Qonaq Kitabı
DİRSƏ XAN OĞLU BUĞAC

Gəlib keçdi.

Karvan kimi qondu köçdü.

Yer gizlətdi, əcəl aldı,

Qoca dünya yenə qaldı.

Gedən getdi, yaxşı-pisdən

Gələnlərə bir ad qaldı.

 

* * *

Görüm, dostlar, qafil ölüm

Gələn zaman mərd igidə

Keçid versin!

Sağlıq kimi dövlət olmaz,

Bu dövləti Haqq artırsın!

O öydüyüm uca Tanrı,

Dost oluban mədəd versin!

 

Yümn edəlim,

Yerli qara dağlarnıız

Yıxılmasın!

Kölgə salan ağaclarnız

Kəsilməsin!

Daim axan aydın sular

Azalmasın, qurumasın!

Uca uçan tərlanların

Qanadları qırılmasın!

At çapanda atınızın

Ayaqları büdrəməsin!

Çarpışanda qara polad

Qılıncınız kütəlməsin!

Dürtüşəndə, çəkişəndə

Kəndiriniz ufanmasın!

Ağ birçəkli anaların

Axır yeri behişt olsun!

Ağ saqqallı babaların

Son sarayı cənnət olsun!

Haqq yandıran çırağınız

İşıqlansın, yanar dursun!

Görüm möhtac olmayasız

Namərdlərə, dostlar, sizi!



[1] C ə r ə s – zınqırov.

[2]T ə f ə r r ü c ə – əylənmək üçün.

 



 
[1] [2] [3] [4] [5] [6] [7] [8] [9] [10] [ 16-10 ] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info