Qonaq Kitabı
TAPMACALAR

Qaradan ağ boyandı,

Tap görüm, adı nədir? (Baş tükü)

 

Bu yanı çəpər,

O yanı çəpər,

İçində atlı çapar. (Göz)

 

Burdan batar,

Ordan çıxar.

Filfil atar,

Yonca bitər. (Xış və əkin)

 

Bu günü adınadı,

Adınanın adı nadı.

Ağdan qara boyanmış,

Boyağın adı nədi? (Kağız və mürəkkəb)

 

Qanadı var, quş deyil,

Buynuzu var, qoç deyil. (Kəpənək)

 

Qanadı var uçmağa,

İynəsi var sancmağa. (Arı)

 

Qanadı yoxdur, uçar,

Ayağı yoxdur qaçar. (Bulud)

 

Qapı bir qonşudurlar,

Bir-birini görmürlər. (Gözlər)

 

Qapıdan girdim Ò»ay elədim,

Yükümü yükünə tay elədim.

Bir almanı qırx kişiyə pay elədim. (Salam)

 

Qara qatır,

Qapıda yatır,

Gəlib gedənə,

Şıllaq atır. (Qıfıl)

 

Qara quş qanadın gərdi,

Başımın üstünə sərdi. (Çətir)

 

Qara bəy atdan endi,

Arvad-uşaq sevindi. (Qazan)

 

Qaranlıq damda qulun mələr. (Tüfəng)

 

Qara toyuq qaqq elər,

Qanadları şaqq elər.

Dəmir vurub Ò»ürkütmüş,

Qapısını bərkitmiş. (Sandıq)

 

Qara toyuq, qarnı yarıq. (Bağa)

 

Qara çadır açıldı,

İçindən nur saçıldı. (SübÒ»)

 

Qara kişi,

Əlində şişi,

Şişini əyər,

Toxumu səpər. (Yazmaq, xətt salmaq)

 

Qatbaqat döşək,

Arası kəşək,

Üstündə badam,

Gətirin eşək. (Paxlava)

 

Qat-qat qalası,

Qan piyaləsi,

Uçdu anası,

Qaldı balası. (Buğda və saman)

 

Qəndə bənzər dadı yox,

Göydə uçar qanadı yox. (Qar)

 

Qıllı qovaq dibində,

Paslı dəmir cingildər. (Buxov)

 

Qırmızı nar,

Hər evdə var. (Od)

 

Qırmızı xəşəm,

Atılıb düşən,

Dəyirmanlardan

Təndirə düşən. (Buğda)

 

Qulaq ustə qızıl quş yatar. (Sırğa)

Qurt quyuda, qulaqları bayırda. (Xəncər)

 

Qutu-qutu içində,

Nərgiz qutu içində,

Babamın bir quşu var,

O da qutu içində. (Ağız və dil)

 

Dağdan bir qab aş yumaladım,

Bir dənəsi də yerə tökülmədi. (Nar)

 

Dağdan gəlir boz təkə,

Dodaqları tənəkə.

Daylağım yük aparır,

Yükü özündən yekə. (Qarışqa)

 

Dağdan gəlir, dağ kimi,

Ağappaq sazaq kimi,

Sərilir Ò»əsir kimi,

Duranda, kəsir kimi. (Qar)

 

Dağdan gəlir dağ kimi,

Ağappaq dağdaq kimi,

Əyilir su içməyə,

Böyürür oğlaq kimi. (Yel)

 

Dağdan gəlir dağ camışı,

Hünərin var sağ camışı,

Alma, armud, əzgil yeyir,

Dağda soltan mənəm deyir. (Ayı)

 

Dağdan gəlir,

Daşdan gəlir.

Qudurmuş bir

Aslan gəlir. (Dağ çayı)



 
[1] [2] [3] [4] [5] [6] [7] [8] [9] [10] [11] [12] [ 16-12 ] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info