Qonaq Kitabı
TAPMACALAR

Ərinməmiş yağ göndər. (Bal)

 

A kişi, kişi,

Dəmirdən dişi,

Yeyər buğdanı,

Qalar küləşi. (Oraq)

 

A kişi-kişi,

Əlində şişi.

Mənə bir at al,

Nə erkək olsun,

Nə də ki dişi. (Beşik)

 

Ala alandı,

Başı çullandı.

Qaşığa mindi,

Qıçı sallandı. (Əriştə)

 

Ala atlaz

Yaşıl atlaz.

Qayçı kəsməz,

İynə batmaz. (Neft)

 

Ala dağdan gəlir Ò»el,

Ayağında tısma tel. (Hörümçək)

 

Alaca-bulaca,

Uçdu qondu aqaca. (Sağsağan)

 

Alaca hay alaca,

Çıxıb qondu ağaca,

Alaca bir ev tikdi,

Nə qapı qoydu, nə baca. (Baramaqurdu)

 

Altı daşdı, daş deyil,

Üstu daşdı, daş deyil,

Heyvan kimi otlayır,

Heyvana yoldaş deyil. (Çanaqlı bağa)

 

Altı dəri, üstü dəri,

İçində bir ovuc darı. (Əncir)

 

Altı Ò»aça,

Üstü Ò»aça,

İki üzük,

İki qılça. (Qayçı)

 

Alçaq damdan qar yağar. (Ələk)

 

Araba gedər izi yox,

Yonqar yanar közü yox,

Dəyirmanda qışlamış,

Dərisi var, tükü yox. (Zəli)

 

Altı var, üstü yox,

Ayağı var, məsti yox.

O necə xanədir ki,

Hər yanı var, üstü yox? (Qaranquş yuvası)

 

Altı inci mirvari,

Üstü inci mirvari,

Ortasında bir yarpaq. (Dil)

 

Atamın yeddi oğlu var,

Yeddisi də bir boyda. (Həftə və günləri)

 

Ataram yatmaz,

Palçığa batmaz.

And içibdir ki,

Piyada getməz. (SəÒ»əng)

 

Atdım atana,

Dəydi kotana,

Dəryada balığa,

Çöldə ceyrana. (Tufəng)

 

Atdan hündür,

İtdən alçaq. (YəÒ»ər)

 

Atdım yamaca,

Düşdü umaca.

Yayda tez donar,

Qışda açılar. (Duz)

 

Atılıb düşər,

Duzsuz, susuz,

Qırmızı bişər. (Qovurğa)

 

Atlar ay atlar,

Havada otlar,

O Ò»ansı quşdur.

Beldən yumurtlar. (NeÒ»rədə yağ)

 

Axar çayın axanı,

Dolandırar caÒ»anı,

Bir yanında xış işlər,

Bir yanında kotanı. (Dəyirman)

 

Axşam doğular,

SəÒ»ər yer ovar,

Axşam yığılar,

SəÒ»ər dağılar. (Cücə)

 

Axşam oldu, saralar,

SübÒ» tezdən qaralar. (Lampa)

 

AÒ»anı Ò»a aÒ»anı,

Gəzər cümlə caÒ»anı,

Dərələrdə öldürdüm,

Nə əti var, nə qanı. (Külək)

 

Açarsan dəvə boyda,

Yumarsan həvə boyda. (Miçətkən)

 

Acı yarpaq odda yanar,

Gözünü yandırıb yaxar,

Bir ucundan duman qalxar,

Bir ucundan atəş baxar. (Tütün)

 

Aşıq gördü bir bozu,



 
[1] [2] [3] [4] [5] [6] [7] [8] [9] [10] [11] [12] [ 16-12 ] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info