Qonaq Kitabı
XOSROV və ŞİRİN

Səyavuş Firdovsinin məşhur "Şahnamə" əsərinin surətlərindən olub, İran padşahı

Keykavusun oğludur.

Beytin mənası: bu çöl torpağına axan qanlardan canlı adamın dünyaya gələcəyinə

ümid etmə!

 

[89]                     Turuncdan qaçmasan Yusiftək əgər,

Züleyxa narınctək səni tez kəsər.

"Yusif və Züleyxa" dastanına işarədir. Poemada Yusifin eşqində Züleyxanı

töhmətləndirən qadınlara cavab olsun deyə, Züleyxa onları narınca qonaq edir və

qadınlar narıncı kəsdikləri zaman Yusif otağa daxil olur. Qadınlar Yusifin gözəlliyinə heyran qalıb narınc, əvəzinə barmaqlarını kəsirlər.

 

[90]                     Göy Nəsri-tayiri sənə vurulmuş...

Nəsri-tayir - səmada yanaşı iki işıqlı ulduzun biridir.

İkincisi Nəsri-vaqe adlanır. İslamdan qabaq ərəblər bu ulduzlara sitayiş etmişlər.

 

[91]                     Məryəmtəк o Məryəm oruc tutaraq,

Şahın şəкərindən düşdü çox iraq.

Necə çəng-Məryəmdən qurtarar zahı

Məryəmdən qurtardı dünyalar şahı.

Məryəmin vücudu кöçdü aləmdən,

Məryəm ağacıtəк şah çıxdı qəmdən.

Bundan sonrakı sətirlərin bir çoxunda Xosrov Pərvizin arvadı Məryəm İsanın

anası Məryəmlə müqayisə edilir. Məryəmin oruc tutması, Məryəm ağacı - ikinci

Məryəmlə əlaqədardır.

Beytlərin mənası: arvadı Məryəm vəfat etdikdə Xosrov sevindi və azad nəfəs almağa

başladı. Cəngi-Məryəm bitki adıdır, doğuşu çətin keçirən hamilələrə verərmişlər.

 

[92]                     Bu dünyanın vardır ikiçə rəngi:

Bəzən rumlu olur, bəzən də zəngi.

Klassik poeziyada rumlu - ağ rəng, zəngi - qara rəng mənasında işlədilmişdir.

Burada dünyanın ikiüzlü olmasına da işarə edilir.

 

[93]                     Zamanın Cəmşidi – dünya günəşi

Örtüb çadırıyla Bənatünnəşi.

Beytin mənası: günəş çıxan zaman öz nuru ilə ulduzlar üzərinə bir pərdə çəkdi.

 

[94]                     Yaxşısı budur ki, Məryəmi unut,

İsaya dönsən də, qayıtmaz vüçud.

Birinçi misrada adı çəkilən Məryəm Xosrovun vəfat etmiş arvadıdır. Dini

əfsanəyə görə, İsa peyğəmbər ölüləri dirildə bilərmiş.

Beytin mənası: arvadın Məryəm ölmüşdür. Əgər ölüləri dirildə bilən İsa da olsan,

onu bir də geri qaytara (dirildə) bilməyəcəksən.

 

[95]                     Elə ki bəzmdən əl üzdü Məryəm,

"Məryəm bəzmi" kimi şah oldu xürrəm.

Beytin mənası: Məryəm şadlıq məclisindən əl uzən zaman şahın kefı açıldı, şad

oldu.

 

[96]                     O taxt taxt deyildi, bir asimandı,

O şah şah deyildi, sahibqərandı.

Sahibqəran - qərinə, əsr sahibi deməkdir. Şair burada şahın taxtını səma qədər

yüksək, özünü isə zəmanənin ağası kimi mübaliğə ilə göstərir.

 

[97]                     Gecə qaranlıqdı, Dağın üstünə,

Sanki qara qarğa qonmuşdu yenə.

Nizami öz əsərlərində gecənin qaranlığını çox zaman qara qarğaya bənzətmişdir.

 

[98]                     Təbilçi əlini vurmuşdu ilan,

Ulduz ayağına batmışdı tikan.

Səhər açılanda təbil vurulur, həm də ulduzlar uçurlar. Burada şair demək istəyir

ki, elə bil ulduzların ayaqlarına tikan batıb, uçmur, təbilçinin də əlini ilan vurub,

səhərin açılmasını xəbər vermir.

 

[99]                     Nə Zənd oxumağa möbiddə dil var,

Nə qanad çalmağa mayildi quşlar.

Nizami bu və bundan sonrakı beytlərdə səhərin açılmadığını göstərir.

 

[100]                    Qızıl bayrağını açanda aləm

Dağılmış qoşuntək qaçıb getdi qəm.

Burada aləmin qızıl bayrağı ifadəsi günəşə, dağılmış qoşun ifadəsi ulduzlara

işarədir.

Beytin mənası: səhər günəş doğan zaman ulduzlar yoxa çıxdığı kimi, Xosrovun da

qəmi dağılıb getdi.

 

[101]                    Gaviyan bayrağı çox ucalmışdı,

Şahın ay üzunə kölgə salmışdı.

Gaviyan bayrağı əslində Drəfşi-Gaviyani tərkibi ilə ifadə edilmişdir. Drəfşi-

Gaviyan "Şahnamə"dəki Gavənin dəri döşluyünə verilən addır. Beytin mənası: şahın bayrağı ucalaraq, onun üzünə kölgə saldı.

 

[102]                    Şaxtanın gücündən donmuşdu hər yan,

Qılınc yaradırdı ipək sulardan.

Beytin mənası: şaxta o qədər şiddətli idi ki, ipək kimi olan sular donaraq nizə və

qılınca oxşayırdı.

 

[103]                    Qəmari ud yanır, ağac qovrulur,

Elə bil yağırdı havadan kafur.

Qəmari ud - Qəmər yerinə məxsus ud, ətirli maddə. Kafur - kamfora - xoş ətrə işarədir.

Beytdə təbiətin ruh oxşayan bir zamanı olduğu qeyd edilir.

 

[104]                    Şəfəq təbibləri girdi meydana,

Çərtib boyadılar onu al qana.

Beytin mənası: səhər açılarkən üfüq qan rənginə boyandı.

 

[105]                    Tündlükdən əl çəkib, bir az yumşalsam,

Dünyada Veysətək olaram bədnam.

Fəxrəddin Gürganinin "Veys və Ramin" poemasındakı Veysə işarədir.

 

[106]                    Ütarid cüt bürclü olsa, yeri var.

Sən günəşsən, sənə bir bürc yaraşar.

Nücum elminə görə: səyyarələrdən Ütarid (Merkuri) öz hərəkəti zamanı Cövza

(Əkizlər) və Sünbülə bürclərindən keçdiyi halda, Günəş ancaq Əsəd (Şir) bürcündən keçir. Ütarid kiçik səyyarədir; o, günəşə çox yaxın olduğundan həyat əlamətlərindən məhrumdur.

 

[107]                    Səğlab banusiydim - bir gözel çiçək,

Qalmışam şüşədə indi gülabtək.

Səğlab - Danub çayı sahilində yaşamış slavyan tayfasıdır ki, bu tayfanın gözəlləri

nümunə kimi göstərilmişdir. Banu - xanım deməkdir.

 

[108]                    Hindularım hələ atəşpərəstdir.

Sərxoş türklər kimi gözlərim məstdir.

Burada qara gözlərim mənasında işlədilmiş hindularım - Şirinin hiddət və

qəzəbini ifadə edir.

Beytin mənası: qara gözlərim od saçır, onlar sərxoş türklər kimi məstdir (yəni

onlardan xəta baş verə bilər).

 

[109]                    Maral gözlərimə çox həsrət çəkər,

Tökər kirpiyimdən tiryək yox, zəhər.

Tiryək iki mənalı sözdür. O, həm insanı məst edici zəhərli maddə, həm də ilan

zəhərini məhv edən dərmandır. Bu beytdə ikinci mənada işlənmişdir.

 

[110]                    Şirinə şəkərdən dəm vurma, bir bax,



 
[ 1-15 ] [ 16-30 ] [ 31-45 ] [ 46-60 ] [ 61-75 ] [ 76-90 ] [ 91-105 ] [106] [107] [108] [109] [110] [111] [112] [113] [114] [115] [116] [117] [ 121-117 ] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info