Qonaq Kitabı
ÇAY DƏSTGAHI

 

 

(Padnosa)

 

 

Yaz, bəradər, bu sözləri kağıza—

 

Ki, düşə istəyəndə yadımıza.

 

 

(Padnos götürür kağızı, qələmi və yazır)

 

 

 

S a m a v a r

 

 

(Əliyə)

 

 

Doğrusun indi sən gərək deyəsən,

 

Nə su ilə çayı qoyursan sən?

 

 

 

Ə l i

 

 

Deməyibdir hələ mənə birisi—

 

Ki, suyun vardı yaxşısı və pisi.

 

 

 

P a d n o s

 

 

(Əliyə)

 

 

 

Qaynadıbsanmı sən mənə degilən,

 

Çay qoyanda suyu babamda dünən?

 

 

 

Ə l i

 

 

Bilmədim qaynadı ya qaynamadı,

 

Çünki hər vaxt qaidəm belədi:

 

Açıram mən sudan bir az əlimə,

 

Su əgər təsir eylədi dərimə,

 

Mən haman vaxt çayı dəmləyirəm.

 

    

 

P a d n o s

 

 

(onun sözünü kəsir)   

 

 

Bilirəm belədir, yəqin edirəm

 

 

əli ilə işarə edir ki, dəxi danışmasın. Padnos yazdığı kağızı götürüb, oturanlara  başı ilə ayağa  qalxmağı  bildirir, cəmiən dururlar.

 

 

 

P a d n o s

 

(oxuyur)

 

 

Nökərin sözlərindən indi bizə,

 

Belə məlum oldu cümləmizə,

 

Əvvəla, bizləri silir nəynən?

 

Neftə batmış cırıq ətəklərinən.

 

Saniyən, Nökər heç özü bilmir,

 

Nə su ilə həmişə çayı qoyur.

 

Salisən, zəhməti qəbul etməz

 

Və suyu lazımınca qaynatmaz

 

Bizə çün beylə aşikar oldu—

 

Ki, səbəb qiylü qalə məhz budu.

 

Eləyək indi biz ağaya xəbər—

 

Ki, müqəssir gərək ola Nökər.

 

 

 

Ə l i

 

 

Bir dəqiqə əgər məcal verəsiz

 

Və mənim sözlərimə lütf edəsiz.

 

İnanasız ki, yoxdu burda mənim—

 

Həm günahım, həmi də təqsirim.

 

Nökərəm mən, adım Əli nökər,

 



 
[1] [2] [3] [4] [5] [6] [7] [8] [9] [10] [ 16-10 ] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info