Qonaq Kitabı
BƏKİL OĞLU ƏMRAN

Boğazını ələ aldı.

Kafər aydır:

– İgid, aman!

Söylə sənin dinin nədir?

Mən də ona iman tapdım,

Sən olduğun dinə girdim.

 

Qalan kafər bunu görüb,

Hürküb qaçdı.

Axınçılar yağıların

Elin-günün qarət edib,

Qız-gəlinin əsir qıldı.

 

Qoçaq Əmran babasına

Muştuluqçu göndəribən,

Qırımımı aldım, – Dedi.

 

Ağ saqqallı Bəkil qoca

Oğlanına qarşı gəldi,

Boynun qucdu, alnın öpdü.

Gül-çiçəkli Ala dağdan

Yaylaq verdi, ölkə verdi.

Qara qıçlı yügrək atdan

İlxı verdi, tövlə verdi.

Ağca üzlü mərd oğlana

Ağ duvaqlı gəlin aldı.

Ağ qoyundan şülən verdi.

Qənimətdən ulu xana

Pənc-yek çıxdı.

Oğlancığın götürübən

Xanlar xanı divanına

Gedər oldu.

Padşahın əlin öpdü.

Xanlar xanı nər oğlana

Qazan oğlu bəy Uruzun

Sağ yanında yer göstərdi,

Cübbə verdi, xələt verdi.

 

Çağırdılar, Dədəm Qorqud

Gələr oldu, şadlıq çaldı.

Qoç Əmranın mərd adına

Dastan düzdü, qoşma qoşdu.

Himmət verdi:

Yerli-yerli qara dağlar

Alçaqlanıb yıxılmasm!

Kölgəlicə ağacların

Qol-budağı qırılmasın!

Daim axan aydın sular

Azalmasın, qurumasın!

Mərd ocağı kor olmasın,

Dünya varkən yanar dursun!



[1] Ömər Xəyyamın “Camist ke əql afərin...” misrası ilə başlanan rübaisinə işarədir

(müəllifin qeydi).

[2] M.Ə.Sabirin “Sanma əzdikcə fələk bizləri viranlıq olur” şeirinə işarədir.

[3] Monqol işğalı dövründə Gürcüstan tümən adlandırılan doqquz izibati ərazi vahidinə (tümənə) bölünmüşdü.

 



 
[1] [2] [3] [4] [5] [6] [7] [8] [9] [10] [ 16-10 ] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info