Qonaq Kitabı
DİRSƏ XAN OĞLU BUĞAC

İlahinin birliginə

Yoxdur şübhə, yoxdur güman!

Açın mənim əllərimi,

Qopuzumu mənə verin,

Qaytarım mən, bu gələni.

Gərək olsa, öldürünüz,

Gərək olsa, saxlayınız

Sonra məni.

 

* * *

Dirsə xanın əllərini

Boşaltdılar,

Gətirdilər qopuzunu.

O bilmirdi bu gələnin

Oğlancığı olduğunu.

Asta-asta qarşı gəldi,

Aldı, görək nə söylədi:

– Boynu uzun bədöy atlar

Gedirsə də, mənim gedir.

Bu ilxıda sənin də gər

Mindigin var, degil mənə.

Savaşmadan, vuruşmadan

Qaytarağım, dalı qayıt!

 

Ağ ayıldan sürü, qoyun

Gedirsə də, mənim gedir.

Bu sürüdə sənin də gər

Şişliyin var, degil mənə.

Savaşmadan, vuruşmadan

Qaytarağım, dalı qayıt!

 

Qatar-qatar qızıl dəvə

Gedirsə də, mənim gedir,

Sənin də gər bu qatarda

Yütlətin var, degil mənə.

Savaşmadan, vuruşmadan

Qaytarağım, dalı qayıt!

 

Qızılqübbə çadırlarım

Gedirsə də, mənim gedir.

Arasında sənin də gər

Odan vardır, degil mənə.

Savaşmadan, vuruşmadan

Qaytarağım, dalı qayıt!

 

Ala gözlü qız-gəlinlər

Gedirsə də, mənim gedir.

İçlərində sənin də gər

Nişanlın var, degil mənə.

Savaşmadan, vuruşmadan

Qaytarağım, dalı qayıt!

 

Ağ saqqallı qocalarım

Gedirsə də, mənim gedir,

İçlərində sənin də gər

Baban varsa, degil mənə.

Savaşmadan, vuruşmadan

Qaytarağım, dalı qayıt!

 

Mənim üçün gəlmişsənsə,

Oğlancığım öldürmüşəm.

İgid, sənə yazığım yox,

Dalı qayıt!

 

İgid oğlan atasını

Dinləyərək,

Cavabında nə söyləmiş

Baxaq görək:

– Boynu uzun bədöy atlar

Sənindirsə,

Qırx namərdə qoymağım yox!

İçlərində minligim var.

Yəğmalanan sürü, qoyun

Sənindirsə,

Qırx namərdə qoymağım yox!

İçlərində şişliyim var!

 

Qatar-qatar qızıl dəvə

Sənindirsə,

Qırx namərdə qoymağım yox!

İçlərində yüklətim var!

 

Qızılqübbə çadır–otaq

Sənindirsə,

Qırx namərdə qoymağım yox!

İçlərində odam vardır!

 

Ala gözlü qız-gəlinlər

Sənindirsə,

Qırx namərdə qoymağım yox!

İçlərində nişanlım var.

 

Əsir gedən ağsaqqallar

Sənindirsə,

Qırx namərdə vermağım yox!

İçlərində mənim də bir

Əqli şaşmış babam vardır! –

 

Deyə, oğlan qırx yoldaşa

Dilbənd verdi,

Qırx gənc igid bədöy ata

Qamçı vurdu.

Aslan Buğac qılınc çəkdi,

Savaş etdi, qırx namərdin

Kimisinin boynun vurdu,

Kimisini dustaq tutdu.

Babasını xilas edib

Geri döndü.

Dirsə xan da oğlanının

Sağ olduğun duyub bildi.

 

* * *

Xanlar xanı xəbər tapıb,

Buğac xana bəylik verdi,

Kürsü verdi.

Qorqud Dədə boy boyladı,

Söy söylədi.

İnci kimi dastan düzdü

Qoşma qoşdu,

Onlar daxı bu dünyaya



 
[1] [2] [3] [4] [5] [6] [7] [8] [9] [10] [ 16-10 ] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info