Qonaq Kitabı
XOSROV və ŞİRİN

 

[22]                     Bu ikdiş Nizami qərib haldadır,

Yarı sirkə dadır, yarı bal dadır.

İkdiş - metis deməkdir. Nizami özünün şeirlərini bala, şərt əxlaqını sirkəyə

bənzədir.

 

[23]                     Qapısına gələn qarışqa, inan,

Layiqdir qul olsun ona Süleyman.

Yəhudi peyğəmbərlərdən müdrik hesab edilən Süleymana işarədir. O, çəyirtkə

ayağını hədiyyə gətirən qarışqaya öz bədənindən ağır yük gətirdiyi uçün üstünlük

vermişdir.

Beytin mənası: Şahın qapısına gələn qarışqaya Süleymanın qul olacağına

mübaliğəli işarədir.

 

[24]                     Yolunun üstündə uçan bir milçək

Nəmrudun başına layiqdir, gerçək.

Nəmrud - eradan qabaq Musa peyğəmbər zamanında yaşamış hökmdardır. O,

Babil şəhərinin müəssisi kimi məşhur olub Allahlıq iddiası etmişdir axırda da bir

çibinin onun burnuna girməsi ilə ölmüşdür.

 

[25]                     Qılıncını çalsa dəryaya əgər,

Öküz də balığa: "Necesən?" deyər.

Əfsanəyə görə yer kürəsi öküzün, öküz də nəhəng balığın üstündə qərar

tutmuşdur. Nizami mübaliğə tərzində deyir ki, şah dənizə qılınc vursa yer kürəsini

lərzəyə salar.

 

[26]                     Zöhhakın ilanı səni çalarsa,

Nə qəm, Firiduntək köməkçin varsa!

Guya Zöhhak çiyinlərində baş qaldıran ilanlara insan beyni yedirdirmiş. Dəmirçi

Gavə döşlüyünü bayraq kimi qaldıraraq onu taxtdan salmış və Kəyan nəslindən olan Firidunu taxta oturtmuşdur.

 

[27]                     Dünya - dərgahından kiçik bir tağdır.

Asiman da ona büllur əyaqdır.

Əyaq - piyalə deməkdir. Beytdə şahın cəlalı dünyada üstün tutulur.

 

[28]                     Öz qardaşı ilə şah da həmişə,

Bu sayaq rəftarı etmişdir peşə.

Qızıl Arslanın qardaşı Atabəyə - Məhəmməd Cahan Pəhləvana işarədir.

 

[29]                     Altmış yaşındaydı yazanda bunu,

Saxlaya bilmirdi yayda oxunu!

Nizami bu beytdə Firdovsiyə işarə edir. O, 60 yaşında ikən "Şahnamə" əsərində

"Xosrov və Şirin" hekayətinə toxunmuşdur. Buna görə də o, məhəbbətin, eşqin fəğan və atəşini qabarıq şəkildə qələmə ala bilməmişdir.

 

[30]                     Sözü bəzən qiblə, bəzən də Latdır,

Xəznəsi gah Kəbə, gah xərabatdır.

İslamdan qabaq ərəblər Kəbədə bütlərə sitayiş edirdilər. Bu bütlərin hərəsinə bir

ad verilmişdi ki, onlardan biri də Lat idi.

 

[31]                     Qarun xəznəsitək torpaqda qalma,

Ustadsan, özünü ayağa salma.

Qarun eramızdan qabaq yaşamış ən dövlətli və ən xəsis bir şəxsdir. Klassik

ədəbiyyatda xəsis dövlətli obrazı kimi o tez-tez misal göstərilir.

 

[32]                     Olurdular şərab içdikcə şadab.

Şadab olmaq - şən, təravətli olmaq deməkdir.

 

[33] Qur - yer adıdır.

 

[34]                     Qara qanad qarğa çinədanından,

Zər yumurta verdi tutiyə bu an.

Qara qarğa - gecə; zər yumurta - günəş; tuti - gündüz timsalıdır. Beytin mənası:

gecənin qaranlığı tükəndi, günəş çıxıb dünyanı işıqlandırdı.

 

[35] Sərsər - çox bərk və soyuq külək.

 

[36]                     O ay xirmənləri gah geyir mişki...

Mişki - qara rəngli. Bu misrada gözəllər aya, paltarları isə qara buluda

oxşadılmışdır.

 

[37]                     Qələmlə mən naxış çəkən zamanda,

Mani "Ərjəng"ini pozar bir anda.

Mani - eramızın üçüncü əsrində yaşamış və "Ərjəng" ("Ərtəng") adlı əsər yazaraq

onu müxtəlif şəkillərlə bəzəmiş və müqəddəs kitab kimi qələmə vermişdir. O, yeni

məzhəb yaratdığını iddia etdiyi üçün öldurülmüşdür.

 

[38]                     Dəri dürlərini deşdiyi zaman,

Belə nəql etmişdir bilici insan.

Dəri - ərəb istilasından sonra Şərqi İran və Əfqanıstanda yaranmış fars dili.

Ümumiyyətlə dəri dili fars dilinin sinonimidir.

Beytin mənası: bilici insan, fars (dəri) dilində incə rəvayətlər söylədi.

 

[39] Rəmgilə - yer adıdır.

 

[40]                     Sincab örtüyünə bürünmüş dövran

Vaşaq rəngli paltar geydiyi zaman

Gecənin samuru yerindən endi,

Gündüz qaqumundan qaçdı, gizləndi.

Bu beytlərdə Nizami dan sökülüb səhər açıldığını, günəşin çıxdığını qara və ağ

tüklü heyvanlarla bağlı surətdə ifadə etmişdir.

Sincab - boz rəngli ərəb dovşanı (alaqaranlıq simvolu), vaşaq (vəşəq) - sarı rəngli,

yumşaq tüklü heyvan (üfüqün saralmasına işarədir). Qaqum - dovşan ailəsinə mənsub ağ dərili heyvan (gündüzə işarədir).

Beytin mənası: boz rəngə bürünmüş dövran yavaş-yavaş saraldı, nəhayət, gecənin

alaqaranlığı gündüzün işığından qaçıb gizləndi.

 

[41]                     Qılınc oynatmaqda o birincidir,

Xətiblərə zəfər qılıncı verir.

Xətib - xütbə oxuyana deyilir.

Beytin mənası: şah qılınc oynatmaqda mahir olduğu üçün xətiblərə zəfər qılıncı

bağışlayır.

 

[42]                     Orda şahın Fərxar kimi qəsri var...

Fərxar qəsri - Tibetdə olan böyük bir bütxanə və qəsrin adı olmuşdur. Qədim

səyyahlar bu bütxanənin əzəməti qarşısında heyran qalmışlar.

 

[43]                     Şirinə üz tutdu kənizlər yeyin,

Bənatinnəş ikən oldular Pərvin.

Bənatinnəş - Böyük ayı bürcündə bir-birindən aralı olan yeddi sabit ulduza,

Pərvin isə bir-birinə yaxın görünən Ülkər ulduzlarına deyilir.

Beytin mənası: qızlar dağılmış olduqları halda birdən Şirinə tərəf qaçdılar və

Pərvin kimi toplaşdılar.

 

[44]                     Qorxuram sürətdən və hərarətdən,

Atəş su altında coşar gedərkən.

Nizami Şirini lətafətdə suya və onun atı Şəbdizi qızğınlıqda oda bənzətmişdir.

Beytin mənası: qorxuram qızğın at baş alıb səni (Şirini) qaçırar.

 

[45]                     Göyün Şərası da fəryad qopartdı,

Şəra - parlaq ulduzdur. Yəni Şirinin ağ bədənini görcək Şəra ulduzu həsəddən

fəryad qopartdı.



 
[ 1-15 ] [ 16-30 ] [ 31-45 ] [ 46-60 ] [ 61-75 ] [ 76-90 ] [ 91-105 ] [106] [107] [108] [109] [110] [111] [112] [113] [114] [115] [116] [117] [ 121-117 ] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info