Qonaq Kitabı
DİRSƏ XAN OĞLU BUĞAC

Xanlar xanı Bayındıra

Xəbər çata:

– Dirsə xanın oğlu bu cür

Bidət işlər görür – deyə,

Söyləyələr. Gəzməkdənsə,

Ölmək sənə yaxşı ola.

Bayındır xan çağırıban

Qəzəb edə,

Belə oğul sənin üçün

Nə gərəkdir?!

Olmağından olmamağı

Yaxşıraqdır. Öldürsənəm!

 

– Gətiriniz, öldürəlim! –

Deyə, Dirsə buyurarkən

Qırx igidin son igirmisi

Çıxa gəldi.

– Hey, Dirsə xan, sənin oğlun

Yerdən durdu,

Köksü gözəl Qaba dağa

Ova çıxdı.

Sən var ikən,

Ov ovladı, quş quşladı.

Anasına məclis qurub,

Söhbət edib badə içdi.

Atasına qəsd elədi,

Yarımasın sənin oğlun!

 

Qarşı yatan Ala dağdan

Xəbər keçə,

Aydın axan gur sulardan

Aşıb keçə,

Xanlar xanı Bayındıra

Xəbər çata:

– Dirsə xanın oğlu bu cür

Bidət işlər görür – deyə,

Söyləyələr,

Çağırıban Bayındır xan

Qəzəbinə tuş olasan?

Belə oğul sənin üçün

Nə gərəkdir?! Öldürsənəm!

Deyə, onlar söylədilər.

 

– Gedin, tutub gətiriniz,

Öldürəlim!

Bu cür oğul mənim üçün

Gərəkməzdir! – dedi, Dirsə.

– Biz oğlanı necə tutaq?

O bizləri sayan deyil,

Sözümüzə baxan deyil.

Dur ayağa,

Qırx igidin boyuna al,

Oğlunu da götürübən

Çıx ovlağa!

Quş uçurdub, ov ovlayıb,

Oğlancığı oxlayıban

Geri qayıt!

Onu bu cür öldürməsən,

Başqa cürə öldürülməz! –

Deyə, onlar uydurdular.

 

* * *

Sərin-sərin əsən zaman

Salxım-salxım dan yelləri,

Qaqqıldaşıb səyirəndə

Boz irəgli torağayı.

 

Uzun saqqal, uzun ətək

Tat dam üstdə banladıqda,

Bədöy atlar yorğalayıb

Yollar üstə uğradıqda.

 

Köksü gözəl Qaba dağa

Səhər-səhər gün dəyəndə,

Böyük oğuz ellərinin

Qız-gəlini bəzənəndə,

Ala-sabah axmaq Dirsə

Yerdən durdu.

Qırx namərdin atlandırıb,

Buğacı da götürərək,

Ova çıxdı,

Ov ovladı, quş quşladı.

 

Qırx namərdin bir neçəsi

Buğac bəyə yaxınlaşdı.

– Atan dedi: Keyik qovsun,

Gətiribən mənə qənşər,

Vurub salsın.

At oynadıb, qılınc çəkib,

Ox atmasın gözüm görsün,

–  Fərəhlənsin, – söylədilər.

 

İgid oğlan ayın-şayın

Sevinc ilə at oynadır.

Keyik qovur, maral qovur,

Atasının qarşısında

Oxlayıban yerə salır.

Öz yanında:

– Qoy xan babam at siyirdib,

Qılınc çalıb ox atmama

Fərəhlənsin!

Mənə baxıb güvənibən

Fəxr eləsin! –

Deyə, yazıq düşünürdü.

Ol qırx namərd:

– Hey, Dirsə xan, görürsənmi,

Oğlan necə keyikləri

Bezikdirir?

Hər tərəfdən qovur, sənin

Qabağında yerə salır?

Olmaya ki, ceyranlara

Ox atarkən səni vura?

Oğlan səni öldürmədən,

Tez ol onu öldür! – deyə,

Uydurdular.

 

Keyiklərin dalısınca

Oğlan qızğın at çapdırıb,

Babasının qənşərindən

Ötən zaman



 
[1] [2] [3] [4] [5] [6] [7] [8] [9] [10] [ 16-10 ] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info