Qonaq Kitabı
TƏPƏGÖZ

Bir tükün də kəsənmədi.

Qarğı cida oynadanlar

Süngü saçdı, dələnmədi.

Qatı yaylı ox atanlar

Ox atdılar, kar kəsmədi.

Alp ərənlər sərkərdəsi

Qazan xana zərbə vurdu.

Qaragünə pəhləvanı

Şəhid etdi.

Bığı qanlı Bəyduz Əmən

Qarşısında zəbun oldu.

Ağ saqqallı xan babava

Qan qusdurdu.

Qarındaşın Qıyan Səlcuq

Qabağında ödün qusdu.

Bütün Oğuz bəylərinin

Kimisini zəbun edib,

Kimisini şəhid etdi.

Oğuz eli yeddi kərə

Hürkdü qaçdı,

Qoymaz oldu.

Hər gününə

İki adam, beş yüz qoyun

Kəsim dedi, kəsdi aldı.

Yapaqlı bəy, Yüklü qoca

Getdi, ona aşpaz oldu.

Dörd oğullu birin verdi,

Üçü qaldı.

Üç oğullu birin verdi,

Cütü qaldı.

Cüt oğlumun birin yemiş,

Biri qalmış.

Onu daha istəyirlər,

Yenə növbət mənə çatmış.

Canım oğul, mədəd səndən!

Xan Busatın qara gözü

Yaşla doldu.

Qardaş, – deyə, ellər, – deyə,

Söy söyləmiş, nələr demiş:

 

– Düzlərdə tikilən otaqlarıvı

O zalim yaxdırıb, yaxdırsın, qardaş!

Şahbaz atlarıvı sər tövləsindən

O zalım seçdirib, seçdirsin, qardaş!

 

Əsrək dəvələri qatarlarından

O zalım ayırıb, ayırsın, qardaş!

Sürü-sürü ağca qoyunlarıvı,

O zalım qırdırıb, qırdırsın, qardaş!

 

Sevib gətirdiyin gəlini səndən

O zalım ayırıb, ayırsın, qardaş!

Ağsaqqal babamı “Oğul, vay!” – deyə,

O zalım buzladıb, buzlatsın, qardaş!

 

Ağ üzlü qarıcıq xatın anamı

O zalim sızladıb, sızlatsın, qardaş!

 

Yenə demiş:

– Qaranquluq gözlərimin aydını,

Axıntılı sularımın daşqını,

Qarşı yatan Qara dağım yoxuşu,

Sarsılmaz dizimin taqəti qardaş!

 

Qardaşımı əldən verdim! –

Deyə, Basat

Çox ağladı, zarlıq qıldı.

Xatına bir əsir verdi,

– Get, oğluvu qurtar! – dedi.

Xatın qaçıb

Xan Uruza xəbər verdi:

– Nə durubsan, oğlun gəldi.

Uruz Qoca çox sevindi

Bəylər ilən

Oğlanına qarşı gəldi.

Aslan Basat

Atasının əlin öpdü.

Üzləşdilər, ağlaşdılar,

Anasının çadırına

Varıb getdi.

Qarı ana oğlancığın

Qarşıladı.

Çox ağladı,

Alnın öpdü, qucaqladı.

 

Xan Basatın gəlişilə

Bir də elə fərəh gəldi.

Yemək oldu, içmək oldu.

Basat aydır:

– Bəylər, qardaş qanı – deyə,

Təpəgözlə hesablaşmaq

İstəyirəm. Nə deyirsiz?

Qazan burda söy söyləmiş,

Xan Basata nələr demiş:

 

–        Nə qara əvrəndən doğdu Təpəgöz,

Ərşi dolandırdım, ala bilmədim.

Qara qaplanlardan qopdu Təpəgöz,

Dağlar dolandırdım, ala bilmədim.

Qoğan aslanlardan oldu Təpəgöz,

Ormanlarda qovdum, sala bilmədim.

 

Yenə demiş:

–        Yüz də igid olsan, yüz də mərd olsan,

İnanma çatasan Qazana, Basat!

Ağsaqqal babavı, xatın anavı

Sızladıb gətirmə amana, Basat!

 

Xan Qazanm cavabında

Aslan Basat:

– Gedəm, – deyir, – hökmən gərək!

Uruz Qoca ağlayıban:

– Canım Basat, kərəm eylə,

Ocağımı sönük etmə!

Oğul, getmə!

 

Qorxutmalar,

Nər aslanı qorxutmadı:

– Ağ saqqallı, əziz baba,

Gedəm gərək! – Deyə, qalxıb,



 
[1] [2] [3] [4] [5] [6] [7] [8] [9] [10] [ 16-10 ] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info