Qonaq Kitabı
XOSROV və ŞİRİN

 

[135]                    Öküz bürcünə bax, sən bir diqqətlə,

Yükünü yer kimi öküzə yüklə.

Mənzilin öküzdür, olsan da Zöhrə,

Öküz üstundəsən getsən hər yerə.

Bu beytlərdə işlədilən ökuz sözü üç məfhumu ifadə edir:

1. Öküz burçu (ərəbçə Sovr) 12 bürcdən ikincisi; 2. Dini mükafata görə, küreyi-ərz öküz üzərində qərar tutmuşdur; 3. Zöhrə (Venera) ulduzu kimi nə qədər gözəl olsan da, məkanın öküz uzərindədir. Zöhrə ulduzu öz hərəkəti zamanı səmada  həmişə Öküz bürcünə daxil olur.

Bu beytlərdən çıxan ümumi məna belədir: sən nə qədər çalışsan da, yenə dünyada

çətinlikdən yaxa qurtara bilməyəcəksən.

 

[136]                    Bir gecə ay yerə gumüş tökürdü,

Xosrov Mustafanı yuxuda gördü.

Mustafa - Məhəmməd peyğəmbərin adlarından biridir.

 

[137]                    Nəcaşi nəqşinə bir gün son verdi...

Nəcaşi - həbəş padşahı.

 

[138]                    O yeddi tayfada gözəl, uludur,

Aydan balığadək onun quludur.

Küreyi-ərzin ökuz üzərində, öküzün isə (nəhəng) balıq üzərində durduğuna işarədir.

Balıqdan aya və ya Aydan balığadək ifadəsi klassik poeziyada həmişə bütün

dunya məfhumunu əvəz etmişdir.

 

[139]                    Gecə tərk eləyib fani dünyanı,

Görməyə getmişdi Ümmi-Hanini.

Ümmi-Hani - Məhəmməd peyğəmbərin arvadı idi, meraça onun mənzilindən getmişdir.

 

[140]                    Özünü Cəbrail göydən yetirdi,

İldırımtək nurdan Buraq getirdi.

Cəbrail - Allahdan Məhəmməd peyğəmbərə xəbər gətirən mələkdir; Buraq isə başı insan başı olub, bədəni at şəklində olan qanadlı atdır ki, Məhəmməd peyğəmbər ona minərək, göyə - Allahın yanına uçmuşdur.

 

[141]                    Fələk əqrəbinin bağrını sökdü,

Əsədin üzünə əlini çəkdi.

Əqrəb səmada on iki bürcdən səkkizincisi, Əsəd (Şir) isə beşincisidir. Məhəmməd peyğəmbər merac zamanı qədim astrologiyada nəhs olan Əqrəb bürcünü pisləyib,

xoşbəxtlik əlaməti olan Şir bürcünü tərifləmişdir.

 

[142]                    Rəhimini sardı o dörd qarının,

Qurtardı heyzindən göy qızlarının!

Dörd qarı dörd ünsürə - su, od, torpaq, havaya işarədir. Göy qızları isə haman

Nəş qızları (Bənatünnəş) adlanan ulduzlar toplusudur. Yəni peyğəmbər dörd ünsürdən üz göndərib, Nəş qızlarını da keçdi.

 

[143]                    Yusiftək Dəlvdən bir şərbət içdi,

Yunis kimi Hutda duracaq seçdi.

Dəlv sözünün lüğəti mənası dol (vedrə), hut sözünün lüğəti mənası isə balıq

deməkdir. Qedim astrologiyada isə Dəlv on iki bürcdən onbirincisi, hut onikincisidir.

Bu beytlərdə iki dini əfsanə xatırlanır. Birinçi misrada "Yusif və Züleyxa" dastanında qardaşları tərəfindən quyuya salınmış Yusifi yoldan keçən tacirlərin quyuya dol sallayıb çıxarmaları, ikinci misrada dinlər tarixindən Yunis peyğəmbərin dənizdə naqqa balıq tərəfindən udulmasına işarədir. Yunis guya bir müddət haman balığın qarnında yaşadıqdan sonra yenə bu dünyaya qayıtmışdır.

Beytin mənası: Məhəmməd peyğəmbər səmada bir-birinin ardınca bürcləri keçib,

sonuncu Hut (Balıq) bürcünə çatdı.

 

[144]                    Rikabında katib Sürəyya qaldı,

Sərhəng həmayilin çiyninə saldı.

Yəni Sürəyya ulduzları onun xidmətində dayanıb, sərhənglik həmayilini çiyninə

salmışdır.

 

[145]                    Onu oxşamazdı o reyhan, o bağ,

Gözünə vurmuşdu o, möhri-mazağ.

Mazağ - ərəb dilində lüqəti mənası meyl etməmək, rəğbət göstərməmək deməkdir. Yəni peyğəmbər bağa, reyhana sarı baxmadı.

 

[146]                    Israfil qanadı üstünə aldı,

Rəfrəf xanəsinə tərəf ucaldı.

Rəfrəfdən Tubaya vurdu ələmi,

Ordan da Sidrəyə qoydu qədəmi.

Rəfrəf peyğəmbərin meraca getdiyi vaxt mindiyi atın adıdır. Tuba - behişt ağacı, Sidrə - Quranda yazıldığına görə, yeddinci göydə olan ağacın adıdır.

 

[147]                    Qulağı çərtməkdir başın dərmanı,

Dəmüləxəveynidir Səyavuş qanı.

Dəmüləxəveyn - qardaş qanı deməkdir. "Şahnamə" əsərindən Səyavuşun qanını

düşməndən almaq uğrunda uzun müharibə getmiş olduğundan Səyavuş qanı istilahı sonrakı şairlər tərəfindən də qələmə alınmış, istifadə edilmişdir.

 

[148]                    Yaşayış vaxtında xəstə haldayıq,

Çünki vəhşi qurdla bir çuvaldayıq.

Burada: vəhşi qurd - tamaha işarədir. Beytin mənası: qəlbimizdə paxıllıq, tamah

və həsəd hissi olduqca biz həmişə xəstə halda ömür sürəcəyik.

 

[149]                    İbrətlə göz yuman o tutiyə bax,

Qəfəsdən "ölərək" qurtardı ancaq.

Klassik şərq poeziyasında tutinin ölüb ölümdən qurtarması ifadəsi məşhurdur. Bu

misaldan bir çox məşhur orta əsr klassikləri - Nizami, Xaqani, Cəlaləddin Rumi, Sədi, Cami və başqaları istifadə etmişlər.

Qədim hind əfsanələrindən alınmış olan bu rəvayətin xülasəsi belədir:

Bir hind taciri səfərə çıxarkən bütün ailə üzvlərindən onlara hədiyyə olaraq nə

gətirməyi arzu etdiklərini soruşur. Hərə bir şey arzu edir. Nəhayət, tacir qəfəsdəki

tutidən də nə arzu etdiyini soruşur. Tuti ona Hindistan meşələrindən keçərkən tuti

yoldaşlarına salam yetirməyi xahiş edir və deyir: "Onlara çatdır ki, sizin dostunuz

bizim evdə qəfəsdə tək və tənha yaşamaqdadır".

Tacir səfərdən qayıdarkən tutiyə deyir ki, onun da arzusunu yerinə yetirmişdir.

Lakin meşədə bu sözləri eşidən tutilərdən biri nagəhan yerə düşüb, çırpındı və öldü. Bu kədərli xəbəri eşidən tuti də çırpındı və bir az sonra ayaqlarını uzadıb gözlərini yumdu və yıxılıb hərəkətsiz qaldı. Bu işə heyrət edən tacir tutini ölmüş bilib, qəfəsdən çölə atdıqda, tuti qanadlanıb uçdu. Tacir bu vaxt başa düşdü ki, qəfəsdən qurtarmaq üçun özünü qəsdən ölülüyə vurmağı ona meşə tutiləri xəbər göndərmişdir.

 

[150]                    Bu qara sədəfə diqqət verirkən,

Çox məna dürrünə rast gələcəksən.

Qara sədəf - dedikdə Nizami yazını nəzərdə tutur. Yəni bu əsərdə çoxlu məna

incəliklərinə əl atacaqsan.

 

[151]                    Deyirəm ki, dövran dəyişəndə bəs

Dəqyanus pulu bir arpaya dəyməz.

Dini rəvayətə görə, guya bir qrup adam zalım şah olan Deqyanusun zülmündən

mağaraya gedib gizlənmiş, Allahın əmri ilə bir neçə yüz il orada yatmış və ayıldıqda ciblərində olan pulu xərcləmək istəmişlər. Lakin əhali bu pulun Dəqyanus zamanından qaldığını deyib, onlara gülmüş və indi bu pulun heç bir qiyməti qalmadığını demişlər. Nizami öz əsəri ilə müqayisədə keçmiş əsərləri Dəqyanus dövrünün puluna oxşadır.

 

[152]                    Mən məhv olub getsəm, örnəyimdir bu,

Yusif kimi itsəm, köynəyimdir bu.

"Yusif və Züleyxa" dastanına işarədir. Bu dastanda Yusifin köynəyi haqqında iki

dəfə söhbət gedir:

1. Yusifi quyuya salan qardaşları onun qana bulaşdırılmış köynəyini atası Yəquba gətirib, Yusifin qurd tərəfindən parçalandığını demişlər.

2. Yusif Misirdə hökmran olduğu zaman qəhətlik illərində Kənandan yardım

almaq üçün gələn qardaşlarına ianə buğda verdiyi zaman öz köynəyini kisələrdən

birinin içərisinə qoyur. Atası bu köynəkdən Yusifin iyini duyub, onun diri olduğunu bilir və haman köynəyi Yusifin dərdindən ağladığı zaman kor olmuş gözlərinə sürtür və guya gözləri açılır. Nizami yuxarıdakı beytdə ikinci əhvalatı nəzərdə tutmuşdur.

 

[153]                    Tövhidlə bağlanmış başı, ayağı.

Tövhid - Allahın birliyinə işarədir. Bu söz vəhdət, vahid sözlərilə eyni məna daşıyır.

 

[154]                    Dərgahdan çıxaraq tez bir xoşxəbər

Dəryadan qəvvasa yetirdi gövhər.

Burada üç istiarə vardır:

1. Dərya - padşah (şah səltənəti); 2. Qəvvas - Nizami (lüğəti mənası: dənizin dibindən mirvari çıxaran üzgücü); 3. Gövhər - peyğam (şahın göndərdiyi sifariş).

Beytin mənası: bir xoşxəbər qasid şah sarayından çıxaraq, şahın sifarişini mənə

çatdırdı.

 

[155]                    Getdim, Kəbəyə mən həccac kimi san,

Gəldim, sanki Əhməd döndü meracdan.

Həccac - Məkkəyə (Kəbəyə) ziyarətə gedənlər deməkdir. Əhməd - Məhəmməd

peyğəmbərin ikinci adıdır.



 
[ 1-15 ] [ 16-30 ] [ 31-45 ] [ 46-60 ] [ 61-75 ] [ 76-90 ] [ 91-105 ] [106] [107] [108] [109] [110] [111] [112] [113] [114] [115] [116] [117] [ 121-117 ] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info