Qonaq Kitabı
TƏPƏGÖZ

Bir ağacı yerli dibli

Qopararaq

Yığınağın üstə atdı,

Atmış adam ağac altda

Həlak oldu.

Qazan xana bir zərb vurdu,

Dünya-aləm nəzərində

Duman oldu.

Qarındaşı Qaragünə

Qarşısında zəbun oldu.

 

Dözən oğlu Alp Rüstəm

Şəhid oldu.

Uşun Qoca oğlu kimi,

Bir pəhləvan

Məğlub olub, həlak oldu.

Arıqcandan iki qardaş

Şəhid oldu.

Bığı qanlı Bəydüz Əmən

Qarşısında zəbun oldu.

Dəmir donlu Dəli Meymaq

Məğlub olub, həlak oldu.

Ağ saqqallı Uruz Qoca

Qan qaytardı.

Uruz oğlu Qıyan Səlcuq

Ödün qusdu.

 

Bütün Oğuz, Təpəgözə

Batanmayıb, hürkdü qaçdı,

Dəli quduz önün kəsdi,

Qaytarıban öz yerində

Oturtdurdu.

Qurtulanı Oğuz eli

Yeddi kərə hürkdü qaçdı,

Hamısında qaytarıldı,

Bütünlüklə zəbun oldu.

 

Çağırdılar, Dədəm Qorqud

Gələr oldu.

Yalvardılar, sıtqadılar.

 

– Çarə qalıb kəsim kəsək, –

Deyə, Qorqud varıb getdi,

Təpəgözə salam verdi:

– Hey, Təpəgöz!

Bütün Oğuz əllərində

Zəbun olub,

Bükülübən bükük qalıb,

Ayağıvın torpağına

Məni salıb,

Sənin üçün kəsim kəsmək

İstəyirlər – Deyə, durdu.

 

– Hər günümə altmış adam

Verin! – Deyə, dəli quduz

Cavab verdi.

– Oğul, bədzat, beləliklə

Çox keçmədən adamları

Tükədərsən,

Yeməyivə kimsə qalmaz.

Ancaq sənə iki adam,

Beş yüz qoyun gündə verək.

Dəli quduz:

– Eybi yoxdur, elə olsun,

İki adam daha verin

Mənim üçün yemək yapsın.

 

Dədəm Qorqud döndü gəldi;

– Yapaqlı ilə Yüklü Qoca

Varsın getsin, Təpəgözə

Aş bişirsin.

Bir də gündə iki adam,

Beş yüz qoyun istəmişdir.

 

Oğuz buna razı qaldı.

Dörd oğullu birin verdi,

Üçü qaldı.

Üç oğullu birin verdi,

Cütü qaldı.

Cüt oğullu birin verdi,

Biri qaldı.

 

Qapıqqan bəy deyirlər bir

Kişi varmış,

Cüt oğlunun birin vermiş,

Biri qalmış.

Gün dolandı,

Yenə növbət ona çatdı.

Oğlancığın anasına

Xəbər getdi,

Qışqırıban zarlıq qıldı,

Başın yoldu, üzün cırdı.

 

** *

Uruz oğlu aslan Basat

Vuruşmaya getmiş idi,

Bu məhəldə gəldi çıxdı.

Qarı aydır:

– Busat gəldi, axın gətdi,

Varıban bir əsir alıb

Oğlanımı qurtarsanam!

İgid Busat

Altunluca günlüyünü

Tikdiribən oturarkən,

Xatın kişi varid olub

Göz gəzdirdi, Busat xana

Salam verdi.

Gözlərindən qan yaş tökdü:

– İç Oğuzda, Dış Oğuzda

Adı bəlli, qatı yaylı

Uruz oğlu aslan Basat,

Qoltuğuva sığınıram,

Mədəd səndən!

– Nə dilərsən, nə söylərsən?

Qarı aydır:

– Zəmanənin anasından

Uğursuz bir oğul qopdu.

Oğuz elin kölgəsində

Qondurmadı.

Qara polad üz qılınclar



 
[1] [2] [3] [4] [5] [6] [7] [8] [9] [10] [ 16-10 ] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info