Qonaq Kitabı
XOSROV və ŞİRİN

 

[46]                     Sincab üzərinə qaqum düşəntək,

Gümüş bədən batdı suya girərək.

Sincab - gecə simvolu, qaqum - gündüz simvolu.

Beytin mənası: gündüz gecəni qovan zaman (səhər çağı) ağ bədənli Şirin suya

girdi (çimdi).

 

[47]                     Ay deyil, cilvəli bir ayna - gümüş,

Civədən bir Nəxşəb ayı tökülmüş.

Əfsanəyə görə Müqənnə adlı bir sehrkar dəmirdən Nəxşəb şəhərində ay düzəldib.

Gecələr bu ay guya quyudan çıxıb ətrafı işıqlandırarmış.

 

[48]                     Nə dili, nə də ki, dilbəri gördü,

Dil - ürək, dilbər - ürəyi ələ alan.

 

[49]                     "Alışıb yanaydı bu mərdümgiyah"

Deyərək qəlbindən çəkdi odlu ah.

Mərdümgiyah sözü "adamotu" mənası verib, müasir istilahda "jenşen" adlanan

bitkidir.

Beytin mənası: Xosrov fürsəti əldən verdiyinə görə özünü danlayır və

bacarıqsızlığına görə özünü "adamotu" adlandırır.

 

[50]                     Oradan yollandı birbaş Ağ bağa.

Ağ bağ - Bərdədə şah bağı.

 

[51]                     Kömür - hindistanlı bir atəşpərəst,

O da Zərdüşt kimi oxuyur "Avəst".

Burada kömürün qara rəngi qara mənası verən "hindu" sözü ilə ifadə edilmişdir.

Onun od yaratması isə atəşpərəstlərə bənzədilmişdir. Zərdüşt -atəşpərəstlərin

peyğəmbəri, "Avesta" isə onun dini kitabı İdi.

Beytin mənası: kömür odu sevdiyi üçun Zərdüşt kimi "Avesta" oxuyurdu. (Kömür

yanarkən çırtıltı səslərinə işarədir).

 

[52]                     Yemək vaxtı Xosrov möbidə dedi,

"Bacubərsəm" rəsmin icra eylədi.

"Bacubərsəm" rəsmi - zərdüştilərin dini qaydalarından biri. Onlar yemək vaxtı

süfrə başında sükut edib dua oxuyarlar.

Xosrov möbidə yemək vaxtı sükutla dua oxumasını tapşırdı.

 

[53]                     Açıb zöhrə kimi əl-qol hər biri,

Mizana qoyurdu orda dəyəri,

Zöhrə (Venera) səyyarəsi öz hərəkəti zamanı Tərəzi (Mizan) bürcündən keçdiyi

üçün Nizami "Zöhrə kimi mizana qoyurdu" bədii təşbehini işlətmişdir.

Digər tərəfdən zöhrə əsatirə görə gözəllik və məhəbbət İlahəsi hesab edildiyindən

Şirini əhatə edən gözəllər ona oxşadılmışdır.

 

[54]                     Ədalət Yusiftək qaçdı divandan,

Ona çəkdi Yəqub dağını zaman.

Şərqdə məşhur olan Yəqub və onun sevimli oğlu Yusifə işarədİr.

Yəqub - dinlər tarixində peyğəmbərlərdən biridir. Yəqubun 11 oğlu olmuş və

bunlardan ən kiçiyi Yusifi çox sevdiyindən o, qardaşlarının həsədinə səbəb olmuşdur.

Məşhur "Yusif və Züleyxa" dastanında Yəqub əsas surətlərdən biri kimi təsvir

edilmişdir. Yəqub dörd yol ayrıcında "Beytülhəzən" adlanan bir otaq qurduraraq

oğlunu gözləmiş, ağlamaqdan gözləri kor olmuşdur. Bədii ədəbiyyatda Yəqub oğul

fərağı çəkən bir ata kimi tez-tez xatırlanır.

 

[55]                     Bir neçə qarınca söylədi pünhan:

"Biri Bilqeyisdir, biri Süleyman".

Beytdə Şirin Bilqeyisə, Xosrov isə Süleymana oxşadılmışdır.

 

[56]                     Günəş ordusunun ilк кəşfiyyatı

Bərcislə Zöhrəyə nizələr atdı.

Birinci misra günəşin şüalarını göstərir. Səmada ən parlaq səyyarələrdən biri olan

Zöhrə (Venera) və Bürcis (Yupiter) belə bir şüaların təsiri ilə görünməz oldu. Yəni

gecə keçdi, səhər açıldı.

 

[57]                     Vurdu filqulağı öküzgözünə.

Filqulağı, öküzgözü - çiçək adlarıdır.

 

[58]                     Müfərrəhlə olmuş nəsimi dəmsaz,

Ətrindən müşklər edirdi pərvaz.

Müfərrəh - bitkilərdən alınan, şadlıq gətirən dərmandır.

 

[59]                     Taxt önündə Şapur dayanmışdı tək,

"Gənci-badavərd"in xəznədarıtək.

"Gənci-badavərd" - hərfi mənası yellə gələn xəzinədir. Burada təsnif adı kimi

işlənmişdir.

 

[60]                     Xoşbəxtlik iqbalın əlini açdı,

Müştəri Zöhrəyə gəlib yanaşdı.

Nizami Xosrovun Şirinə yanaşmasını Müştəri (Yupiter) səyyarəsinin Zöhrəyə

(Venera) yanaşması ilə müqayisə edir. Hücum elmində Müştəri (Bürcis) oğlan, Zöhrə isə qız kimi təsvir edilir.

 

[61]                     Müştəri olarkən nilinə möhtac,

Nil çayında olsan, yükünü sən aç!

Beytdə Nil - sözünün iki mənasından istifadə edilmişdir. Birinci misrada nil - isti

ölkələrdə yetişən bitkidir ki, ondan nəqqaşlıq üçün mavi rəng hazırlayardılar.

İkinci misradakı Nil Misirdən keçən məşhur çayın adıdır.

 

[62]                     Fələk yaqut rəngli camı uzatdı,

Bir udum içirdib yeri qızartdı.

Yaqut rəngli cam – günəş deməkdir. Beytin mənası: günəş çıxıb aləmi al rəngə

boyadı.

 

[63]                     Qüstəntəniyyəyə birbaşa gəldi.

Qüstəntəniyyə - İstanbulun köhnə adıdır.

 

[64]                     Əyyuqa yüksələn canlı vizələr,

Bayraq camlarını qızartdı yeksər.

Əyyuq - kəhkəşanda olan bir ulduzun adıdır. Məcazi mənada nizələrin çox yüksək

qaldırıldığı bildirilir.

 

[65]                     Pilpayı qaldırıb Bəhrama çaldı...

Pilpay sözünun lüğəti mənası fil ayağı deməkdir. Orta əsrlərdə pəhləvanların

döyüşdə işlətdiyi əmud şəkilli hərbi silahdır.

 

[66]                     Bu dünya minmişdir ala bir ata,

Güman var ki, bu at çox təpik ata.

Dünyanın ala ata minməsi gecə və gündüzə işarədir. Beytin mənası: ağ və qara

rəngli olan (ikiüzlu) bu dünyada hələ çox fəlakətlər baş verə bilər.

 

[67]                     Ay yüksələn zaman Balıq burcündən,

Pərviz Şah bürcündə salmışdı məskən.

Balıq bürcü - səmada on iki bürcdən sonuncusudur. Ay öz hərəkəti zamanı bu

bürcdən keçir. Yuxarıdakı beytdə Nizami Xosrov Pərvizin Şah bürcundə (yəni qalada) məskən saldığını göstərir.

Bu səhifədə Nizami ulduzlar aləmindən bəhs edərək günəş və onun ətrafında

hərəkət edən səyyarələrin bürclərdən keçməsini və bir-biri ilə qarşılıqlı əlaqələrini

təsvir etmişdir.

 

[68]                     Sövr Zöhrə ilə, Xərçəng Bürcislə,



 
[ 1-15 ] [ 16-30 ] [ 31-45 ] [ 46-60 ] [ 61-75 ] [ 76-90 ] [ 91-105 ] [106] [107] [108] [109] [110] [111] [112] [113] [114] [115] [116] [117] [ 121-117 ] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info