Qonaq Kitabı
XOSROV və ŞİRİN

İZAHLAR

 



[1]                      Davudtək könlümü təzələ hər an,

Qalxsın Zəburumun şöhrəti haman.

Davud - dini tarixə görə peyğəmbərlərdən biridir. Guya o, "Zəbur" adlı müqəddəs

kitabın ehkamlarını məlahətlə oxuyarmış. Bədii ədəbiyyatda "ləhni-Davud" (Davudun səsi) gözəl səsə nümunə kimi göstərilir.

Nizami Davud dedikdə özünü, "Zəbur" dedikdə isə öz əsərini ("Xosrov və Şirin"

poemasını) nəzərdə tutmuşdur.

 

[2]                      Böyük Yaradanı duymağa meyar,

Dəlildən, qiyasdan başqa nə olar?!

Qiyas (müqayisə) və sübut (dəlil) vasitəsilə insan Allahın varlığını dərk edə bilər.

"Doğmayıb, doğulmayan" Allahı başqa cür dərk etmək olmaz.

 

[3]                      Altı yaxa açdı tərəflərə o,

Dörd gövhər bəxş etdi qara yerə o.

Altı yaxa - altı cəhətə (ön, arxa, sağ, sol, aşağı, yuxarı), dörd gövhər - dörd ünsürə

(su, torpaq, od, hava) işarədir. Beytin mənası belədir: Altı cəhəti olan bu dünyanı

Allah dörd ünsürdən yaratdı.

 

[4]                      Hər mayeyə verdi ixlasdan nişan,

Bir işə yarasın hər bir yaranan.

Yəni kainatda hər nə varsa, onda özünə (Allaha) qarşı təmiz məhəbbətdən

(ixlasdan) bir əlamət yaratdı ki, vecsiz, məqsədsiz olmayıb, bir işə yarasın.

 

[5]                      Bütü İbrahimtək oxşa, əzizlə,

Ancaq bütxanəni ondan təmizlə.

İbrahim - peyğəmbərdir. Bütlərə sitayiş edənləri ağılsız adlandırıb, bütləri sındırdığı üçün Babil hökmdarı Nəmrud ibn Kuş onu oda atdırdıqda od gülüstana dönmüş, İbrahimi yandırmamışdır. Beytdə bu rəvayətə işarə edilir.

 

[6]                      Qarı cəhrəsinə bax, qiyas apar,

Fələk çərxini də bir hərlədən var.

Qarılar cəhrənin çarxını hərlətməsələr, o fırlanmaz. Fələyin çarxını da dolandıran

var, ona inan! Qiyas apar - müqayisə et deməkdir.

 

[7]                      O hər bir nəqşəyə vermiş bir camal,

Ulduzlar onlardan götürmuşdür fal.

Orta əsr münəccimləri yerdə və ya insan həyatında baş verən hadisələri ulduzların

hərəkəti ilə müəyyənləşdirirdilər. Guya yer üzərində bədbəxtlik və xoşbəxtlik

ulduzların hansı bürcdə, necə rastlaşmasından asılıdır.

 

[8]                      Yetmiş iki iz var yolumda müşkül,

Yetmiş biri tikan, ancaq biri gül.

Nizami bu beytdə dünyada yetmiş iki əqidə olması haqda məşhur rəvayətə işarə

edir. Lakin bu yetmiş iki əqidədən ancaq birinin (islamın) gül olduğunu irəli sürür. Bu beyt Məhəmməd peyğəmbərin tərifı zamanı deyilir.

 

[9]                      Sözün Tuğan şahı girib meydana,

Qılmc verdi qələm Qaraxanına.

Tuğan - türk dillərində qızılquş, şahin deməkdir. Yəni sözun qızılquşu meydana

girib, qələmin ulu xanına qılınc verdi.

 

[10]                     Çəkdiyin əməyə verməsək dəyər,

Səni Firdovsitək incitsək əgər...

Məlumdur ki, məşhur şair Əbülqasim Firdovsi özünün "Şahnamə" əsərini

yazarkən Sultan Mahmud Qəznəvi onun hər beytinə bir qızıl verəcəyini vəd etmişdi. Lakin altmış min beytlik əsər bitdikdən sonra şah öz vədindən boyun qaçırıb, ona qızıl əvəzinə gümüş vermək istəmişdi. Firdovsi isə bu pulu rədd etmiş, ona olduqca kəskin bir həcv yazıb, Qəzədən qaçmışdır. Nizami bu beytlə həmin ehvalata işarə edir.

 

[11]                     Tamğaçı bağlasın həbəşi saça,

Şüştər zinətini bağlasın Çaça.

Tamğ- Qədim Çin paytaxtının adı olmuş, çinli mənasında da işlənmişdir. Çaç

Daşkəndin qədim adıdır. Yəni onun hökmü Çindən Həbəşə, Şüştərdən Çaça kimi

rəvan olsun.

 

[12]                     Göndərsin xaqanlar xəracı Çindən,

Qeysərlər cizyəni Rum ellərindən.

Xərac - məğlub edilmiş ölkədən alınan vergi, cizyə başqa dinlərə mənsub

olanlardan xilafətə ödənilən vergiyə deyilirdi. Yəni Çin xaqanları sənin itaətində olub, xərac göndərsinlər. Rum qeysəri (xaçpərəst olub müqəddəs kitaba - "İncil"ə

inandığına görə) cizyə versin.

 

[13]                     Süleymandır, bizim şaha baxsana,

Gah balıq söz deyir, gah da Ay ona.

Süleyman - Davud peyğəmbərin oğlu olub, bütün canlılar üzərində hökmran olmuşdur. Burada işlədilən "balıq" və "Ay" (mah və mahi) "bütün dünya" məfhumunu ifadə edir. Beytin mənası: bizim şahımız Süleyman kimi qüdrətli hökmdardır.

 

[14]                     Dəbirlər zərgərlik kürələrindən

Qızıl da götürür, torpaq da bəzən.

Dəbir - yazan, katib deməkdir. Yəni şairlər də zərgər kimi kürədən gah qızıl, gah

da kül ələ gətirirlər.

 

[15]                     Bir Əbu Cəfərin səxasına bax!

Mahmudtək Xorasan tutan olacaq.

Burada Nizaminin müasiri, Atabəy Əbu Cəfər Məhəmməd Eldəgiz Sultan

Mahmud Qəznəvi ilə müqayisə edilir.

 

[16]                     Bu adla fəxr edən hər iкi dünya

Iкi "mim" hərfindən taxmışdır sırğa.

"Aləm" də bir "mim" var, onda iкisi,

Bölmüşdür "aləmi" paxıllıq hissi.

Qələm türкlərinə salaraq nəzər,

Bir "mim" - tac bağışlar, bir "mim" də - кəmər.

 

Nizami bu beytlərdə Məhəmməd Cahan Pəhləvanı tərifləyib, onun adında olan iki

"m" hərfınə işarə edir. Şair ərəb əlifbası ilə sözündə olan "mim"lərin başda

və ortada (kəmərdə) yazılmasını nəzərə alaraq, onun qələm gözəllərinə, yəni şairlərə tac və kəmər bağışladığını nəzərə çarpdırır.

 

[17]                     Rumun başındakı qara səlibi,

Zəfər dişlərilə etdi mum kimi.

Səlib - xaç deməkdir. Rum qoşunları xristian dininə işarə olan xaç şəklini başda

gəzdirirdilər.

 

[18]                     Atabəy Eldəgiz "Əlvida" deyə,

Dörd təkbir söylədi yeddi ölkəyə.

Beytdə Atabəy Eldəgizin ölümünə işarə olunur. Dörd təkbir söyləmək - dörd dəfə

"Allahu əkbər" deyib azan verməkdir.

 

[19]                     Cəmşidi öldürmüş Zöhhak ilanı,

Sənə göy əjdəri vermişdir canı.

Əfsanəyə görə İranın qədim şahlarından olan Cəmşid çiyinlərində ilan bitən

Zöhhak tərəfindən taxtdan salınmışdır.

Beytin mənası: özünə qürrələnən Cəmşidi Zöhhak məhv etdi. Lakin göylər sənə

can bəxş etdiyi üçün əbədi yaşayacaqsan.

 

[20]                     Süleymanda üzük, səndəsə din var,

İskəndərdə ayna, səndə ayin var.

Sən görən sirləri görərmi məgər,

Camda Cəm, aynada böyük İskəndər?

 

124 min peyğəmbərdən biri, Süleymanın sehrli üzüyü, Cəmşidin sehrli camı və yunanlı İskəndərin isə sehrli aynası varmış. Guya bütün dünyada olan hadisələr bunlarda görünərmiş. Nizami Məhəmməd Cahan Pəhləvanı mədh edərkən onu qüdrətdə Süleyman, Cəmşid və İskəndərdən üstün tutur.

 

[21]                     Yolunda çaparam hər səhər erkən,

Şah Harutlarına zəng çalıram mən.

 

Harut Marut iki sehrkar mələyin adlarıdır. Bu beytdə şahın qulluqçularına işarə vurulur. Onlara zəng çalmaq - onların yuxusunu qaçırmaq, ayıq saxlamaq deməkdir.



 
[ 1-15 ] [ 16-30 ] [ 31-45 ] [ 46-60 ] [ 61-75 ] [ 76-90 ] [ 91-105 ] [106] [107] [108] [109] [110] [111] [112] [113] [114] [115] [116] [117] [ 121-117 ] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info