Qonaq Kitabı
TƏPƏGÖZ

Bəşəriyyət ən qədimdən

Bu müqəddəs təlaşını,

Quduzluğa, zülmə qarşı

Dayanmayan savaşını,

Əfsanələr biçimində

Quraşdırmış,

Nişan vermiş.

 

Qaniçənlər, adamcıllar

“Birgözlü”lər pəncəsindən

Qurtarmağa can atmasın.

Əfsanəvi qəhrəmanlar

Simasında

Yaraşdırmış,

Əks etdirmiş.

Qorqud Dədə dastanları.

Sırasında

“Təpəgöz”ün əfsanəsi

Bu ardıcıl təşəbbüsə

Ən gözəl bir nümunədir.

 

O böylədir:

Bir gün Oğuz oturarkən

Üzərinə yağı gəldi.

Qafil Oğuz gecəliklə

Hürkdü qaçdı,

Yerin-yurdun qoydu köçdü.

 

Uruz Qoca deyirlər bir

İxtiyarın

Oğlancığı düşdü qaldı.

Oğlanı bir aslan tapdı.

Əmişdirdi.

Oğlan boya-başa çatdı,

Yaşa doldu.

 

İl dolandı, günlər keçdi,

Oğuz yenə

Öz yurduna, öz yerinə

Gəldi düşdü.

Oğuz xanın ilxıçısı

Xəbər gətdi:

 

– Xanım, hər gün qamışlıqdan

Qəribə bir aslan çıxır,

Sir-sifəti adam kimi.

Ağıl-ağıl

Bir at vurur, qanın sorur.

Uruz aydır:

Bəlkə mənim qaçaqaçda

Düşüb qalan oğlum ola?

Bəylər mindi.

Boz aslanı qaldırdılar,

Oğlancığı peysərləyib

Gətirdilər.

 

Uruz Qoca oğlun alıb

Evə gəldi, şadlıq qurdu.

El-obanı qonaqladı,

Hamı gəldi yedi-içdi.

Ancaq oğlan

Yerdə-yurdda dayanmadı,

Ana aslan yatağına

Qoydu qaçdı.

 

Gedib tutub gətirdilər,

Yenə qaçdı.

Bir daha da qaytardılar,

Dayanmadı.

Çağırdılar, Qorqud Dədə

Gələr oldu.

Oğlancığa ögüd verdi:

– Qaçma, oğul!

İnsan üçün heyvanlara

Munis olmaq yaramazdır.

 

Sən insansan!

İnsanlara qayna-qarış,

İgidlərlə oturub dur!

Yaxşı at min.

Qıyan Səlcuq qardaşındır.

Sənin adın Basat olsun!

Adıvı mən verdim, yaşın

Tanrı-təala özü versin.

 

* * *

Uruzun bir çobanı var,

Qonur Qoca Sarı çoban

Çağırarlar.

 

Uzun illər uzağından

Oğuz eli köç eylərkən

Sarı çoban öndə köçər,

Kimsə ondan qabaq keçməz.

 

Yaylağına köçür bir gün

Oğuz yenə,

Sarı çoban gedir öndə.

Yol üstündə “Uzun minar[2]

Deyilən bir minar vardır.

 

O minara çatar-çatmaz

Nagəhandan qoyun hürkdü.

Sarı çoban baxdı gördü

Minar üstə pəri qonub.

 

Pəriciklər onu görcək

Qanad çalıb pırladılar.

 

Sarı çoban

Köynəyini çıxarıban

Pərilərin üstə atdı,

Birin tutdu.

Pəri gözəl, çoban qızğın.

 

Tamahlandı,

Pəriciyə əl uzatdı.

 

Yenə birdən qoyun hürkdü,

Qonur Qoca



 
[1] [2] [3] [4] [5] [6] [7] [8] [9] [10] [ 16-10 ] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info