdə bir kişi var,

Dörd dənə qıçı var. (Stol)

 

Bizdə bir kişi var, təpəsi dəlik. (Buxarı)

 

Bizim damda bir kişi var,

Təpəsində üç dişi var. (Yaba)

 

Bizim evdə bir quyu var,

İçində sərin suyu var.

Suyu içilməz,

Barı biçilməz. (Lampa)

 

Bir ağacım var barsız-budaqsız,

Ona çıxan qalar əlsiz-ayaqsız. (Qılınc)

 

Bir ağacım var, on iki budağı,

Hər budağın otuz yarpağı,

Yarpağın bir üzu ağ, bir üzü qara. (İl, aylar, günlər, gecə və gündüz)

 

Bir at aldım, yox yerişi,

Nə erkəkdi, nə də dişi,

Nə yayı görür, nə qışı. (Göbələk)

 

Bir atım var atılar,

Qulaqları çatılar.

Quyruğunu bərk qısar,

Sinib dərədən pusar. (Canavar)

 

Bir atım var Ò»eç yorulmaz,

Gecə gedər, günduz durmaz. (Ay)

 

Bir balaca gözü var,

Dünya dolu sözü var. (Qələm)

 

Bir balaca midili,

Vurdu yıxdı igidi. (Gullə)



 
[1] [2] [3] [4] [5] [6] [7] [8] [9] [10] [11] [12] [ 16-12 ] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info