Qonaq Kitabı
TAPMACALAR

Nə yerdədi, nə göydə,

Çərxi fələk üstədi. (Pəncərə)

 

Ələk boyda üzü var,

Yüz əllicə gözü var,

Ağzı yuxarı baxar,

Altından yağış yağar. (Aşsüzən)

 

Əl işidir, əl işi,

Geydi onu bir kişi.

O necə çuxadır ki,

Yoxdur bircə tikişi. (Yapıncı)

 

Əl çalmasan da oynar,

Odsuz-qanadsız qaynar. (ƏÒ»əng)

 

Əmim oğlu ustadır,

Beli kəmər üstədir.

Sudan körpü salıbdır,

Gəl gör necə ustadır. (Buz)

 

Əmrdən ay əmrdən,

Gündü keçən ömürdən,

Yemişlərdən Ò»ansıdı

Özəyi var dəmirdən. (Kabab)

 

Ərşin ayaq,

Bənövşə dodaq. (Siçan)

 

Ətdən iyirmi ağacım var,

Hamısının ucu sədəfdi. (Barmaqlar və dırnaqlar)

 

Ətdən şiş, gümüşdən kabab. (Barmaqda üzük)

 

Zülfün ucu gümüşdür,

Sal boynuma ilişdir.

Yemişlərin içində,

Çiçəksiz nə yemişdir? (Yeralması)

 

İzləri var atadan,

Gözləri var anadan,

İstər qız, istər oğlan,

Bığlı olar anadan. (Pişik balası)

 

İynəsi çox,

Tikəni yox,

Əti dərman,

Özü Ò»eyvan. (Kirpi)

 

İki kiçik daş savaşır,

Ortasında alov aşır. (Çaxmaqdaşı)

 

İki küpə,

İki ağac,

Biri göydə,

Biri yerdə. (Nağara)

 

İki kürküm var,

On qardaş bürünər. (Əlcək)

 

İçi qırmızı, çölü boz,

Üstü yemiş, altı qoz. (Şaftalı)

 

İçi darı,

Çölü sarı. (Əncir)

 

İşım-işım işıldar,

Yarpaq kimi xışıldar. (Qar, çay)

 

Yağar yağış, qaçar qış,

Əlində rəngbərəng iş,

Yaşıllaşar, boy atar,

Fəsillərə naz satar. (BaÒ»ar)

 

Yağış yağsa süzülər,

Gün çıxanda büzülər

Çəksəm bağı üzülər. (Çarıq)

 

Yağlamışam, duzlamışam.

Qaya altına bağlamışam. (Qayıq)

 

Yatanda yumru yatar,

Ətinə dərman qatar,

Kim istəsə tutmağa,

Tikanı ələ batar. (Kirpi)

 

Yaşıldı əbası,

Sarıdı libası. (Badam)

 

Yaşıl tağım var,

Al otağım var.

Boz paltarımda,

Göy qurşağım var. (Qarpız)

 

Yeddi ayda bir qarış,

Bir ayda yeddi qarış. (Zəmi)

 

Yeddi öküzüm var, dərilərindən

Bir cüt çarıq çıxmaz. (Qurbağa)

 

Yekə zağada otuz iki qoşunun bir sərkərdəsi var. (Ağız, diş, dil)

 

Yer altında gümüş kəmər. (Bulaq suyu)

 

Yerdə gedər, verər bəla,

Göldə gedər qalxar bala. (Zəlzələ)

 

Yerdə gedər, yer yarılar,

Göldə gedər, göl yarılar. (Zəlzələ)

 

Yerciyi ağdı,

Toxumu qara.

Əllə əkərlər,

Dillə biçərlər. (Yazıb, oxumaq)

 

Yol üstə qazan qaynar. (Qarışqa)

 

Yumru yemiş,

Çərdəyi naxış,

İçi qırmızı,



 
[1] [2] [3] [4] [5] [6] [7] [8] [9] [10] [11] [12] [ 16-12 ] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info