Qonaq Kitabı
TAPMACALAR

Eşiyi boz. (Şaftalı)

 

Yumru-yumru sarıdır,

Yumru gözü darıdır,

Gəzir göldə, bağçada,

Üç Ò»əftənin barıdır. (Ördək balası)

 

Yumru təkər,

Əllərdə gəzər. (Qaval)

 

Yupyumru fincan,

İçi dolu mərcan. (Nar)

 

Yük altda qanlı çanaq. (Doşab)

 

Kalını yemək olar,

Dəymişin yemək olmaz. (Xiyar)

 

KəÒ»ər at enib gedər,

Səssizcə sinib gedər.

Çeşmədən su içməyə,

Qızları minib gedər. (SəÒ»əng)

 

KəÒ»ər atın yorğası,

Görünür qabırğası.

O necə Ò»eyvandır ki,

Boğazında sırğası. (Zınqırovlu qoç)

 

Kiçicik məzar,

Dünyanı gəzər. (Ayaqqabı)

 

Köynəyi düz biçərlər,

Göz yaşını içərlər. (Su süzən daş)

Köynəyi göy, özu sarı,

Nə buğdadı, nə də darı. (Qarğıdalı)

 

Körpü altda dörd barmaq,

Tökülur sud, yağ, qaymaq. (İnək əmcəyi)

 

Körpu altdan saz gedər,

Qaqqıldaşar qaz gedər. (Su)

 

Gedən karvan oyandı,

Göylər ala boyandı.

Azançı azan verdi,

El yuxudan oyandı. (Xoruz)

 

Gedər gəzər ayağı yox,

Adam vurar əlləri yox. (İlan)

 

Gecə dağılar,

Gündüz yığılar. (Yorğan-döşək)

 

Gecə düzülər,

Gündüz pozular. (Ulduzlar)

 

Gəlinə bax, gəlinə,

Əlini qoyub belinə. (Küpə)

 

Gözləri var, başı zar,

Nə tükü, nə qaşı var.

Ayağı yox, dili yox,

Dərisində pulu çox. (Balıq)

 

Göydən düşər sınmaz,

Oda düşər, yanmaz,

Suya düşər, batmaz. (Kölgə)

 

Göpgödəcik bir kişi,

Ağzında bircə dişi,

Patavamla var işi. (Biz)

 

Gülsüz olar meyvəsi,

Şirin şəkər dənəsi. (Çiyələk)

 

Gündüz yatar, gecə uçar,

Çox quşlardan yeyin qaçar. (Yarasa)

 

Gündüz gedər dolama,

Gecə gəlir salama. (Yuxu)

 

Gündüz gəzər obanı,

Gecə sancar dabanı. (Süpurgə)

 

Gün çıxar axtalanar,

Qapılar taxtalanar,

Meydana bir nər girmiş,

Burnundan noxtalanar. (Qayıq)

 

Ləyən-ləyən ləyəndə,

Lalə boynun əyəndə,

Kal vaxtı yemək olmaz,

Tamaşadır dəyəndə. (Qayıq)

 

Mavi atlas,

İynə batmaz,

Bıçaq kəsməz,

Dərzi biçməz. (Səma)

 

Mal alsan malın olar,

Şanında balın olar.

Yazda, yayda çullanar,

Qış fəsli yalın olar. (Torpaq)

 

Maral-maral öküzüm,

Qarnı xaral öküzüm,

Düz yerdə gəzə bilməz,

Çəpər yaran öküzüm. (Tısbağa)

 

Masa üstə göbələk,

Hünərin var, tap görək. (Lampa)

 

Meşədə kəsdilər başın,

Axıtdılar göz yaşın.

Suya saldılar batmadı.

Oda atdılar yandı. (Odun)

 

Meşəyə getsə qudurar,

Evə gəlsə, oturar. (Balta)

 



 
[1] [2] [3] [4] [5] [6] [7] [8] [9] [10] [11] [12] [ 16-12 ] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info