Qonaq Kitabı
BƏKİL OĞLU ƏMRAN

Atın salar.

Buğasının, sığırının

Boğazına çiriş atar,

Çəkər, tutar.

Arıq olsa, qulağını

Alıb dələr, azad elər.

Simiz olsa, boğazlayıb

Başın kəsər.

Xanlar hər vaxt keyik tutsa,

Qulağında deşik olsa,

Bəkilindir bu ov – deyə,

Göndərərlər Bəkil bəyə.

 

Bəkil xanın bu işindən

Söhbət düşdü,

Xan soruşdu:

– Mərə, bəylər, iş bu hünər

İgiddəndir, ya atdandır?

Bəylər hamı:

– İgiddəndir!

– Yox!

Atalar demişlər:

“At işləməsə, ər öyünməz!”

Böyük hünər atınkıdır! -

Deyə, Qazan nəzər verdi.

Söz Bəkilə ağır gəldi:

– Alp ərənlər sırasında

Yaxşı məni quşqunumdan

Zığa basdın – deyə, durdu.

Bayındır xan bəxşayişin

Qabağına töküb atdı.

İgidlərin götürübən

Öz evinə varıb getdi,

Yurda yetdi.

 

Oğlanları qarşı gəldi,

Dindirmədi, qonuşmadı,

Ağca üzlü xatınıylan

Kəlmə verib danışmadı.

 

Xatın baxıb söy söylədi,

Yoldaşına nələr dedi:

– Göz açıban görüşdüyüm,

Könül verib sevişdiyim,

Qızıl təxtim, bəy igidim!

Qalxıbanı öz yerindən

Uru durdun,

Başı uca, köksü qaba

Dağlar aşdın.

Axıntılı gur sulardan

Aşıb keçdin.

Ağ alınlı Bayındır xan

Görüşünə varıb getdin.

Bəylər ilə yedin-içdin,

İstiqanlı el-qovumla

Sən görüşdün.

Başın nədən qalmaqaldır?

 

Xan yanından qayıdırsan

Yedəgində Şahbaz ayğır,

Atın hanı?

Mərd arxanda altun işıq,

Cübbə hanı?

Ala gözlü igidlərin

Oxşamazsan, bu nə haldır?

 

Aslan igid,

Xatınına cavab verdi,

Nələr dedi:

 

– Qalxıbanı öz yerimdən

Durar oldum,

Qara yallı Qazlıq atı

Bütün mindim,

Əgri qübbə Ala dağı

Dünən aşdım,

Axıntılı gur çaylardan

Gecə keçdim,

Bayındır xan divanına

Çapar yetdim,

Ala gözlü igidlərlə

Yedim-içdim,

İstiqanlı el-qovumla

Görüş gördüm,

Xanımızın könlü bizdən

Dönmüş gördüm,

Çatın köçü, sası dinli

Gürcüstana köçək! – Dedi.

Xatın aydır:

– Bəy igidim,

Mərd ərənlər öz elindən

Üz döndərməz!

Ellərinə asi olan

Həyatından xeyir görməz,

Üzü gülməz!

Pak ürəkdə kədər olsa,

Al-qırmızı şərab açar.

Sən gedəndən qarşı yatan

Qara dağlar ovlanmamış,

Qayalarda ceyran qaçar,

Bir neçə gün ova var get,

Qoy açılsın könlün, igit!

 

Bəkil gördü xatınının

Ağlı iydir,

İgidlərin atlandırıb

Ova getdi.

 

Pozğun igid ov ovlarkən

Bir yaralı maral gördü,

Dalısıyca atın saldı.

Yay çirişin buğacığın

Boğazına saçıb atdı.

 

Buğa keyik acımışdı.

Can dərdindən sıçırayıb

Uçurumdan özün atdı.

At, tovunu alanmadan

Dağdan uçdu.

Yıxılıban qaba leşi



 
[1] [2] [3] [4] [5] [6] [7] [8] [9] [10] [ 16-10 ] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info