Qonaq Kitabı
DİRSƏ XAN OĞLU BUĞAC

Səpələşdi çiçək kimi

Hər tərəfə qırxı birdən.

 

Sinələrdə çırpınarkən

Analığın saf ürəyi,

Topladılar qucaq-qucaq

Ətək-ətək dağ çiçəyi.

 

* * *

Ağ birçəkli yazıq ana

Döşün sıxdı.

Bir sıxarkən süd gəlmədi,

İki sıxdı, süd gəlmədi.

Üç sıxanda qan qarışıq

Süd fışqırdı.

O süd ilən məlhəm edib

Oğlancığın yarasını

Bağladılar. Götürdülər,

At üstünə mindiribən

Ordusuna gətirdilər.

Həkimlərə, təbiblərə

Tapşırıb gözlədilər,

Kimsə ilə danışmayıb,

Dirsə xandan gizlədilər.

 

* * *

At ayağı külək olur,

Ozan dili yügrək olur.

Qırx gün başa çatar-çatmaz

Oğlancığın yaraları

Üzə gəldi, sapsağ oldu.

Yenə də at minə bildi,

Yenə qılınc çala bildi.

Yenə də o ov da avlar,

Quş da quşlar.

Dirsə xanın xəbəri yox,

Oğlancığın ölmüş bilir.

 

* * *

Qırx namərdlər bunu duydu:

– Nə etməli? –

Deyə, onlar dimdikləşdi:

– Oğlanının sağ olduğun

Bilər olsa, Dirsə əgər,

Yəqin bilin, əl götürməz,

Hamımızı qırıb tökər.

Gərək vaxtı uduzmadan

Onu tutaq.

Ağ boynuna qara qəzil,

Sicim taxaq.

Ağ əllərin dalda çataq,

Yad ellərə, kafırlərə

Qoyub qaçaq –

Deyə, onlar Dirsə xanı

Basmarlayıb,

Ağ əllərin dalda çatıb,

Ağ ətindən qan çıxınca

Döşələyib,

Ordusunu yəğmalayıb,

Dustaq edib,

Qanlı kafər ellərinə

Yönəldilər.

 

* * *

Dirsə xanın bu işindən

Heç bir kəsin xəbəri yox,

Ancaq qadın bunu duyur,

Oğlanını çağırıban

Nə söyləyir:

– Oğul, oğul, canım oğul,

Görürmüsən nələr oldu?

 

Sərt qayalar oynamadan

Yer ayrıldı.

Elə yağı soxulmadan

Baban üstə yağı gəldi!

Ol qırx namərd, Dirsə xanı

Yaxalayıb, ağ əllərin

Arxasında bağladılar,

Ağ boynuna qara sicim

Keçirtdilər.

Baban yayan, onlar atlı,

Yürütdülər.

Götürübən, qanlı kafər

Ellərinə yönəltdilər.

Yenə demiş:

– Dur ayağa, canım oğul,

Qırx igidin boyuva al,

Get, babavı qırx namərdin

Əllərindən qurtargilan!

Baban sənə qıydısa da,

Sən babava qıyma, oğul!

 

* * *

İgid oğlan anasının

Sözlərini qəbul etdi,

Qara polad qılıncına

Qurşanıban,

Ağ qotazlı qatı yayın

Ələ aldı.

Bədöy atın tutduruban

Bütün mindi,

Qırx igidin atlandırıb,

Baba – deybən

Yortub getdi.

 

* * *

Ol qırx namərd bir çəməndə

Edib otraq,

Al şərabın itisindən

İçən zaman

İgid Buğac yetdi, ancaq

Qırx namərdlər onu görüb

Söylədilər:

– Durun, varıb oğlanı da

Edək dustaq,

Hər ikisin kafırlərə

Bir aparaq!

Dirsə bunu eşidərək:

– Aman, qırx yoldaşım, aman



 
[1] [2] [3] [4] [5] [6] [7] [8] [9] [10] [ 16-10 ] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info