Qonaq Kitabı
XOSROV və ŞİRİN

Səadət yayırdı Təslis Təsdislə.

Burada Sövr - Ökuz bürcü, Zöhrə - Venera səyyarəsi, Xəəng bürc adı, Bürcis -

Yupiter səyyarəsidir. Bu səyyarələrin göstərilən bürclərdən keçməsi guya yerdə səadət yaradarmış, Təslis - üçləşmə, Təsdis - altılaşma deməkdir.

 

[69]                     Gah badamdan qəndə su çiləyirdi,

Gah fındığı innabla dişləyirdi...

Burada badam - göz; qənd - yanaq; fındıq - dodaq deməkdir. Beytin mənası: Şirin

göz yaşı ilə üzünü isladır və ara-sıra dodağını dişləyirdi.

 

[70]                     Yuxusuz gözünə səpirdi duzu,

Nərgizdən laləyə axıdırdı su.

Bu beytdə bədən üzvləri çiçəklərə bənzədilmişdir. Burada nərgiz — göz, lalə - üz

deməkdir.

Beytin mənası: yuxusuz qalaraq ağlayır və gözlərindən axan yaşla yanağını

isladırdı.

 

[71]                     Qarınqulu olma gücsüz bir qurdtək,

Yeməkdə belini qarışqatək çək.

Burada qurd sözü həşərat mənasında işlənmişdir. Təşbeh üsulu ilə şair qarınqulu

olmamağı, qarışqalar kimi beli incə saxlamağı tövsiyə edir.

 

[72]                     Necə oğulsan ki, hörmət edirsən

Atanı öldürən bir hinduya sən?

Hindu sözünün üç mənası var: I - hindli, II - qara, III - quldur. Nizami həmin

beytdə hindu sözünü üçüncü mənada işlədərək dünyanı can alan ğuldura bənzətmişdir.

 

[73]                     Gülgünün belinə yəhər qoyuldu,

Şapur, rikabında bir kölgə oldu.

Rikabda getmək atlının arxasınca getmək deməkdir. Yəni Şapur Gülgünə minən

Şirinin ardınca getdi.

 

[74]                     "Gənci-gav" başladı, coşdu üfüqlər,

Yer öküzün verdi, nisar etdi zər.

"Gənci-gav" orta əsrlərdə Azərbaycanda musiqi ilə oxunan havalardandır. Lüğəti

mənası "öküz xəzinəsi" deməkdir. Beytin ikinci misrasında "öküz" və "zər" sözləri də həmin "Gənci-gav"la bağlıdır.

Beytin mənası: "Gənci-gav" havasını şövqlə oxumağa başlarkən dünya cuşa gəldi.

 

[75]                     "Naqusi" və "Övrəng" çalınan zaman,

Zəng səsi qalxırdı övrəng taxtından.

Bu səhifədəki beytlərdə işlənən istilahlar orta əsr musiqi havalarının adlarıdır ki,

tərcümə edilməmişdir. Bu beytdə "Övrəng" sözü həm musiqi havası, həm də şah

taxtına işarədir.

 

[76]                     "Sazi-novruz"unu çalanda tamam...

Bəzi nüsxələrdə "Nazi-novruz" getmişdir.

 

[77]                     "Kini-Səyavuş"a vuranda barmaq

Səyavuş qanıyla dolurdu qulaq.

"Kini-Səyavuş" bir musiqi ahənginin adıdır. "Şahnamə" surətlərindən biri olan

Səyavuşun adı ilə bağlıdır. İran padşahı Keykavusun oğlu Səyavuşun başı Turan

padşahı Əfrasiyab tərəfindən kəsildiyindən Keykavus və əfsanəvi

pəhləvan Rüstəmi-Zal onun qisasını almaq üçün "Kini-Səyavuş" deyə böyük

müharibələrə girişmiş, beləliklə də, İran - Turan müharibələri bir az da qızışmışdı.

Beytin mənası. "Kini-Səyavuş" havası çalındıqca onlar böyük həvəslə qulaq asır

və cuşa gəlirdilər.

 

[78]                     "Kini-İrəc"inə açanda meydan,

Qisasa başlardı təzədən cahan.

"Kini-İrəc"də bir musiqi ahənginin adıdır. "Şahnamə" surətlərindən İrəcin adı ilə

bağlıdır. Dəmirçi Gavə Zöhhakı taxtdan salıb, Cəmşid nəslindən Firidunu taxtda

oturtdu. Firidunun üç oğlu oldu: İrəc, Tur və Səlm. Firidundan sonra Tur Səlm ilə

birləşib şahlığın yaxşı hissəsinə varis olmuş qardaşları İrəci öldürmüşdülər. Sonra

İrəcin oğlanları atalarının qanını almaq üçün "Kini-İrəc" deyə əmiləri ilə müharibələr aparmışdılar.

Beytin mənası: "Kini-İrəc" havası o qədər gözəl çalınırdı ki, eşidənlər qisas almaq

üçün cuşa gəlirdilər.

 

[79]                     Arvad bir güldana əkilmiş güldür,

Bayırı gözəldir, içisə "güldür.

Bu beytdə gül sözunün iki mənası var. Cinas yerində işlənmiş bu söz birinci

misrada gəfil, ikinci misrada hiylə, kələk mənası verir. Atalar sözündə gül vurmaq - aldatma deməkdir.

 

[80]                     Sol böyürdən olmuş qadın, deyirlər,

Soldan sağı ummaq olarmı məgər?

Allah qırx gündə Adəmi palçıqdan yaratmış və sonra tək qalıb darıxdığı gördükdə onun sol qabırğasından Həvvanı vücuda gətirmişdir.

Beytin mənası: qadın sol (əyri) böyürdən yarandığı üçün ondan düzlük gözləmə!

Fars dilində çəp (sol), rast (sağ) sözləri eyni zamanda əyri və düz mənası verir.

 

[81]                     Üz qoymaq istəsə ay üzə əgər,

De: şah olarmı heç rüxə bərabər?

Bu beytdə işlədilən şah və rux sözləri ikimənalıdır. Beytin birinçi mənası: Şah

Xosrov, Şirinin ay üzünə üz qoymaq istərkən onun şahlığı Şirinin camalına dəyməzdi.

Şahmat oyununda rux top fıquruna deyilir. (Farsça lüğəti mənası isə yanaq, üz

deməkdir). Bu nöqteyi-nəzərdən, beytin ikinci mənası belə olur: top topla yanaşı

durduğu zaman şah mat qala bilər.

 

[82]                     Çənədən top qapmaq istəyən zaman

Üzümdəki saçdan yeyəçək çövkan.

Beytdə orta əsrlərdə at üstündə oynanılan "küy və çövkan" oyununa işarə edilir.

Nizami Şirinin çənəsini topa (guy), onun saçlarını isə çövkana (ucu eyri ağaca)

bənzətmişdir.

Beytin mənası: mənim çənəmə əl vurmaq istəyən (Xosrov) saçlarımdan zərbə

yeyər.

 

[83]                     Hindlitək eylədi səcdə pəriyə,

Sanki Ütariddi o, Müştəriyə.

Burada hindlilərin buddaya və mələk heykəllərinə səcdə etməsi ən kiçik olan

Ütarid (Merkuri) səyyarəsinin ən böyük səyyarə olan Müştəriyə (Yupiterə) münasibəti kimi göstərilir.

Beytin mənası: Xosrov, hindlinin buddaya pərəstiş etdiyi kimi ona baş əydi, bu

zaman Şirinin qarşısında özünü çox kiçik gördü.

 

[84]                     Div dəmirdən qorxar, çadu südabdan...

Südab - pis iy verən bir ağac növüdür, sehrlə məşğul olanlar onun iyindən

xoşlanmazlar.

 

[85]                     Pərviz, Şirin, Fərhad - bu sözlərin, bax,

Hərəsinin vardır beş hərfi ancaq.

Ərəb əlifbasında səsli hərflərin bəzisi düşdüyü üçün bu adların hər birisi beş hərflə

yazılır.

Beytin mənası: nə üçün adlarda hərflərin miqdarı eyni olduğu halda, biri bədbəxt,

digəri xoşbəxtdir?

 

[86]                     O xəznə altında olmuşdu səqət...

Səqət olmaq - xarlıqla ölmək, gəbərmək deməkdir.

 

[87]                     İsa kimi girər elə bir deyrə,

Görünməz, düzülsə çıraq hər yerə.

Deyr - monastır, kilsə deməkdir.

 

[88]                     Bu çöl torpağında çox qan axmışdır,

Sanma bir Səyavuş yerdən qalxmışdır.



 
[ 1-15 ] [ 16-30 ] [ 31-45 ] [ 46-60 ] [ 61-75 ] [ 76-90 ] [ 91-105 ] [106] [107] [108] [109] [110] [111] [112] [113] [114] [115] [116] [117] [ 121-117 ] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info