Qonaq Kitabı
TAPMACALAR

 

Dağdan gəlir ərəblər,

Ayağında corablar,

Elimizə qoymuyun

Obamızı xarablar. (Sel)

 

Dağlarda qar əridi,

Ayaq tutub yeridi,

Dərə görüb çığırdı,

Dərya görüb kiridi. (Çay)

 

Dayım uzun,

Qurşağı gödək. (Çay, körpu)

 

Damda var qara yaylıq,

Yağışa çara yaylıq. (Qır)

 

Damda dambıldar,

Suda gumbuldar,

Heyva qalar

Nar parçalar. (Dolu)

 

Dam üstə at kişnər. (Novdan)

 

Dam üstə daylaq oynar,

Yerə dəyib oyular. (Dolu)

 

Dam üstə yağlı fətir,

Gücün çatır get gətir. (Ay)

 

Daşdəmir daşdan,

Qarnı təlaşdan.

Daşdəmir doymaz,

Min tağar aşdan. (Ding, dəyirman)

 

Deyin nə vaxt sular donar,

Yerə ağ-ağ quşlar qonar? (Qış)

 

Dörd qardaşım var,

Dördü də bir boyda. (Divar)

 

Dərisi zolaq-zolaq,

Meşələr ona oylaq,

Yaxın getsən mırıldar,

Nə ulaqdı, nə oğlaq. (Pələng)

 

Diki çıxanda ildırım,

Dik enəndə diyiri qoz. (Dovşan)

 

Dişi yoxdur, dişləyir,

İliyiəcən işləyir. (Şaxta)

 

Dümdüz idi meşədə,

Evdə başqa peşədə,

Üstə ilan uzanar,

Özünə köynək qazanar. (Yuxa yayılan taxta)

 

Evdə durub bir kişi,

Nənəmlədir Ò»ər işi. (CəÒ»rə)

 

Evimizdə bir kişi var,

Ağzında yüz dişi var. (Məcməyi)

 

Evimizdə bir kişı var,

Bir şələ saqqalı var. (Süpürgə)

 

Evimizdə iki gəlin var,

İkisi də bir boyda. (Qapının tayları)

 

Evin dalı gəlmədi,

Xanə-xanə bölmədi.

Birgə rəngdə xalım var,

Səksən səkkiz ilmədi. (Arı şanı)

 

Əvvəl meşədə idi,

Bircə peşədə idi,

İndi yaraq olubdu,

Babana dayaq olubdu. (Əl ağacı)

 

Əzəl vardı yeyərdik,

Yeməsəydik ölərdik,

İndi də var yemirik,

Yeməsək də ölmürük. (Ana südü)

 

Əziziyəm, nədəndir,

Çəpgəni gül bədəndir.

Kötüyünə od düşüb,

Gəlin görək, nədəndir? (Qəlyan)

 

Əzizim, bir anası,

Hərənin öz anası.

Quşlardan Ò»ansıdır o

Yüz bala, bir anası. (Arı)

 

Əzizim, saçdan olsun,

Donu qumaşdan olsun,

Mənə bir silaÒ» verin,

Gülləsi daşdan olsun. (Sapand)

 

Əzilməz,

Üzülməz,

Min ilə

Çürüməz. (Yaxşı ad-san)

 

Əzilməz,

Üzülməz,

Süfrəyə

Düzülməz. (Daş)

 

Əyə ha əyə,

Hamıya dəyə. (Ad)

 

Əynində atlas,

Dənizdə batmaz. (Neft)

 

Əyri atası, düz anası,

Göyçək bacısı, dəli qardaşı. (Tənək, yarpaq, üzüm, şərab)

 

Əl-ayağı dəstədi,

Qolları qəfəsdədi,



 
[1] [2] [3] [4] [5] [6] [7] [8] [9] [10] [11] [12] [ 16-12 ] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info