Qonaq Kitabı
TƏPƏGÖZ

Alp ərənlər, mərd igidlər

Gəldiyindən, getdiyindən

Söhbət açdı.

Ürəklərdən kədər qaçdı.

Söy söylədi, boy boyladı.

Xan Basatın mərd adına

Dastan qoşdu,

Himmət verdi, alqış verdi:

 

– Qara dağlar

Yetdiyində aşıd versin!

Daşqın sular

Keçdiyində, keçid versin!

 

Qoçaqlıqla qardaşıvın

Qanın aldın,

El-obanı zəbunluqdan

Sən qurtardın.

 

Ulu Tanrı dost oluban

Mərd igidə mədəd versin!

 

 

Son söz əvəzinə

 

Qoy dastanımızın qurtarışı da

başlanışı kimi bir xalq məsəli olsun:

 

...İskəndər bədəl-bədəl,

Bədəli öldürdülər,

Ağbanı geydirdilər,

Xan evinin pıçaqları,

Ağbanın saçaqları,

 

Vurdum sandıq söküldü,

İnci, mərcan töküldü,

İnci, mərcan, filfili,

Gəl oxu bizim dili!

Bizim dil – Urmu dili.

Urmudan gələn atlar,

Ağzında yüyən çatlar...



[1] T ə m ə d d ü n – mədəni.

[2] Eposda toponim “Uzun binar” (“Uzun göl”) kimi getmişdir. Çox güman ki, Türkiyədə Trabzona 70 km məsafədə yerləşən “Uzun göl” nəzərdə tutulur.

[3] Dayə.

 



 
[1] [2] [3] [4] [5] [6] [7] [8] [9] [10] [ 16-10 ] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info